Хятаи район мящкямясиня



Yüklə 46,5 Kb.
tarix10.01.2022
ölçüsü46,5 Kb.
#107581





_____________________Məhkəməsinə



İddiaçı: Soyadı, adı, atasının adı


Ünvan: (faktiki yaşadığı ünvan və qeydiyyatda olduğu ünvan qeyd edilməlidir)

Telefon_________________________________

Cavabdeh: Soyadı, adı, atasının adı


Ünvan: (faktiki yaşadığı ünvan və qeydiyyatda olduğu ünvan qeyd edilməlidir)

Telefon_________________________________

İDDİA ƏRİZƏSİ


(əmlak tələbinə dair)
Cavabdeh (adı, atasının adı, soyadı) mənim keçmiş ərimdir. Biz il _______ tarixdə nikaha daxil olub evləndikdən sonra Bakı şəhəri, (ünvan) mənzildə qeydiyyatda olmaqla orada yaşamışıq. Cavabdeh daima evdə söz-söhbət yaradaraq dava-dalaş salmış, il _______tarixdə məni döyərək evdən qovmuşdur. (Adı, atasının adı, soyadı) ilə aramızdakı nikah il tarixdə pozulmuşdur. Mən mənzildən qovulduğum zaman aşağıdakı özümə məxsus və nikah dövründə aldığım əmlak qeydiyyatda olduğum mənzildə qalmışdır:

(əmlakın adı, dəyəri göstərilməlidir)

Azərbaycan Respublikasının Ailə Məcəlləsinin 34-cü maddəsinə əsasən nikaha daxil olanadək onlara məxsus olan əmlak, habelə nikah dövründə hədiyyə şəklində və ya vərəsəlik qaydasında, digər əvəzsiz əqdlər üzrə əldə etdikləri əmlak ər-arvadın hər birinin ayrıca mülkiyyətindədir (ər-arvadın hər birinin əmlakıdır). Zinət əşyaları istisna olmaqla, fərdi istifadə şeyləri (geyim, ayaqqabı və s.) nikah zamanı ər-arvadın ümumi vəsaiti hesabına əldə edilsə də, ər-arvaddan kimin istifadəsində olunubsa, ona məxsusdur.

Bu Məcəllənin 35-ci maddəsinə uyğun olaraq nikahda olduqları dövrdə ər-arvadın ümumi əmlakı və ya hər birinin əmlakı, yaxud da ər-arvadın hansınınsa əməyi hesabına ər-arvadın hər birinin əmlakının dəyərini xeyli artıran vəsaitin qoyulması (əssaslı təmir, yenidən quraşdırma, avadanlığı dəyişdirmə və s.) müəyyən edilirsə, həmin əmlak onların birgə mülkiyyəti sayıla bilər.

Göstərilən Məcəllənin 36.1-ci maddəsinə müvafiq olaraq ər-arvadın ümumi əmlakının bölünməsi nikah dövründə, eləcə də onlardan birinin tələbi ilə nikah pozulduqdan sonra, habelə kreditor ödəməni ər-arvadın ümumi əmlakında olan onlardan birinin payına yönəltmək üçün ümumi əmlakın bölünməsi tələbi barədə ərizə verdikdə həyata keçirilir.

Qeyd edilən Məcəllənin 37.1-ci maddəsinə görə, ər-arvad arasındakı müqavilədə başqa hal tutulmayıbsa, onların ümumi əmlakının bölünməsi zamanı bu əmlakdakı payları bərabər hesab edilir. Ayrı-ayrı hallarda məhkəmə yetkinlik yaşına çatmayan uşaqların mənafeyini və (və ya) ərin (arvadın) diqqətəlayiq mənafeyini, o cümlədən ər-arvaddan biri üzürsüz səbəbdən gəlir əldə etmədiyi və ya birgə mülkiyyəti ailə mənafeyinə zidd olaraq sərf etdiyi halları nəzərə alıb onların birgə mülkiyyətinin bölünməsi zamanı payları bərabər bölməyə bilər.

Yuxarıda göstərilənlərə əsasən


XAHİŞ EDİRƏM:
Mənə məxsus əmlakın cavabdehdən alınmasına və nikah dövründə əldə olunmuş əmlakın bölünməsinə dair qətnamə çıxarasınız.

Qoşma: 1. Nikah haqqında şəhadətnamənin surəti (notariusda təsdiq olunmuş)

2. Doğum haqqında şəhadətnamənin surəti (notariusda təsdiq olunmuş)

3. Nikahın ləğv edilməsi haqqında şəhadətnamənin surəti (notariusda təsdiq olunmuş)

4. Yaşayış yerindən arayışlar

5. Dövlət rüsumunun ödənilməsinə dair qəbz ( iddia qiyməti 110 manatdan çox olduqda 20 manat, iddia qiyməti 110 manatdan çox olmadıqda 3 manat)



6. İddia ərizəsinin surəti.

İmza: (Soyadı, adı, atasının adı)
Tarix:


Yüklə 46,5 Kb.

Dostları ilə paylaş:




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin