Abadlaşdırma üzrə Regional Iqtisadi Təşkilatın Iran Islam inqilabı dövründə fəaliyyətində yaranmış süstlüyü aradan qaldırmaq üçün 1984-cü ildə üzv ölkələr Ankarada konfrans təşkil etdilər. Adı çəkilən təşkilatın əsasnaməsində bir sıra dəyişikliklər aparmaqla, baza sənədi kimi onu yeni qurumun—EKO-nun nizamnaməsi olaraq qəbul etdilər. 1990-cı ildə Iran, Pakistan və Türkiyə ölkə başçılarının Islamabadda keçirilən yığıncağında EKO-nun nizamnaməsi son variantda təsdiq olundu. SSRI-nin dağılması, Qafqaz və Orta Asiyada yeni dövlətlərin meydana çıxması ilə ticarət rabitələrinin yeni mərhələsi üçün EKO-nun əhdnaməsinə təzədən baxılması zərurəti yarandı. Həmin dövrdə əsasnamədə yenidən bir sıra dəyişikliklər aparıldı və Mərkəzi Asiya, Qafqazda təzə zühur etmiş dövlətlərin EKO-ya qəbul olunması üçün yol açıldı. Bu minvalla EKO üzvlərinin sayı 15-ə çatdı.
Izmir əhdnaməsinin məqsədləri və ya EKO-nun əsasnaməsi:
Daimi iqtisadi inkişaf üçün şəraitin yaxşılaşdırılması, məntəqənin ictimai-iqtisadi potensialından əlverişli şəkildə istifadə etməklə, üzv ölkələrin əhalisinin rifah halının və yaşayış səviyyəsinin yüksəldilməsi;
EKO-nun şamil olduğu ərazilərdə dünya ticarəti üçün mövcud olan maneələrin aradan qaldırılması, regiondaxili ticarətin inkişafı, dünyadakı və digər regionlardakı iqtisadi yüksəlişin təcrübəsindən istifadə etməklə, transregional ticarətin inkişafı;
EKO-nun dünya ticarətinə kömək etmək məqsədi və üzv ölkələrin əsas hədəflərinə uyğun olaraq, iqtisadi həmkarlığın təşviqi;
Məntəqədə fəal həmkarlıq etmək və ictimai, iqtisadi, mədəni-maarif, elmi-texniki sahələrdə qarşılıqlı yardıma nail olmaq;
Üzv ölkələri bir-birləri və dünya ölkələri ilə birləşdirən rabitələrin inkişafının sürətlənməsi;
Ümumi və xüsusi sektorlarda inteqrasiyanın gücləndirilməsi, iqtisadiyyatın sərbəstləşdirilməsinə çalışmaq, müştərək sərmayə qoyuluşu yolu ilə məntəqədə xüsusi sektorun üstünlük qazanmasını təmin etmək;
Məntəqədəki insani mənbələrinin inkişafı üçün müştərək proqramların hazırlanması;
Məntəqənin təbii sərvətlərindən, xüsusilə də enerji mənbələrindən ən əlverişli surətdə istifadə etmək;
Məntəqənin sənaye və əkinçilik sahəsindəki potensial imkanlarından səmərəli şəkildə bəhrələnmək üçün səylərin artırılması;
Məntəqədə narkotiklərdən istifadə edilməsinin kökünü kəsmək üçün həmkarlığın inkişafı;
Məntəqədə ətraf mühit və ekologiyanın qorunması istiqamətində həmkarlığın inkişafı;
EKO və beynəlxalq maliyyə qurumları, habelə digər beynəlmiləl təşkilatlar arasında qarşılıqlı mənfəətləri nəzərə almaqla əməkdaşlığın gücləndirilməsi;
Məntəqə sakinləri arasında mədəni-maarif və tarixi bağlılıqların daha artıq möhkəmləndirilməsi, turizmin inkişafı.
Yuxarıda adı çəkilən məqsəd və hədəflər EKO-nun fəaliyyətində nəzərdə tutulan ən ümdə məramlardır.