İstehsalat zədələnmələri və peşə xəstəliklərinin göstəriciləri
Risk dedikdə təhlükəli hadisənin baş vermə ehtimalı başa düşülür. Professional risk dedikdə istehsalat mühitinin və əmək fəaliyyətinin mənfi təsiri nəticəsində sağlamlığın pozulmasının (zədələnmənin) baş vermə ehtimalı başa düşülür.
Risk hadisənin baş vermə tezliyi və ya ehtimalı kimi tapılır. O statistik informasiya əsasında tapıla bilər:
burada N(t) – t müddəti ərzində arzuolunmaz hadisə; Q(t) – t müddəti ərzində ümumi hadisələrin sayıdır.
Müəssisələrdə və ya təsərrüfatın hər hansı bir sahəsində istehsalat zədələnmələrinin səviyyəsini xarakterizə etmək və müxtəlif müəssisələri məhz buna görə müqayisə etmək üçün zədələnmələrin şərti qəbul edilmiş nisbi göstəricilərindən istifadə edilir. Bədbəxt hadisələr haqqındakı hesabat məlumatlarına əsasən təyin edilən bu göstəricilərdən əsasları tezlik və ağırlıq əmsallarıdır.
Tezlik əmsalı hesabat dövründə hər 1000 nəfər işçiyə düşən bədbəxt hadisələrin sayını göstərir:
,
burada H – hesabat dövründə baş vermiş bədbəxt hadisələrin ümumi sayı; P – hesabat dövründə işləyənlərin orta siyahı sayıdır.
Ağırlıq əmsalı hesabat dövründə hər bir bədbəxt hadisəyə düşən itirilmiş iş günlərinin orta sayını göstərir:
,
burada D – hesabat dövründə bütün bədbəxt hadisələr nəticəsində itirilmiş iş günlərinin ümumi sayı; H – ölüm və ya əlilliklə nəticələnmiş hadisələr istisna olmaqla, hesabat dövründə baş vermiş bədbəxt hadisələrin ümumi sayıdır.
İtki göstəricisi 1000 nəfər işçinin itirmiş olduğu iş günlərinin orta sayı olub aşağıdakı kimi təyin edilir:
Böyük müəssisə və təşkilatlarda zədələnmələrin təhlilində ölüm və əlilliklə nəticələnən hadisələrin tezlik göstəricilərindən də istifadə edilir:
burada və Hə − ölüm və əlilliklə nəticələnmiş bədbəxt hadisələrin sayıdır.
Zədələnmələrin təhlilində onların digər nisbi göstəricilərindən də istifadə edilir. Bədbəxt hadisələrin maddi nəticələrinin göstəricisi
,
burada Mm – hesabat dövründə baş vermiş bədbəxt hadisələrin maddi nəticələridir, manat.
Bədbəxt hadisələrin qarşısının alınması üçün sərf olunmuş xərclərin göstəricisi:
,
burada X – hesabat dövründə müəssisənin bədbəxt hadisələrə qarşı görülmüş tədbirlərə çəkdiyi xərcin məbləğidir, manat.
Dostları ilə paylaş: |