I. GİRİŞ MÜDDƏalari


Kartoçkalar, markalar və oxşar sənədlər



Yüklə 5,28 Mb.
səhifə49/51
tarix21.06.2018
ölçüsü5,28 Mb.
#54358
1   ...   43   44   45   46   47   48   49   50   51
 Kartoçkalar, markalar və oxşar sənədlər

İstiqraz şəklində borc öhdəlikləri haqqında göstərişlər şəraitdən asılı olaraq çıxarıcı tərəfindən verilmiş və həmin şəxsin icranı həyata keçirməyə borclu olmaq niyyətini bildirən kartoçkalara, markalara və ya kreditorun göstərilmədiyi oxşar sənədlərə müvafiq surətdə tətbiq edilir.

Maddə 1075. Açıq borc istiqrazları. Emissiya prospektinin məcburiliyi

1075.1. Borc almaq məqsədi ilə buraxılan borc öhdəlikləri (borc istiqrazları) yalnız emissiya prospekti əsasında açıq abunə yazılışı üçün buraxıla və ya birjaya çıxarıla bilər. Təkcə müəyyən şəxslər dairəsi üçün nəzərdə tutulmayan bütün emissiyalar açıq sayılır.

1075.2. Emissiya prospektində aşağıdakı məlumatlar olmalıdır:

1075.2.1. borclar, faizlərin hesablanması və satınalma şərtləri;

1075.2.2. istiqrazlar üçün müəyyənləşdirilmiş xüsusi təminatlar;

1075.2.3. zərurət olduqda, borclar üzrə kreditorların təmsilçiliyi.

1075.3. Qalan hallarda səhmlərin buraxılışında bu Məcəllənin 1077.3 və 1077.4-cü maddələrinin müddəaları müvafiq surətdə tətbiq edilir.

Maddə 1075. Açıq borc istiqrazları. Emissiya prospektinin məcburiliyi

1075.1. Borc almaq məqsədi ilə buraxılan borc öhdəlikləri (borc istiqrazları) yalnız emissiya prospekti əsasında açıq abunə yazılışı üçün buraxıla və ya birjaya çıxarıla bilər. Təkcə müəyyən şəxslər dairəsi üçün nəzərdə tutulmayan bütün emissiyalar açıq sayılır.

1075.2. Emissiya prospektində aşağıdakı məlumatlar olmalıdır:

1075.2.1. borclar, faizlərin hesablanması və satınalma şərtləri;

1075.2.2. istiqrazlar üçün müəyyənləşdirilmiş xüsusi təminatlar;

1075.2.3. zərurət olduqda, borclar üzrə kreditorların təmsilçiliyi.

1075.3. Qalan hallarda səhmlərin buraxılışında bu Məcəllənin 1077.3 və 1077.4-cü maddələrinin müddəaları müvafiq surətdə tətbiq edilir.

[354]  23 dekabr 2003-cü il tarixli 566-IIQD nömrəli “Azərbaycan Respublikasının Mülki Məcəlləsinə əlavələr və dəyişikliklər edilməsi haqqında” Azərbaycan Respublikasının Qanunu (Azərbaycan Respublikasının qanunvericilik toplusu, 2004-cü il, № 3, maddə 123) ilə 1076.1-ci maddədə "Konversiya borcu istiqrazları" sözlərindən sonra "açıq" sözü əlavə edilmişdir.

[355]  23 dekabr 2003-cü il tarixli 566-IIQD nömrəli “Azərbaycan Respublikasının Mülki Məcəlləsinə əlavələr və dəyişikliklər edilməsi haqqında” Azərbaycan Respublikasının Qanunu (Azərbaycan Respublikasının qanunvericilik toplusu, 2004-cü il, № 3, maddə 123) ilə 1076.2-ci maddədə "1077.3 və 1077.4-cü maddələri" sözləri "1078-12-ci maddəsi" sözləri ilə əvəz edilmişdir.

[356]  23 dekabr 2003-cü il tarixli 566-IIQD nömrəli “Azərbaycan Respublikasının Mülki Məcəlləsinə əlavələr və dəyişikliklər edilməsi haqqında” Azərbaycan Respublikasının Qanunu (Azərbaycan Respublikasının qanunvericilik toplusu, 2004-cü il, № 3, maddə 123) ilə Məcəlləyə 1076-1-1076-5-ci maddələr əlavə edilmişdir.

[357] 17 aprel 2007-ci il tarixli 315-IIIQD nömrəli Azərbaycan Respublikasının Qanunu (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2007-ci il, № 8, maddə 745) ilə 1076-3.1-ci maddədə "ipoteka şəhadətnamələri" sözləri "ipoteka kağızları" sözləri ilə əvəz edilmişdir.

 

[358] 23 dekabr 2003-cü il tarixli 566-IIQD nömrəli “Azərbaycan Respublikasının Mülki Məcəlləsinə əlavələr və dəyişikliklər edilməsi haqqında” Azərbaycan Respublikasının Qanunu (Azərbaycan Respublikasının qanunvericilik toplusu, 2004-cü il, № 3, maddə 123) ilə 1077.1-ci maddəyə ikinci cümlə əlavə edilmişdir.



[359]  23 dekabr 2003-cü il tarixli № 566 -IIQD nömrəli “Azərbaycan Respublikasının Mülki Məcəlləsinə əlavələr və dəyişikliklər edilməsi haqqında” Azərbaycan Respublikasının Qanunu (Azərbaycan Respublikasının qanunvericilik toplusu, 2004-cü il, № 3, maddə 123) ilə 1077.2-ci, 1077.3-cü, 1077.4-cü maddələr yeni redaksiyada verilmişdir. Məcəllənin əvvəlki redaksiyasında deyilirdi:

1077.2. Adsız səhmlərə adsız səhmlər haqqında göstərişlər, müəyyən şəxsin adına verilmiş səhmlərə isə orderli qiymətli kağızlar haqqında göstərişlər tətbiq olunur. Onlara həmçinin bu Məcəllənin 1070.1 və 1072-ci maddələrinin müddəaları tətbiq olunur.

1077.3. Səhmlər yalnız emissiya prospekti əsasında açıq abunə yazılışı üçün buraxıla və ya bircaya çıxarıla bilər. Emissiya prospektində aşağıdakı məlumatlar olmalıdır:

1077.3.1. hüquqi şəxslərin dövlət reyestrində emitent barəsində olan məlumatlar;

1077.3.2. səhmlərin miqdarını, nominal dəyərini və növlərini, habelə səhmlərin ayrı-ayrı kateqoriyalarının imtiyazlarını göstərməklə, səhmdar kapitalının miqdarı və tərkibi;

1077.3.3. kapitalın icazə verilmiş və ya şərtləşdirilmiş artırılması haqqında qərarlar;

1077.3.4. sabit dividendli səhmlərin və ya dividend kuponlarının miqdarı və bunlardan irəli gələn hüquqların məzmunu;

1077.3.5. müstəqil auditorun auditor hesabatı ilə birlikdə, emitentin sonuncu balansı və toplu maliyyə hesabatı, habelə balansın tərtib edildiyi gündən 6 aydan çox keçdikdə, auditorun yoxladığı aralıq balanslarının məzmunu;

1077.3.6. emitentin təsis edildiyi andan bəri və ya emitentin, heç olmasa, son 5 maliyyə ilində ödənilmiş dividendlər;

1077.3.7. səhmdar cəmiyyətini idarəetmə orqanının yeni səhmlərin buraxılışı haqqında qərarı.

1077.4. Əgər səhmlər bu göstərişlərə uyğun onları əsaslandıran prospektsiz buraxılırsa və ya prospektdə yanlış və ya qanuni tələblərə cavab verməyən məlumatlar göstərilirsə, bu işdə bilərəkdən və ya ehtiyatsızlıq üzündən iştirak etmiş bütün şəxslər zərərə görə birgə borclular kimi məsuliyyət daşıyırlar.

[360]  23 dekabr 2003-cü il tarixli 566 -IIQD nömrəli “Azərbaycan Respublikasının Mülki Məcəlləsinə əlavələr və dəyişikliklər edilməsi haqqında” Azərbaycan Respublikasının Qanunu (Azərbaycan Respublikasının qanunvericilik toplusu, 2004-cü il, № 3, maddə 123) ilə 107-ci maddəyə 1077.5-1077.7-ci maddələr əlavə edilmişdir.

[361] 23 dekabr 2003-cü il tarixli 566-IIQD nömrəli “Azərbaycan Respublikasının Mülki Məcəlləsinə əlavələr və dəyişikliklər edilməsi haqqında” Azərbaycan Respublikasının Qanunu (Azərbaycan Respublikasının qanunvericilik toplusu, 2004-cü il, № 3, maddə 123) ilə Məcəllənin 1078.1-ci maddəsində "əmtəə kağızlarında" sözləri "əmtəə kağızlarında (yəni sahibinin qiymətli kağızda göstərilən əmtəəyə dair sərəncam vermək və bu əmtəəni almaq hüququnu təsbit edən qiymətli kağızlarda (anbar şəhadətnaməsi, konosament və s.)" sözləri ilə əvəz edilmişdir.

[362] 23 dekabr 2003-cü il tarixli № 566 -IIQD nömrəli “Azərbaycan Respublikasının Mülki Məcəlləsinə əlavələr və dəyişikliklər edilməsi haqqında” Azərbaycan Respublikasının Qanunu (Azərbaycan Respublikasının qanunvericilik toplusu, 2004-cü il, № 3, maddə 123) ilə 8-18-ci paraqraflar əlavə edilmişdir.

[363] 23 fevral 2010-cu il tarixli 960-IIIQD nömrəli Azərbaycan Respublikasının Qanunu (“Azərbaycan” qəzeti 22 aprel 2010-cu il, № 85Azərbaycan Respublikasının qanunvericilik toplusu, 2010-cı il, № 4, maddə 266) ilə 1078-11.5-ci maddəsi yeni redaksiyada verilmişdir.

Əvvəlki redaksiayda deyilirdi:



1078-11.5. İstiqrazlar buraxılışının məcmu nominal dəyəri emitentin ödənilməmiş istiqrazlarının məcmu nominal dəyəri ilə birlikdə onun nizamnamə kapitalının miqdarından və ya üçüncü şəxslərin ona bu məqsədlə verdikləri təminatın ölçüsündən çox olduqda həmin istiqrazların dövlət qeydiyyatına yol verilmir.

 

[364] 9 oktyabr 2007-ci il tarixli 430-IIIQD nömrəli Azərbaycan Respublikasının Qanunu (Azərbaycan Respublikasının qanunvericilik toplusu, 2007-cı il, № 11, maddə 1053) ilə  1078-13.4-cü maddədə “emitent” sözündən sonra “inzibati qaydada və (və ya)” sözləri əlavə edilmişdir.



[365] 15 noyabr 2011-ci il tarixli 247-IVQD nömrəli Azərbaycan Respublikasının Qanunu (“Respublika” qəzeti, 25 dekabr 2011-ci il, № 280, “Azərbaycan” qəzeti 29 dekabr 2011-ci il, № 289, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2011-ci il, № 12, maddə 1102) ilə 1078-28.1.3-cü maddə yeni redaksiyada verilmişdir.

