Həyat fəALİYYƏTİNİn təHLÜKƏSİZLİYİ” FƏNNİ ÜZRƏ MÜhaziRƏ I. ƏMƏk mühafiZƏSİ



Yüklə 1,31 Mb.
səhifə97/154
tarix01.01.2022
ölçüsü1,31 Mb.
#104225
1   ...   93   94   95   96   97   98   99   100   ...   154
İlk tibbi yardım tədbirləri
Zədələnmiş adamı elektrik cərəyanının təsirindən azad etdikdən sonra dərhal ona ilk yardım göstərilməlidir. Yardım göstərilməsi tədbirləri zədələnmiş şəxsin zədələnmə dərəcəsindən və vəziyyətindən asılıdır.

Əgər xəsarət alan şəxs huşunu itirməyib və sərbəst gəzə bilərsə, onda həmin adamı istirahət üçün rahat otağa aparmaq, su içirtmək və uzanmağı məsləhət görmək lazımdır.

Zədələnmiş adam elektrik cərəyanının təsirindən azad olduqdan sonra nəfəs almırsa, yaxud qıc olmuş halda nəfəs alırsa, dərhal aşağıdakı tədbirlər görülməlidir:

-zədələnmiş adamın onu sıxan bütün paltarlarını çıxartmaq, yaxasını, qayışını, şərfini açmaq;

-ağzını qandan, selikdən təmizləmək; süni (salma) dişləri varsa, onları çıxartmaq;

-zədələnmiş adama təmiz hava verilməsini təmin etmək;

-artıq adamları binadan çıxartmaq;

-süni nəfəs vermək və ürəyini masaj etmək.

Əgər zədələnmiş adam huşsuz haldadırsa, lakin normal nəfəs alır və nəbzi yaxşı vurursa, onda onu döşənək üstündə rahat uzandırmaq, paltarlarının düymələrini açmaq, qayışını açmaq, ona təmiz hava gəlməsini təmin etmək, burnuna naşatır spirtində isladılmış pambıq tutmaq və üzünə soyuq su çiləmək lazımdır. Həkim gələnə kimi zədələnmiş adam üçün tam sakitlik yaradılmalıdır.

Cərəyandan zədələnmiş adamı özünə gətirmək üçün onu torpağa basdırmaq cəhdləri qəti qadağandır.

Bu üsul nəinki tamamilə faydasızdır, həm də olduqca zərərlidir.



Əgər zərərçəkənin nəbzi vurmursa, nəfəs almırsa və ya o çox çətin və gec-gec nəfəs alırsa, onda ona süni nəfəs vermək və ürəyini masaj etmək lazımdır. Buna zərərçəkənin elektrik cərəyanından azad edilməsindən dərhal sonra başlamaq və həkim gələnədək fasiləsiz davam etmək lazımdır.

Daha effektli və əksər hallarda münasib sayılan süni nəfəs vermə üsulu “ağızdan- ağıza” və “ağızdan - buruna” hava verilməsidir.


Yüklə 1,31 Mb.

Dostları ilə paylaş:
1   ...   93   94   95   96   97   98   99   100   ...   154




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin