İki və daha çox kompüteri hub və ya switch vasitəsi iləbirləşdirmək.
4 dənə RJ-45 jak (ucuz olduğuna görə çox da almaq olar)
Kabel UTP CAT5e Bakı mağazalarında mümkün olan kateqoriya kabeldir. Əgər olmasa CAT5-də alsanız olar. 1 metr UTP 2008-01-20 qiymətlərinə görə 40 qəpikdir. Neçə metrə almağı siz təyin etməlisiniz. Ən aşağı 1.5 metrlik almalısınız. Yəni bu halda kompüterlər bir- birindən 1 metr uzaqlıqda yerləşməlidir deməkdir. Əgər uzaqdırsa yadımıza salaq 10BaseT və ya 100BaseT HUB ilə hər PC arasında maksimum məsafə 100 m olmalıdır. Cəmi məsafə 200 m olur. Çalışın hər tərəf mümkün qədər eyni uzunluqda kabellə birləşdirilsin. Əgər 1-ci dəfə şəbəkə qurursunuzsa və kabeli 1-ci dəfə görürsünüzsə onda aldığınız yerdə kabeli jak-a taxdırın. Sadəcə deyin düz və ya çarpaz kabel ver.