Əvvəlki redaksiyada deyilirdi:



1078-28.1.3. qiymətli kağızların idarə olunması üzrə fəaliyyət;

 

[366] 23 fevral 2010-cu il tarixli 960-IIIQD nömrəli Azərbaycan Respublikasının Qanunu (“Azərbaycan” qəzeti 22 aprel 2010-cu il, № 85Azərbaycan Respublikasının qanunvericilik toplusu, 2010-cı il, № 4, maddə 266) ilə 1078-28.4-cü maddəsinin ikinci cümləsində "Qiymətli kağızlar bazarının peşəkar iştirakçılarının" sözlərindən sonra "banklar istisna olmaqla" sözləri əlavə edilmişdir.



 

[367] 15 noyabr 2011-ci il tarixli 247-IVQD nömrəli Azərbaycan Respublikasının Qanunu (“Respublika” qəzeti, 25 dekabr 2011-ci il, № 280, “Azərbaycan” qəzeti 29 dekabr 2011-ci il, № 289, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2011-ci il, № 12, maddə 1102) ilə 1078-31.1-ci və 1078-31.2-ci maddələr yeni redaksiyada verilmişdir.

Əvvəlki redaksiyada deyilirdi:

1078-31.1. Qiymətli kağızların idarə olunması üzrə fəaliyyəti həyata keçirən qiymətli kağızlar bazarının peşəkar iştirakçısı idarəçi adlanır.

1078-31.2. İdarəçiyə idarə olunmaq üçün qiymətli kağızların və ya pul vəsaitlərinin verilməsi həmin qiymətli kağızlara və ya pul vəsaitlərinə mülkiyyət hüququnun keçməsinə səbəb olmur.

 

[368] 30 iyun 2009-cu il tarixli  856-IIIQD nömrəli Azərbaycan Respublikasının Qanunu (“Azərbaycan” qəzeti  24 iyul 2009-cu il, № 160) ilə yeni məzmunda 302.8-1-ci, 1078-29.9-cu və 1078-31.6-cı maddələr əlavə edilmişdir.



 

[369]  24 dekabr 2004-cü il 815-IIQD nömrəli “Lotereyalar haqqında” Azərbaycan Respublikası Qanununun tətbiqi ilə əlaqədar Azərbaycan Respublikasının bəzi qanunvericilik aktlarına əlavələr və dəyişikliklər edilməsi barədə” Azərbaycan Respublikasının Qanunu (Azərbaycan Respublikasının qanunvericilik toplusu, 2005-ci il, № 2, maddə 61) ilə Məcəllənin 1086-cı maddəsi yeni redaksiyada verilmişdir. Maddənin əvvəlki redaksiyasında deyilirdi:



Maddə 1086. Lotereyalara və uduş tirajlarına dair müqavilə

1086.1. Lotereyalar və uduş tirajları üzrə tələb yalnız o halda əmələ gəlir ki, lotereya və ya uduş tirajı keçirən müəssisə Azərbaycan Respublikasından onları keçirmək üçün xüsusi icazə (lisenziya) almış olsun.

1086.2. Xüsusi icazə (lisenziya) olmadıqda lotereyalar və uduş tirajları üzrə heç bir tələb əmələ gəlmir.

[370]  24 iyun 2005-ci il 949-IIQD nömrəli "Azərbaycan Respublikası Mülki Məcəlləsinin təsdiq edilməsi, qüvvəyə minməsi və bununla bağlı hüquqi tənzimləmə məsələləri haqqında" Azərbaycan Respublikasının Qanununa və həmin qanunla təsdiq edilmiş Azərbaycan Respublikasının Mülki Məcəlləsinə dəyişikliklər və əlavələr edilməsi barədə” Azərbaycan Respublikasının Qanunu (Azərbaycan Respublikasının qanunvericilik toplusu, 2005-ci il, № 8, maddə 693) ilə 1089.2-ci maddədə"ehtiyatsızlıq" sözü "kobud ehtiyatsızlıq" sözləri ilə əvəz edilmişdir.

 

[371]  24 iyun 2005-ci il 949-IIQD nömrəli "Azərbaycan Respublikası Mülki Məcəlləsinin təsdiq edilməsi, qüvvəyə minməsi və bununla bağlı hüquqi tənzimləmə məsələləri haqqında" Azərbaycan Respublikasının Qanununa və həmin qanunla təsdiq edilmiş Azərbaycan Respublikasının Mülki Məcəlləsinə dəyişikliklər və əlavələr edilməsi barədə” Azərbaycan Respublikasının Qanunu (Azərbaycan Respublikasının qanunvericilik toplusu, 2005-ci il, № 8, maddə 693) ilə 1089.3-cü maddədə"işlərin idarə olunması" sözləri "işlərin aparılması" sözləri ilə əvəz edilmişdir.



 

[372]  24 iyun 2005-ci il 949-IIQD nömrəli "Azərbaycan Respublikası Mülki Məcəlləsinin təsdiq edilməsi, qüvvəyə minməsi və bununla bağlı hüquqi tənzimləmə məsələləri haqqında" Azərbaycan Respublikasının Qanununa və həmin qanunla təsdiq edilmiş Azərbaycan Respublikasının Mülki Məcəlləsinə dəyişikliklər və əlavələr edilməsi barədə” Azərbaycan Respublikasının Qanunu (Azərbaycan Respublikasının qanunvericilik toplusu, 2005-ci il, № 8, maddə 693) ilə 1090.1-ci maddədə"işlərin idarə edilməsi", "işlərin idarə edilməsinin" sözləri müvafiq olaraq "işlərin aparılması", "işlərin aparılmasının" sözləri ilə əvəz edilmişdir.

 

[373]  24 iyun 2005-ci il 949-IIQD nömrəli "Azərbaycan Respublikası Mülki Məcəlləsinin təsdiq edilməsi, qüvvəyə minməsi və bununla bağlı hüquqi tənzimləmə məsələləri haqqında" Azərbaycan Respublikasının Qanununa və həmin qanunla təsdiq edilmiş Azərbaycan Respublikasının Mülki Məcəlləsinə dəyişikliklər və əlavələr edilməsi barədə” Azərbaycan Respublikasının Qanunu (Azərbaycan Respublikasının qanunvericilik toplusu, 2005-ci il, № 8, maddə 693) ilə 1090.2-ci maddədə"işləri idarə etməyə", "işlərin idarə olunması" sözləri müvafiq olaraq "işləri aparmağa" və "işlərin aparılması" sözləri ilə əvəz edilmişdir.



 

[374]  24 iyun 2005-ci il 949-IIQD nömrəli "Azərbaycan Respublikası Mülki Məcəlləsinin təsdiq edilməsi, qüvvəyə minməsi və bununla bağlı hüquqi tənzimləmə məsələləri haqqında" Azərbaycan Respublikasının Qanununa və həmin qanunla təsdiq edilmiş Azərbaycan Respublikasının Mülki Məcəlləsinə dəyişikliklər və əlavələr edilməsi barədə” Azərbaycan Respublikasının Qanunu (Azərbaycan Respublikasının qanunvericilik toplusu, 2005-ci il, № 8, maddə 693) ilə Məcəlləyə 1090.3-cü maddə əlavə edilmişdir.

 

[375]  24 iyun 2005-ci il 949-IIQD nömrəli "Azərbaycan Respublikası Mülki Məcəlləsinin təsdiq edilməsi, qüvvəyə minməsi və bununla bağlı hüquqi tənzimləmə məsələləri haqqında" Azərbaycan Respublikasının Qanununa və həmin qanunla təsdiq edilmiş Azərbaycan Respublikasının Mülki Məcəlləsinə dəyişikliklər və əlavələr edilməsi barədə” Azərbaycan Respublikasının Qanunu (Azərbaycan Respublikasının qanunvericilik toplusu, 2005-ci il, № 8, maddə 693) ilə 1091.1-ci maddədə"əmlakından nə isə götürmüş olsun" sözləri "hesabına əmlak əldə etsin" sözləri ilə əvəz edilmişdir.



 

[376]  24 iyun 2005-ci il 949-IIQD nömrəli "Azərbaycan Respublikası Mülki Məcəlləsinin təsdiq edilməsi, qüvvəyə minməsi və bununla bağlı hüquqi tənzimləmə məsələləri haqqında" Azərbaycan Respublikasının Qanununa və həmin qanunla təsdiq edilmiş Azərbaycan Respublikasının Mülki Məcəlləsinə dəyişikliklər və əlavələr edilməsi barədə” Azərbaycan Respublikasının Qanunu (Azərbaycan Respublikasının qanunvericilik toplusu, 2005-ci il, № 8, maddə 693) ilə 1092.1.1-ci maddənin əvvəlinə "bu Məcəllənin 157.5-ci maddəsinin tələbləri nəzərə alınmaqla," sözləri əlavə edilmişdir.

 

[377]  24 iyun 2005-ci il 949-IIQD nömrəli "Azərbaycan Respublikası Mülki Məcəlləsinin təsdiq edilməsi, qüvvəyə minməsi və bununla bağlı hüquqi tənzimləmə məsələləri haqqında" Azərbaycan Respublikasının Qanununa və həmin qanunla təsdiq edilmiş Azərbaycan Respublikasının Mülki Məcəlləsinə dəyişikliklər və əlavələr edilməsi barədə” Azərbaycan Respublikasının Qanunu (Azərbaycan Respublikasının qanunvericilik toplusu, 2005-ci il, № 8, maddə 693) ilə 1092.3-cü maddəyə ikinci cümlə əlavə edilmişdir.



 

[378]  24 iyun 2005-ci il 949-IIQD nömrəli "Azərbaycan Respublikası Mülki Məcəlləsinin təsdiq edilməsi, qüvvəyə minməsi və bununla bağlı hüquqi tənzimləmə məsələləri haqqında" Azərbaycan Respublikasının Qanununa və həmin qanunla təsdiq edilmiş Azərbaycan Respublikasının Mülki Məcəlləsinə dəyişikliklər və əlavələr edilməsi barədə” Azərbaycan Respublikasının Qanunu (Azərbaycan Respublikasının qanunvericilik toplusu, 2005-ci il, № 8, maddə 693) ilə 1094-cü maddənin mətni yeni redaksiyada verilmişdir. Maddənin əvvəlki redaksiyasında deyilirdi:



1094.1. Varlanmış şəxs aldığı əşya üçün çəkdiyi xərclərin kompensasiyası hüququna malikdir. Varlanmış şəxs varlanarkən arxayın olmuşsa, faydalı qurğuların əvəzi də ödənilməlidir. Əks halda faydalı qurğuların əvəzi yalnız o halda ödənilir ki, bunlar qaytarma anında hələ mövcud olan dəyər artımına səbəb olsun.

1094.2. Varlanmış şəxsin digər qurğularının əvəzi ödənilmir. Əgər varlanmış şəxsə bunun üçün kompensasiya təklif edilməzsə, o, əşyanı qaytarana qədər qurğuları geri götürə bilər, bir şərtlə ki, bu, əşyanın özünü zədələmədən mümkün olsun.

 

[379]  24 iyun 2005-ci il 949-IIQD nömrəli "Azərbaycan Respublikası Mülki Məcəlləsinin təsdiq edilməsi, qüvvəyə minməsi və bununla bağlı hüquqi tənzimləmə məsələləri haqqında" Azərbaycan Respublikasının Qanununa və həmin qanunla təsdiq edilmiş Azərbaycan Respublikasının Mülki Məcəlləsinə dəyişikliklər və əlavələr edilməsi barədə” Azərbaycan Respublikasının Qanunu (Azərbaycan Respublikasının qanunvericilik toplusu, 2005-ci il, № 8, maddə 693) ilə 1096.3-cü maddə çıxarılmışdır. Maddənin əvvəlki redaksiyasında deyilirdi:



1096.3. Qanunla müəyyənləşdirilmiş hallarda obyektiv surətdə hüquqa zidd əməllər üçün məsuliyyət baş verə bilər.

 

[380]  24 iyun 2005-ci il 949-IIQD nömrəli "Azərbaycan Respublikası Mülki Məcəlləsinin təsdiq edilməsi, qüvvəyə minməsi və bununla bağlı hüquqi tənzimləmə məsələləri haqqında" Azərbaycan Respublikasının Qanununa və həmin qanunla təsdiq edilmiş Azərbaycan Respublikasının Mülki Məcəlləsinə dəyişikliklər və əlavələr edilməsi barədə” Azərbaycan Respublikasının Qanunu (Azərbaycan Respublikasının qanunvericilik toplusu, 2005-ci il, № 8, maddə 693) ilə 1097.2-ci maddə çıxarılmışdır. Maddənin əvvəlki redaksiyasında deyilirdi:



 

1097.2. Mülki hüquq pozuntusunu (delikti) törətmiş şəxs zərərin onun təqsiri üzündən vurulmadığını sübuta yetirərsə, zərərin əvəzini ödəməkdən azad edilir.

 

[381]  24 iyun 2005-ci il 949-IIQD nömrəli "Azərbaycan Respublikası Mülki Məcəlləsinin təsdiq edilməsi, qüvvəyə minməsi və bununla bağlı hüquqi tənzimləmə məsələləri haqqında" Azərbaycan Respublikasının Qanununa və həmin qanunla təsdiq edilmiş Azərbaycan Respublikasının Mülki Məcəlləsinə dəyişikliklər və əlavələr edilməsi barədə” Azərbaycan Respublikasının Qanunu (Azərbaycan Respublikasının qanunvericilik toplusu, 2005-ci il, № 8, maddə 693) ilə 1097.4-cü maddə çıxarılmışdır. Maddənin əvvəlki redaksiyasında deyilirdi:



1097.4. Hüquqa uyğun hərəkətlərlə vurulmuş zərərin əvəzi qanunda nəzərdə tutulan hallarda ödənilməlidir.

 

[382]  24 iyun 2005-ci il 949-IIQD nömrəli "Azərbaycan Respublikası Mülki Məcəlləsinin təsdiq edilməsi, qüvvəyə minməsi və bununla bağlı hüquqi tənzimləmə məsələləri haqqında" Azərbaycan Respublikasının Qanununa və həmin qanunla təsdiq edilmiş Azərbaycan Respublikasının Mülki Məcəlləsinə dəyişikliklər və əlavələr edilməsi barədə” Azərbaycan Respublikasının Qanunu (Azərbaycan Respublikasının qanunvericilik toplusu, 2005-ci il, № 8, maddə 693) ilə Məcəllədən 1102-ci maddə çıxarılmışdır. Maddənin əvvəlki redaksiyasında deyilirdi:



Maddə 1102. Öz məsuliyyətini sığorta etdirmiş şəxs tərəfindən zərərin əvəzinin ödənilməsi

Öz məsuliyyətini könüllü və ya icbari sığorta qaydasında zərərçəkənin xeyrinə sığorta etdirmiş fiziki və ya hüquqi şəxs sığorta ödənişinin vurulmuş zərərin əvəzini tam ödəməyə kifayət etmədiyi halda sığorta ödənişi ilə zərərin faktik miqdarı arasındakı fərqi ödəyir.

 

[383]  24 iyun 2005-ci il 949-IIQD nömrəli "Azərbaycan Respublikası Mülki Məcəlləsinin təsdiq edilməsi, qüvvəyə minməsi və bununla bağlı hüquqi tənzimləmə məsələləri haqqında" Azərbaycan Respublikasının Qanununa və həmin qanunla təsdiq edilmiş Azərbaycan Respublikasının Mülki Məcəlləsinə dəyişikliklər və əlavələr edilməsi barədə” Azərbaycan Respublikasının Qanunu (Azərbaycan Respublikasının qanunvericilik toplusu, 2005-ci il, № 8, maddə 693) ilə 1104.4-cü maddədə"verilir" sözü "verilmir" sözü ilə əvəz edilmişdir.



