Maddə
|
Xəstəliklərin adı, funksiyaların pozulma dərəcəsi
|
Hərbi xidmətə yararlılıq kateqoriyası
|
I qrafa
|
II qrafa
|
III qrafa
|
85
|
Dərmanlarla və bioloji maddələrlə zəhərlənmələr, qeyri-tibbi təyinatlı maddələrin toksiki təsiri; xarici amillərin (radiasiyanın, aşağı, yüksək temperatur və işığın, havanın və ya suyun yüksək təzyiqinin, digər xarici amillərin) təsiri:
|
|
|
|
a) funksiyaların mühüm dərəcədə pozulması ilə
|
D
|
D
|
D
|
b) funksiyaların mülayim dərəcədə pozulması ilə
|
C
|
C
|
C və ya B FƏRDİ
|
c) funksiyaların cüzi dərəcədə pozulması ilə
|
C
|
C
|
B
|
Bu maddə dərmanlarla, RYK və digər toksiki maddələrlə zəhərlənmələrin, EMS-nin, lazer şüalarının, ionlaşdırıcı şüalanmanın, digər xarici amillərin kəskin və ya xroniki təsirinin, allergik reaksiyaların nəticələrini nəzərdə tutur.
Şüa xəstəliyi keçirmiş hərbi qulluqçuların şəhadətləndirilməsi zamanı təkcə periferik qanın tərkibindəki dəyişikliklər yox, xəstəliyin digər kliniki təzahürləri də nəzərə alınır. Çağırış üzrə hərbi xidmət keçən hərbi qulluqçularda keçirilmiş I dərəcəli şüa xəstəliyindən, «Xəstəliklər cədvəli»nin III qrafası ilə şəhadətləndirilən hərbi qulluqçularda keçirilmiş II dərəcəli şüa xəstəliyindən sonra cüzi qalıq təzahürləri olduqda, şəhadətləndirilmə «Xəstəliklər cədvəli»nin 86-cı maddəsi üzrə keçirilir.
Heç bir patoloji nəticə qalmadan kəskin şüa xəstəliyi keçirmiş şəxslər «c» bəndi üzrə şəhadətləndirilirlər.
RM və İŞM-lə işləyən və illik yol verilən doza həddindən 5 dəfə çox şüalanma almış hərbi qulluqçular stasionar müayinəyə göndərilirlər. Şüa xəstəliyinin əlamətləri olmadıqda, çağırış üzrə hərbi xidmət keçən hərbi qulluqçular «c» bəndi üzrə RM və İŞM-lə işə yararsız hesab edilirlər. «Xəstəliklər cədvəli»nin III qrafası ilə şəhadətləndirilən hərbi qulluqçuların RM və İŞM-lə işə yararlılığı fərdi qaydada təyin edilir.
Hərbi qulluqçulara təminat normaları üzrə verilən əsas ərzaq məhsullarına kliniki təzahürlü qida allergiyasından (stasionar müayinə ilə təsdiq olunmuş) əziyyət çəkən şəxslər «b» bəndi üzrə şəhadətləndirilirlər. Digər allergiya xəstəlikləri (övrə, pollinoz, allergik rinitlər, dermatitlər və s.) olduqda, zədələnmiş orqanın və ya sistemin funksiyalarının vəziyyətindən asılı olaraq şəhadətləndirilmə «Xəstəliklər cədvəli»nin müvafiq maddələri üzrə keçirilir.
Kəskin zəhərlənmələrdən, toksiko-allergik təsirlərdən, kəskin allergik xəstəliklərdən (anafilaktik şok, zərdab xəstəliyi, Layel, Stivens-Conson sindromları), digər xarici amillərin təsirindən sonra hərbi xidmətə və hərbi-uçot ixtisası üzrə xidmətə yararlılıq kateqoriyası, xəstəliyin nəticəsindən və zədələnmiş orqan və ya sistemlərin funksiyalarının pozulma dərəcəsindən asılı olaraq «Xəstəliklər cədvəli»nin müvafiq maddələri üzrə təyin edilir.
Dostları ilə paylaş: |