Ethernetin sürəti haqda
10, 30, 50 fərqi yoxdur işçi sayı çox olan iş yerində Ethernet şəbəkəsi işlədilirsə eyni anda şəbəkəyə qoşulmada problem yaşanacaqdır. Əgər hər kəs saat 9-da kompüterini açsa şəbəkəyə qoşulmaqda çətinlik çəkəcəkdir. Bunun səbəb bütün kompüterlərin şəbəkədə Collision (toqquşma) halında olmasıdır. Lori desək şəbəkədə qırğın gedir. Şəbəkənin nə qədər güclü olmasına baxmayaraq o ilk dəqiqələrdə performansının ən aşağı səviyyəsində olur. Amma gün ərzində şəbəkə tam funksional olmasa da yaxşı işləyir. Nəyə görə tam olmasa da dediyimi izah edim. Ona görə ki, şəbəkə kartlarının sürətləri 10 Mbit\san və ya 100Mbit\san olmağına baxmayaraq əsas güc СSMA/CD yoxlama siqnalları sərf edilir. Bu da şəbəkəni hər zaman dolu olmasına səbəb olur. Nə etmək olar hələ ki ETHERNET ən yaxşısıdır. Ethernet rəsmi olaraq ilk satışa çıxarıldığında koaksial kabel istifadə edərək 10Mbit/Saniyə sürətində çalışırdı. İlk model olaraq da 10Base5 bazara çıxarıldı. Uzun bir vaxt bu şəkildə istifadə olunan ilk ethernet, RG-8 kabelindən istifadə etdi. RG-8-in quraşdırılmasından daha asan olan və ucuz başa gələn RG-58 onu əvəz etmək üçün yaradıldı və 10Base2 modeli yarandı. Ancaq bu iki Ethernet tipi də günümüzdə yerini Twisted Pair(TP) kabel istifadə edən Ethernet-ə təhvil vermişdir. Hələ ki RG-58 istifadə edən bir şəbəkə tipinə rast gəlmək mümkündür. Aşağıda Ethernetin bütün tipləri və ya növləri ilə tanış olduqdan sonra onların izahı ilə məşğul olarıq.
Ethernet Tipləri.
Base (əsas) sözü qarşısındakı 10, 100, 1000 şəbəkə sürətini bildirir. Məsələn: 10 (100,1000) Mega Bit/Saniyə və ya 10(100,1000) Mbit/Sec. Yəni saniyədə 10,100,1000 meqabayt məlumat ötürə bilir.
-
Ethernet Tipləri
|
Əhatə dairəsi.
Məsafə
|
İstifadə etdiyi kabel
|
10Base-2
|
200 m
|
Coaxial ------- RG-58
|
10Base-5
|
500 m
|
Coaxial ------- RG-8
|
10Base-T
|
100 m
|
Cat 3 və yuxarı UTP-lər
|
10Base-FL
|
2000 m = 2 km
|
Multimode Fiber----(MM)
|
-
Fast(sürətli) Ethernet Tipləri
|
Əhatə dairəsi.
Məsafə
|
İstifadə etdiyi kabel
|
100Base-T2
|
100 m
|
Cat 3 və yuxarı UTP-lər
|
100Base-T4
|
100 m
|
Cat 3 və yuxarı UTP-lər
|
100Base-TX
|
100 m və yuxarı
|
UTP-------CAT5
|
100Base-SX
|
300m və yuxarı
|
Multimode Fiber----(MM)
|
100Base-FX
|
2000 m = 2 km və yuxarı
|
Multimode Fiber----(MM)
|
100Base-BX
|
|
Single mode Fiber----(SM)
|
-
Gigabit(Qiqabit) Ethernet Tipləri
|
Əhatə dairəsi.
Məsafə
|
İstifadə etdiyi kabel
|
1000Base-SX
|
300 m və yuxarı
|
Multimode Fiber ----(MM)
|
1000Base-LX
|
550 m və yuxarı
|
Multimode Fiber----(MM)
|
1000Base-LX
|
3000 m = 3 km və yuxarı
|
Single mode Fiber----(SM)
|
İlk koaksial kabelli Ethternet
İlk koaksial kabelli Ethernet şəbəkəsi indiki Ethernetdən həm görünüşünə görə, həm də bacarığına görə fərqlənirdi. Şəbəkələr əsasən bus tipologiyasına görə qurulurdu. Aşağıdakı şəkillərə baxın, onlar həm 10Base2, 10Base5 və tipologiyaları izah edən zaman yardımçı olacaqdır. Bunlar ilk şəbəkə qurğularıdır.
BNC kabel ucu
|
T Connector(birləşdirici)
|
Terminator (sonluq)
|
|
Yanda koaksial kabel ucu BNC-i T connector- un bir ucuna taxılıbdır. T connector digər ucunda Terminator taxılıdır. T connector orta ucu da şəbəkə kartına taxılıdır. Şəbəkə kartına taxılı olan uc açıqda olsa da bu problem təşkil etmir.
|
Koaksial kabelləşmədə koaksial kabelin bir ucu torpaq xəttinə bağlanmalıdır. Bunu edə bilmək üçün yaradılmış , torpağa, yəni kompüterin metal bir nöqtəsinə taxa biləcəyimiz zəncir qoşulmuş sonluq olur.
|
Kabelin bir ucuna yuxarıdakı kimi normal sonluq hansı ki torpağa basdırılır, digər forması isə aşağıdakı kimi zəncirli, kompüterin metal bir nöqtəsinə bağlı olacaq şəkildə taxılmalıdır.
|
|
Yanda kompüterə bağlanmış zəncir formasıdır.
Diqqət sadəcə bir ucdakı sonluq torpaqda olmalıdır, ikisi birdən olmaz !!!
|
Dostları ilə paylaş: |