ərizəçinin vergi orqanları tərəfindən uçota alınmacı haqqında müvafiq sənədin notarial qaydada təsdiq edilmiş surəti;
ərizədə qeyd olunan obyektlərdən hər biri üçün ərizəçinin istifadə hüququnu (mülkiyyət hüququ, icarə, istifadə və s. əsasları) təsdiq edən sənədin notarial qaydada təsdiq edilmiş surəti;
fəaliyyət növü ilə əlaqədar avadanlıqlar, qurğular və ölçü vasitələrinin dövlət standartlarının tələblərinə uyğun olması barədə Azərbaycan Respublikası Standartlaşdırma, Metrologiya və Patent üzrə Dövlət Komitəsinin təsdiqedici sənədi.
Fiziki şəxslər üçün:
xüsusi razılıq (lisenziya) almaq üçün ərizə;
ərizəçinin vergi orqanları tərəfindən uçota alınmacı haqqında müvafiq sənədin notarial qaydada təsdiq edilmiş surəti;
ərizədə qeyd olunan obyektlərdən hər biri üçün ərizəçinin istifadə hüququnu (mülkiyyət hüququ, icarə, istifadə və s. əsasları) təsdiq edən sənədin notarial qaydada təsdiq edilmiş surəti;
xüsusi razılıq (lisenziya) almaq üçün dövlət rüsumunun ödənildiyini təsdiq edən sənəd;