. Bizimlə əlaqə saxlayın
İHAK-ın Vətəndaş Cəmiyyəti Bölməsi ilə aşağıdakı vasitələrlə əlaqə saxlamaq olar:
civilsociety@ohchr.org
Telefon: +41(0) 22 917 9656
İHAK-ın İnsan Hüquqları Təlimatları və vətəndaş cəmiyyəti üçün praktiki təlimatları ərəb, çin, ingilis, fransız, rus və ispan dillərində aşağıdakı səhifədən əldə edilə bilər www.İHAK.org/EN/AboutUs/Pages/CivilSociety.aspx
Vətəndaş Cəmiyyətinin e-mail yayımlama sistemində insan hüquqları üzrə bütün mandatlara və mexanizmlərə dair son məlumatlar və təlimatlar, eləcə də fondlar, qrant və təqaüd, ərizənin verilməsi üçün son müddətlərə dair məlumatlar təqdim edilir. Yazılmaq üçün vətəndaş cəmiyyətinin internet səhifəsinə və ya aşağıdakı ünvana daxil olun
http://goo.gl/O8snt
54
İnsan Hüquqları üzrə Ali Komissarlığın 20-ci il dönümünün qeyd edilməsi
“Vətəndaş cəmiyyəti inkişaf edib, genişlənmiş, bu gün insan hüquqları sahəsində 20 il əvvəl olduğundan daha çox sayda milli təşkilat və insan hüququ müdafiəçiləri vardır. Bu təşkilatlar və fərdlər insan hüquqları üçün həyat mənbəyidir: onlar dəyişikliyi təbliğ edənlərdir, təhqir, pis qanunvericilik və sürünən avtoritarizm barədə həyəcan siqnalı verən insanlardlr. Bu praktiki təlimat İHAK-ın 20-ci il dönümünü qeyd edir və bütün dünyada insan hüquqları naminə işləyən vətəndaş cəmiyyətinə həsr olunmuşdur."
Navi Pillay
Birləşmiş Millətlər Təşkilatının İnsan Hüquqları üzrə Ali Komissarı
Oktyabr 2013
Dostları ilə paylaş: |