Dil mediası. Reklam mətnləri - xüsusi növ işgüzar mətnlərdir. "Qışqırmaq”, "çağırmaq” anlamında olan "reklam” sözü müxtəlif işgüzar, biznes xidmətləri, alış-veriş işləri ilə bağlı informasiyaları ötürür. Müasir insan hər gün müxtəlif hadisələr mühitindədir, həmin mühit reklamlarla əhatə olunmuşdur. Reklam hər yerdədir – ona televizorda, radioda, qəzetlərdə, küçələrdə və s. yerlərdə rast gəlinir. Afişalarda, albomlarda, plakatlarda, bukletlərdə, etiketlərdə, reklam vərəqələrində və s.
Reklam janrının palitrası hiss olunandır. Gözləri qamaşdırır. Rəngləri ilə, boyaları ilə. Məsələn, "Zamandan güclü” (maşın reklamında), "Yaxın ünvanlara!” (hər hansı qida məhsulunun çatdırılaması), "Yeni ünvanlara!” (yeni tikilən binaların reklamında), "24 saat xidmətinizdə” (mağaza və apteklərdə) və s.
Reklamların dilini iki xüsusiyyətinə görə öyrənmək lazımdır: informasiyavericiliyinə görə; inandırdığına, sübut etdiyinə görə.
Bu xüsusiyyətlərinə görə, reklam dili cəmiyyətdə kommunikativ funksiyanı yerinə yetirir. Qısalıq və lakoniklik reklam üçün mühüm xüsusiyyətlərdəndir. Dil oyunu və kommunikativ məkan reklam dilinin əlverişli təyinidir. Reklam mətnləri müəyyən funksiyanı yerinə yetirməyə meyildir, həvəsdir, tələbdir, çağırışdır. Reklam mətnlərindən əsas məqsəd tələb olunan xidmətlərin yayılmasıdır; müxtəlif əşyalar, mallar, xidmətlər, brendlər, kompaniyalar və s. Reklam mətnlərindən məqsəd: diqqəti cəlb etmək, informasiya vermək, təsir etmək, materialı inamla təsdiq etmək, möhkəmləndirmək və s. Reklam mətnlərinin əsas kommunikativ məqsədi reklam məhsullarının, xidmətlərinin seçilməsidir. Bu mətnlərdə verbal (sözlü) və qeyri-verbal (sözsüz) komponentlərdən istifadə olunmasıdır.
Reklam dilinin əsas xüsusiyyətləri görüntü, aforizm (şüarların əsası), parlaqlıq, cəlbedicilik, konkretlik, xüsusən mətnin sintaktik parçalanmasında özünü büruzə verir. Məzəli başlıq, populyar ifadələr, məsəllər, atalar sözləri, birbaşa sitatlar və ya sadəcə sitat gətirilmiş mətn, sintaktik paralellik, dil sistemində olmayan yeni sözlər, canlı üzün xüsusiyyətlərini və funksiyalarını cansız bir obyektə köçürmək və s. reklamda istifadə olunan bəzi dil vasitələridir.
Reklam mətnlərinin işlənib hazırlanmasına aid nümunələr və komunikativ məzmunlu sual və tapşırıqlar üzərində praktik işlər
Tapşırıq. Suallara cavab verin.
1. Reklam nədir?
2. Reklam hansı vasitələrlə çatdırılır?
3. Reklam mətninin əsas vəzifələri hansılardır?
4. Dil mediası nədir?
5. Reklamın şifahi mətni neçə hissədən ibarət olur?
Tapşırıq. Müstəqillik illərində Azərbaycan dilinin milli dil kimi saflığının qorunması və inkişafı üçün kifayət qədər qərarlar və qanunlar qəbul edilsə də, bu qərarların icrasında ciddi nöqsanlar, boşluqlar qalmaqdadır. Reklamların dilində hansı ciddi problemlər müşahidə edilir?
Tapşırıq. Küçə və prospektlərdə müşahidə etdiyiniz reklam mətnlərindəki norma pozuntular haqqında hansı fikirləri irəli sürə bilərsiniz? Fikirlərinizi nümunələr gətirərək əsaslandırın.
Nümunə üçün deyək ki, “oboy evi” kimi məntiqsiz adların qoyulması yerinə, “divar kağızı” və ya “ehtiyyat hissələri” söz birləşməsindəki ehtiyat sözündə iki y hərfinin qeyd olunması orfoqrafik normanın pozulmasıdır.
Tapşırıq. Müşahidələr sübut edir ki, Azərbaycanın xüsusilə efir məkanında nümayiş etdirilən reklamlar xaricdən ölkəmizə idxal edilən məhsulları əhatə edir Reklamlarda daha çox millilik, milli xüsusiyyət, milli təqdimat çatmır. Tərcümələr düzgün aparılmır. Onların dilimizə tərcüməsi isə bərbad vəziyyətdədir. Bunun qarşısını almaq üçün hansı tədbirlərin görülməsi məqsədəuyğun olar? Fikirlərinizi nümunələr əsasında formalaşdırın.
Mövzu 21
Dostları ilə paylaş: |