Hüseynov Mövlud



Yüklə 2,07 Mb.
səhifə72/181
tarix01.01.2022
ölçüsü2,07 Mb.
#103753
1   ...   68   69   70   71   72   73   74   75   ...   181
LƏTLİ ŞİRƏLƏRİN ÇEŞİDİ
Lətli şirələr əsasən karotinlə (provitamin A) zəngin olan meyvə-giləmeyvələrdən (ərik, naringi, gavalı, şaftalı, heyva və s.) hazırlanır. Belə şirələrin şəffaflaşdırılması suda həll olmayan karotinin çox hissəsinin itkisinə səbəb olardı. Lətli şirə hazırladıqda meyvə-giləmeyvə əzişdirilir və sürtgəcdən keçirilir. Şirənin konsistensiyasını yaxşılaşdırmaq üçün ələkdən keçirilir. Lətli şirələrin bir növü də «Maye meyvə­lərdir». Onlar kütlənin narın əzilmiş meyvə ləti ilə qarışı­ğından ibarətdir. «Maye meyvələr» hazırlamaq üçün alma, ərik, gavalı, çiyələk, qara qarağat, firəng üzümü və başqa meyvə-giləmeyvələrdən istifadə edilir. Bəzən lətli şirə hazır­lamaq üçün yuyulmuş meyvəni saplaqdan və çəyirdəkdən təmizləyirlər. Alma və heyvanı dilimlərə doğrayır, 60–85°C-yə qədər qızdırır, sürtgəcdən keçirib püre alır, çöküntü verməməsi üçün hemogenləşdirirlər. Ev şəraitində hemogenləşdirilməyə şirəni mik­ser­də çalmaqla muəyyən qədər nail olmaq olar.

Müxtəlif üsullarla alınmış lətli şirəni şəkər şərbəti ilə qarışdırırlar. Şəkər şərbəti, xammalın növündən və hazır­lanan şirə üçün tələb olunan konsistensiyadan asılı olaraq 25–50% miqdarında götürülür. Şəkər şərbətinin qatılığı meyvə-giləmeyvənin növündən asılıdır. Şirə bankalara tökülür, 85–90°C temperaturda pasterizə edilməklə konserv­ləşdirilir.

Ev şəraitində hazırlanan lətli şirələr saxlanarkən çöküntü verir və şirə iki hissəyə ayrılır. Üst hissədə şəffaf şirə, alt hissədə püreyəbənzər kütlə olur. Şirə içilərkən bankanı açmazdan qabaq yaxşı qarışdırılır və iri qədəhlərdə süfrəyə verilir.


Yüklə 2,07 Mb.

Dostları ilə paylaş:
1   ...   68   69   70   71   72   73   74   75   ...   181




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin