İCTİMAİ BİRLİYİ Əlaqə: Kənan Qasımov İctimaiyyətlə Əlaqələr üzrə mütəxəssis



Yüklə 2,76 Mb.
səhifə3/3
tarix10.01.2022
ölçüsü2,76 Mb.
#109635
1   2   3
Şikayətçilərin cinsi

Bakı

29 rüb

Gəncə

29 rüb

Lənkəran

29 rüb

Quba

29 rüb

Şəki

29 rüb

A

Kişi

97

19

49

138

82

B

Qadın

101

16

42

45

52

C

Şikayətlərin umumi sayı

198

35

91

183

134


Şikayətçilərin yaşı
Bütün mərkəzlərimizdə ən aktiv yaş qrupu orta yaşlı əhali hesab edilir. Bakıda və Qubada bir qədər yaşlı əhalinin də aktivliyi nəzərə çarpır.


Yaş qrupu

Bakı

29 rüb

Gəncə

29 rüb

Lənkəran

29 rüb

Quba

29 rüb

Şəki

29 rüb

A

< 20

0

0

0

8

1

B

20 – 35

20

8

10

43

30

C

35 – 50

104

15

58

54

42

D

50 – 65

54

12

20

55

14

E

65 +

17

0

0

16

10

F

Müəyyən deyil

3

0

3

7

37

G

Ümumi say

198

35

91

183

134


Müraci_ə_tl_ə_rin_ünvanlandığı_sah_ə_l_ə_r'>Müraciətçilərin coğrafi yerləşməsi
Layihənin ilkin həyata keçirilmə mərhələlərində hüquqi yardım əsasən şəhər əhalisinə edilirdisə, son dövrdə kənd əhalisi də prosesə cəlb olunub. Regional mərkəzlərin kənd yerlərində keçirdikləri mobil təlimlərin nəticəsində mərkəzlərimizə müraciət edən kənd əhalisinin sayında da nəzərə çarpacaq artım müşahidə olunur.

Müraciətlərin ünvanlandığı sahələr
Bu rüb ərzində mərkəzlər üzrə müraciətlərin ən çox ünvanlandığı sahələr müxtəlifdir. Amma şikayətlərin ünvanlandığı sahələri nəzərdən keçirərkən ən çox narahatçılıq doğuran sahələrin məhkəmə, pensiya və ünvanlı sosial yardım, icra orqanları, polis, bələdiyyə və kommunal xidmət sahələri ilə bağlı olduğu diqqət çəkir. Məhkəmələrlə bağlı şikayətlər ümumi şikayətlərin 10%-ni təşkil edir. İkinci sırada polisdir. Mərkəzlərimizə müraciət edən vətəndaşların 7%-i məhz polisdən şikayətlənib. Xüsusuilə Quba mərkəzində polislə bağlı şikayətlər daha çoxdur. Lənkəran mərkəzində də polisin qanunsuz fəaliyyəti ilə bağlı şikayət edənlərin sayında artım müşahidə olunur.

Bakı mərkəzinə edilən müraciətlərin arasında bələdiyyələrlə bağlı müraciətlər çoxluq təşkil edir. Eyni zamanda vətəndaşlar xüsusilə Əmlak Məsələləri üzrə dövlət komitəsindən şikayət edirlər. Lisenziyalaşdırma, mülkiyyətin qeydə alınmaması ilə bağlı müraciət edən vətəndaşların sayı kifayət qədər yüksəkdir.

Pensiya və ünvanlı sosial yardım sahəsindən edilən şikayətlərin sayı da əhəmiyyətli dərəcədə yüksəkdir. Xüsusən regionlarda bu sahədə xeyli şikayətlər qəbul olunur. Amma bununla belə o da vurğulanmalıdır ki, bu sahədən şikayət edən şəxslərin əksəriyyəti qanunvericilk normalarını tam bilmir və onlara verilməli olan imtiyazlar barəsində tam məlumatlı deyillər. Bununla belə maraqlıdır ki, şikayətləri müsbət həll olunan şikayətçilərin də çoxu məhz bu sahədəndir. Xüsusilə regionlarda fəaliyyət göstərən sosial müdafiə mərkəzləri, verilən şikayətlərə vaxtında baxıb onları həll etməkdə fəallıq nümayiş etdirirlər. Bir faktı vurğulamaq yerinə düşər ki, bir neçə ay bundan əvvələdək vətəndaşların sosial müavinət kartlarının vətəndaşlardan alınaraq onlara ayrılan vəsaitlərin mənimsənilməsi hallarına müəyyən mənada son qoyulmuşdusa da, yenidən bununla bağlı mərkəzlərimizə müraciətlər gəlməkdədir.

Müraciətlərə dövlət qurumları tərəfindən verilən cavablara gəlincə. Müraciətlərə dövlət qurumları tərəfindən verilən cavablar qurumdan quruma fərqlənir. Beləki, son rüb ərzində təşkilat tərəfindən Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi, Korrupsiyaya qarşı mübarizə komitəsi və Daxili İşlər Nazirliyinə göndərilən müraciətlərə verilən cavablar daha qane edici və ətraflıdır. Bununla belə Əmlak Məsələləri üzrə dövlət komitəsi, Məhkəmə hüquq şurası tərəfindən verilən cavabların qanedicilik səviyyəsi yüksək deyil. Adları sadalanan qurumlar vətəndaş cəmiyyəti ilə əməkdaşlıq şəraitində çalışmağa səy göstərsələr də, əməli fəaliyyətin hiss edilməsi baxımından çatışmazlıqlar mövcuddur. Xüsusilə Əmlak Məsələləri üzrə dövlət komitəsi ilə bağlı vəziyyət daha narahat edicidir.


Müraciətlərin sahələr üzrə bölgüsü – 29 rüb (ümumi sayı – 641)

Müraciətlərin sahələr üzrə bölgüsü - layihə boyu (ümumi sayı –32,073)


2. MƏRKƏZLƏRİN FƏALİYYƏTİ HAQQINDA MƏLUMAT

Geridə qalan rüb ərzində Şəffaflıq Azərbaycan təşkilatı bir neçə əhəmiyyətli tədbirlər keçirib.



  1. Transparency International” təşkilatının Berlində yerləşən qərargahı və təşkilatın milli bölməsi olan “Şəffaflıq Azərbaycan” Korrupsiyaya qarşı Mübarizə İctimai Birliyi tərəfindən 23-28 yanvar 2012-ci il tarixlərində Bakıda Transparency International təşkilatının Şri Lanka, Hindistan, Pakistan, Maldiv, Nepal milli bölmələri üçün regional treninq təşkil edilmişdir. Treninqin keçirilməsində əsas məqsəd 2005-ci ilin mart ayından etibarən təşkilatımız tərəfindən Azərbaycan hökuməti ilə qarşılıqlı əməkdaşlıq şəklində uğurla icra edilən ALAC (Korrupsiyaya Qarşı Mübarizədə İctimai Maraqların Müdafiəsi və Hüquqi Məsləhət Mərkəzləri) layihəsi barədə məlumat vermək, layihənin fəaliyyət istiqamətləri barədə danışmaq olub. Təlimlər zamanı Azərbaycan təcrübəsi barədə iştirakçılara geniş informasiya verilib, öz milli bölmələrində ALAC layihəsinin strukturunun formalaşdırılması və həyata keçirilməsi üsulları izah edilib. Təlimlər çərçivəsində həmkarlarımız ALAC Quba mərkəzinə səfər edib, regional mərkəzin iş strukturu, mərkəzdə həyata keçirilən işlər barədə məlumat alıblar.




Yuxarıdakı şəkil: 23-28 yanvar 2012-ci il tarixlərində keçirilmiş tədbirdən foto şəkil


  1. Transparency Azərbaycan təşkilatının Bakı, Quba və Gəncə mərkəzləri son rüb ərzində korrupsiyaya qarşı mübarizə ilə bağlı bir neçə maairfləndirmə tədbirləri həyata keçiriblər. Tədbirlərdə hədəf qrupları daha çox yerli əhali, müəllimlər, həkimlər və jurnalistlər seçilmiş, onlarla korrupsiyaya qarşı mübarizə ilə bağlı məlumatlandırma və maarifləndirmə işləri aparılmışdır. Vətəndaşlara bir sıra məsələlərlə bağlı hüquqi məsləhət verilib, onların korrupsiya ilə bağlı şikayətləri dinlənilmişdir.










Yuxarıdakı şəkillər: Maarifləndirmə və məlumatlandırma tədbirləri


Uğurla həll olunmuş işlər


  • Şəffaflıq Azərbaycan təşkilatının Quba mərkəzinə müraciət edən Qusar rayonu 3 saylı orta məktəbin müəllimi qanunsuz olaraq dərs dediyi məktəbin direktoru tərəfindən əmək müqaviləsinin ləğv olunduğunu bildirib. Məsələ ilə bağlı Təhsil nazirliyinə göndərilən müraciətin ardından problem yoluna qoyulub. Nazirlikdən gələn cavabda bildirilir ki, məktəb direktorunun əmri ƏM-nin 79-cu maddəsinə zidd olduğu üçün QRTŞ-nin əmri ilə direktorun əmri ləğv edilərək vətəndaş işə bərpa olunmuşdur.




  • Quba şəhərindən mərkəzimizə müraciət edən vətəndaş daşınmaz əmlakının tanınması üçün daşınmaz əmlakın dövlət reyesteri xidmətinə müraciət edib, çıxarış tələb etsə də ona çıxarışın verilmədiyindən şikayət edib. Mərkəzimizin işə müdaxiləsinin ardından vətəndaş DƏDRX-nin Xaşmaz ərazi İdarəsi tərəfindən çıxarışla təmin edilib.




  • Quba rayonu Cağacuq kəndindən “Şəffaflıq Azərbaycan” təşkilatının Quba mərkəzinə müraciət edən vətəndaş ona analıq məzuniyyəti ilə bağlı təyin edilmiş məbləğin ödənilməməsindən şikayətini bildirib. Tərəfimizdən Azərbaycan Respublikası Dövlət Sosial Müdafiə Fonduna məsələ ilə bağlı müraciət edildikdən dərhal sonra iş öz həllini tapıb və təyin olunan məbləğ vətəndaşa ödənib.




  • Quba mərkəzimizə müraciət edən vətəndaş Quba Elektrik Şəbəkə tərəfindən ona haqsız borc yazılması ilə bağlı şikayətini çatdırıb. Məsələ ilə əlaqədar tərəfimizdən Quba Elektrik şəbəkəsinə müraciət göndərildikdən sonra vətəndaşın şikayətinə baxılıb və ona hesablanmış əsassız borcun silindiyi bildirilib.

Eyni məzmunlu müraciətlər digər mərkəzlərimizə də göndərilib. Azərsu ilə bağlı analoji müraciət də müsbət həll olunub. Beləki, vətəndaşa yazılımış artıq borc silinib.

Bir neçə halda Bakıelektrikşəbəkə tərəfindən vətəndaşlara arayışların verilməməsi hallarına rast gəlinib. Tərəfimizdən quruma müraciət edildikdən sonra vətəndaşlar arayışla təmin olunublar və bütün hallarda bildirilib ki, onların elektrik enerjisindən istifadəyə görə quruma borcları yoxdur.





  • Gəncə mərkəzimizə isə Ünvanlı sosial yardımın təyin olunmaması ilə bağlı müraciətlərin sayında çoxluq müşahidə olunur. Amma bununla belə qeyd edilməlidir ki, Əmək və Əhalinin sosial müdafiəsi nazirliyinin regional şöbələrində qaldırılan məsələlərə operativ baxılır və bir çox hallarda iş vətəndaşın xeyrinə müsbət həll olunur. Ötən rüb ərzində iki vətəndaşın ÜSY-ın təyin olunmaması ilə bağlı Gəncə mərkəzimizə göndərilən müraciətlərinin ardından, mərkəzimizin əməkdaşları ƏƏSMN-nin Gəncə şəhər şöbəsinə qanuna müvafiq qaydada müraciət ünvanlayıblar və hər iki halda vətəndaşlara ÜSY təyin olunub.

Şəffaflıq Azərbaycan”, ALAC və LRC layihəsi haqqında əlavə məlumat almaq üçün www.transparency.az internet səhifəsinə müraciət edə bilərsiniz. “Şəffaflıq Azərbaycan” Korrupsiyaya Qarşı Mübarizə İctimai Birliyi və onun həyata keçirdiyi layihə ilə bağlı əlavə məlumat almaq üçün təşkilatın icraçı direktoru xanım Rəna Səfərəliyevadan müsahibə götürə bilərsiniz.


Yüklə 2,76 Mb.

Dostları ilə paylaş:
1   2   3




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin