Qədim dövr Azərbaycan fəlsəfi fikri. Azərbaycanda dini-mifoloji və fəlsəfi baxışların yaranması. Maqların atomizmi. Zərvanilik təlimi. Zərdüştlik təliminin yaranması, onun dini-fəlsəfi və sosial-etik baxışlar sistemi. Avestanın dini-mifoloji və fəlsəfi məzmunu.
Antik yunan-roma fəlsəfəsi.Yunan fəlsəfəsinin meydana gəlməsi, onun dini-mifoloji təsəvvürlər və Şərqin elmi-fəlsəfi bilikləri ilə varislik əlaqəsi. Yunan fəlsəfəsinin inkişafının Sokrataqədərki mərhələsi. Klassik mərhələ: Sokratın insan fəlsəfəsi. Platonun kosmoloji baxışları, ideyalar haqqında təlimi və idrak nəzəriyyəsi. Aristotelin ilk səbəb və materiya və forma haqqında təlimi, sosial fəlsəfəsi və idrak nəzəriyyəsi.
Ellinizm və Roma dövrünün fəlsəfəsi. Yunanıstanın iqtisadi-siyasi və mədəni cəhətdən süqutu. Mistika və fəlsəfi sinkretizm dövrü. Akademik və peripatetik fəlsəfi məktəblərinin fəaliyyəti. Stoisizm və skeptisizm məktəbləri. Epikürün atomizmi və etik təlimi. Antik fəlsəfənin Roma dövrü. T. L. Karın atomist təlimi təbliğ və inkişaf etdirməsi; onun fəlsəfəsində təbiətin rasionalist-determinist izahı. Yeniplatonçuluq fəlsəfi məktəbi. Plotinin emanasiya nəzəriyyəsi.