 

[384] 17 aprel 2007-ci il 313-IIIQD nömrəli Azərbaycan Respublikasının Qanunu (Azərbaycan Respublikasının qanunvericilik toplusu, 2007-ci il, № 6, maddə 560) ilə 1107.2-ci maddədə “narkotik vasitələrdən” sözlərindən sonra “və ya psixotrop maddələrdən” sözləri əlavə edilmişdir.

 

[385]  24 iyun 2005-ci il 949-IIQD nömrəli "Azərbaycan Respublikası Mülki Məcəlləsinin təsdiq edilməsi, qüvvəyə minməsi və bununla bağlı hüquqi tənzimləmə məsələləri haqqında" Azərbaycan Respublikasının Qanununa və həmin qanunla təsdiq edilmiş Azərbaycan Respublikasının Mülki Məcəlləsinə dəyişikliklər və əlavələr edilməsi barədə” Azərbaycan Respublikasının Qanunu (Azərbaycan Respublikasının qanunvericilik toplusu, 2005-ci il, № 8, maddə 693) ilə 1108-ci maddənin adında "mülki hüquq pozuntusu üçün" sözləri "zərərə görə" sözləri ilə əvəz edilmişdir.



 

[386]  24 iyun 2005-ci il 949-IIQD nömrəli "Azərbaycan Respublikası Mülki Məcəlləsinin təsdiq edilməsi, qüvvəyə minməsi və bununla bağlı hüquqi tənzimləmə məsələləri haqqında" Azərbaycan Respublikasının Qanununa və həmin qanunla təsdiq edilmiş Azərbaycan Respublikasının Mülki Məcəlləsinə dəyişikliklər və əlavələr edilməsi barədə” Azərbaycan Respublikasının Qanunu (Azərbaycan Respublikasının qanunvericilik toplusu, 2005-ci il, № 8, maddə 693) ilə 1108.1-ci maddənin ikinci cümləsi çıxarılmışdır. Maddənin əvvəlki redaksiyasında deyilirdi:



1108.1. Ətrafdakılar üçün yüksək təhlükə ilə bağlı fəaliyyəti (nəqliyyat vasitələrindən, mexanizmlərdən, yüksək gərginlikli elektrik enerjisindən, atom enerjisindən, partlayıcı maddələrdən, güclü təsir edən zəhərlərdən və i.a. istifadə edilməsi; tikinti fəaliyyətinin və onunla bağlı digər fəaliyyətin həyata keçirilməsi və s.) nəticəsində mülki hüquq pozuntusu törətmiş fiziki və hüquqi şəxslər yüksək təhlükə mənbəyinin vurduğu zərərin əvəzini ödəməyə borcludurlar, bu şərtlə ki, zərərin qarşısıalınmaz qüvvənin təsiri və ya zərərçəkənin qəsdi nəticəsində əmələ gəldiyini sübuta yetirməsinlər. Məhkəmə yüksək təhlükə mənbəyinin sahibini bu Məcəllənin 1116.2 və 1116.3-cü maddələrində nəzərdə tutulan əsaslar üzrə də məsuliyyətdən tamamilə və ya qismən azad edə bilər. Zərərin əvəzini ödəmək vəzifəsi yüksək təhlükə mənbəyinə mülkiyyət hüququ ilə və ya digər qanuni əsasla (icarə hüququ ilə, nəqliyyat vasitəsini idarə etmək hüququna dair etibarnamə üzrə və i.a.) sahiblik edən fiziki və ya hüquqi şəxsin öhdəsinə qoyulur.

 


Yüklə 5,28 Mb.

Dostları ilə paylaş:
1   ...   43   44   45   46   47   48   49   50   51




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin