Hüseyn Soyad: Qurbanlı Fakültə: Sosial Menecment İxtisas: Turizm bələdçiliyi



Yüklə 135,91 Kb.
səhifə3/5
tarix25.11.2023
ölçüsü135,91 Kb.
#134344
1   2   3   4   5
İmpressionizm və onun tanınmış nümayəndələri ( VORD)

3. Kamil Pissaro
XIX əsrin sonlarında sosialist ideyalar təkcə işçi sinfinə deyil, eyni zamanda ədəbi-incəsənət aləminə də ciddi təsir göstərmişdi. Bir çox yazıçı və rəssam sosial inqilab ideyasından ilhamlanırdı. Bəziləri üçün bu yalnız dəb idi, uğur və sərvət qazandıqdan sonra bu dəb başa çatdı. Digərləri isə anarxizmə ömür boyu sadiq qaldılar. Onlardan biri də məşhur rəssam Kamil Pisarrodur (Camille Pissarro, 1830-1903). 2003-cü ildə onun ölümünün 100 illiyi qeyd olundu.
Kamil Pisarro Karib dənizindəki Virgin adaları qrupuna daxil olan Sent-Tomas adasında anadan olub. Həmin illərdə bu adalar Danimarkaya məxsus idi, sonradan isə ABŞ-a satılmışdı. Gələcək rəssamın atası portuqal əsilli yəhudi idi, ticarətlə məşğul olurdu və hesab edirdi ki, oğlu da onun yolunu davam edəcək. Lakin Kamil adaya gələn danimarkalı rəssam Fritz Melbye ilə tanış oldu və onunla bir yerdə Venesuelaya getdi, burada flora və faunanın peyzajını çəkməyə başladı. 1855-ci ildə təhsil üçün Parisə getdi, Qustav Kurbenin şagirdi oldu və Jan-Batist-Kamil Koronun təsirini öz üzərində hiss elədi. Pisarro 1857-ci ildə İsveçrə Akademiyasında gələcək impressionistlər – Eduar Mane, Pyer-Ogüst Renuar, Pol Sezann ilə tanış olmuş və onlarla dostluq münasibətləri qurmuşdu.
Fransa-Prussiya müharibəsi 1870-ci ildə onu İngiltərəyə mühacirət etməyə məcbur etdi, burada Jozef Mallor Vilyam Turner və Con Konstebl rəssamlığının təsiri altına düşdü. Fransaya qayıtdıqdan sonra Pisarro Sezann ilə birlikdə Luvansen (Sent-Jermen-an-Le (Saint-Germain-en-Laye) yaxınlığında) və Pontuazda (Pontoise) rəsm çəkməyə davam etdi. Onun rəsmləri daha mücərrəd olmağa başlayırdı. Rəssam daha çox kəndli həyatını və əməyini təsvir etməyi xoşlayırdı.
Bu gün rəsmsevərlər impressionist-rəssamların hər yeni sərgisinə izdihamla tamaşa edirlər. Lakin bu cərəyan yeni meydana gəldiyi dövrdə şiddətli dözümsüzlüyə məruz qalmışdı. 1874-cü ildə Mane, Pisarro, Sisley, Renuar, Sezann və Deqa tərəfindən təşkil edilmiş sərgi bütün fransız mətbuatı tərəfindən ələ salınmışdı. Zarafat üçün onlar özlərini “impressionist” adlandırdılar. 3 ildən sonra isə bu ad qürurla təkrarlanırdı.

Bir neçə incəsənət dillerinin və kolleksiyaçının marağına baxmayaraq, rəsmlər çətinliklə satılırdı və ailəsini dolandırmaq üçün Pisarro çox işləməyə məcbur olurdu (onun 7 uşağı var idi). Hətta bəzi hallarda boya almağa belə pulu olmurdu. Onun maddi vəziyyəti ancaq 1879-cu ildə yaxşılaşır. 1884-cü ildə Erani-sür-Eptdə (Uazada) (Eragny-Sur-Epte, Oise) məskunlaşır, onun rəsm sərgiləri ABŞ-da ona böyuk uğur qazandırır.

Rəsmin quruluşuna gəldikdə, Pisarro bir müddət Syora [5]və Sinyakın (həmçinin anarxist) tərzinə yaxınlaşdı və “sistematik bölmə”(nöqtələr şəklində xətt və ya neoimpressionizm) metoduna müraciət etdi. Müxtəlif tərəflərin tənqidinə baxmayaraq, 1890-ci ildən sonra onun sərgiləri böyük uğur qazandı.
Pisarro fəaliyyətindən daha çox ideyalarında anarxist idi. 1899-cu ildə heykəltaraş Roden, anarxist Qreyv, sindikalist Emil Puje [7] və Paris Kommunasının qəhrəman qadını Luiza Mişel ilə bərabər sosial incəsənət Klubuna daxil olur. O, “Sənət incəsənət üçündür” anlayışını müdafiə edirdi. “Gözəl olan və yaxşılığı təbliğ edən istənilən incəsənət anarxikdir” – Pisarro deyirdi. O, siyasiləşdirilmiş incəsənətin tərəfdarı deyildi və tarla poeziyasını rəsmdə təsvir etmək üçün kəndli olmağı mütləq hesab etmirdi.
1890-cı ildə Pisarro qardaşı uşaqlarına 28 rəsmdən ibarət albom çəkdi. Bunlar qətiyyən onun rəsmlərinə bənzəmir, lakin onun əqidəsi tamamilə aydın şəkildə hiss olunur. “İctimai alçaqlıq” adlı albomda pul, birja, kapital, din, sahibkar, muzdlu fəhlə, yoxsulluq, aclıq və intihar acı dillə təsvir olunub. Şəkillərdə Onore Domye (Honore Daumier) və Zolyanın (Emile Zola) üslubu aydın nəzərə çarpır. Ümid barrikada ilə təsvir olunub, yaşlı filosofun günəşin doğmasını seyr etdiyi rəsm isə “ANARXİYA” sözünü təşkil edən hərflərlə əhatə olunub. Pisarronun Albomu – yoxsullara və rəssamlara yer olmayan cəmiyyətin birmənalı ittiham olunmasıdır.
Pisarro hökümət tərəfindən təqibə məruz qalanlara böyük maddi yardım göstərir, anarxist məhbusların övladlarına kömək edirdi. Jan Qreyv (Jean Grave) tərəfindən buraxılan anarxist qəzet “Les Temps Nouvaux” borclarını mütəmadi olaraq ödəyirdi. 1895-ci ildə yaradılan və 1914-cü ilə qədər fəaliyyət göstərən bu qəzetlə anarxizmə rəğbət göstərən bir çox incəsənət adamları – Lyus , Kross, Sinyak, Van Risselberq , Aristid Delannua, Valotton və Steyleyn əməkdaşlıq edirdi. Pisarro özü qəzet üçün 3 litoqrafiya çəkmiş, daimi maddi yardım göstərmişdi. Onun xahişinə uyğun olaraq rəssamlıqla məşğul olan övladları Lusyen, Jorj və Rodo öz rəsmlərini qəzetə göndərirdilər. Qəzetin maliyyə vəziyyətini yaxşılaşdırmaq üçün o, həmçinin öz rəsmlərini hərraca çıxarırdı.


Yüklə 135,91 Kb.

Dostları ilə paylaş:
1   2   3   4   5




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin