İCTİMAİ BİRLİYİ Əlaqə: Kənan Qasımov İctimaiyyətlə Əlaqələr üzrə mütəxəssis



Yüklə 2,76 Mb.
səhifə1/3
tarix10.01.2022
ölçüsü2,76 Mb.
#109635
  1   2   3

ŞƏFFAFLIQ AZƏRBAYCAN”



KORRUPSİYAYA QARŞI MÜBARİZƏ

İCTİMAİ BİRLİYİ


Əlaqə:

Kənan Qasımov

İctimaiyyətlə Əlaqələr üzrə mütəxəssis


Tel: (994 12) 497 68 15
Faks: (994 12) 596 20 38

E-mail: kanan_q@transparency.az






29-cu RÜB
MƏTBUAT ÜÇÜN HESABAT

“Transparency International” təşkilatının milli bölməsi olan “Şəffaflıq Azərbaycan” Korrupsiyaya qarşı Mübarizə İctimai Birliyi tərəfindən həyata keçirilən ALAC (İctimai Maraqların Müdafiəsi və Hüquq Məsləhət Mərkəzi) layihəsi çərçivəsində son rüb ərzində bir sıra tədbirlər həyata keçirmişdir. Layihə 2005-ci il Aprel ayının 1-dən etibarən MDB ölkələri arasında ilk dəfə olaraq Azərbaycanda həyata keçirilməyə başlanıb. ABŞ Beynəlxalq İnkişaf Agentliyinin (USAİD təşkilatı), qrant dəstəyi əsasında həyata keçirilən layihənin məqsədi korrupsiya problemləri ilə üzləşən vətəndaşlara-korrupsiya şahidləri və korrupsiyanın qurbanlarına çevrilən hər bir kəsə pulsuz hüquqi yardım göstərmək və dövlət qurumları ilə əməkdaşlıq şəklində vətəndaşların şikayətlərinin qanuni həllinə çalışmaqdır. Layihə həmçinin vətəndaşları cəmiyyətdə baş verən korrupsiya halları ilə fəal mübarizəyə cəlb etmək məqsədi daşıyır. Layihənin başlıca missiyası isə vətəndaşlara pulsuz hüquqi yardım göstərmək və məsləhət verməkdir. Layihə “Şəffaflıq Azərbaycan” təşkilatının 3 mərkəzi Bakı, Gəncə və Quba mərkəzi tərəfindən həyata keçirilir.

ALAC layihəsi ilə yanaşı Şəffaflıq Azərbaycan təşkilatı regional mərkəzləri vasitəsilə ATƏT-in Bakı ofisinin maliyyə dəstəyi ilə Qanunun Aliliyi və Hüquqi Məsləhət (LRC) layihəsini də həyata keçirir. Hüquq Resurs Mərkəzi layihəsi “Şəffaflıq Azərbaycan” Korrupsiyaya qarşı mübarizə ictimai birliyi tərəfindən həyata keçirilən İctimai Maraqların Müdafiəsi və Hüquq Məsləhət mərkəzi (ALAC) layihəsinin əsasında yaradılıb. Layihənin əsas məqsədi məhkəmə sistemi ilə əməkdaşlığı yüksəltmək, müvafiq institutlarla əlaqələri artırmaq, məhkəmə üsulları və qanunvericilk sahəsində irəliləyişlərə nail olmaq və sadə vətəndaşların məhkəməyə çıxışını asanlaşdırmaqdır. LRC Layihəsi “Şəffaflıq Azərbaycan” təşkilatının 3 mərkəzi Gəncə, Şəki və Lənkəran mərkəzləri tərəfindən icra olunur.

Media üçün hesabat “Şəfafflıq Azərbaycan” Korrupsiyaya qarşı Mübarizə İctimai Birliyi tərəfindən hazırlanmışdır. Məzmun Donorların rəsmi mövqeyini əks etdirməyə bilər.


Yüklə 2,76 Mb.

Dostları ilə paylaş:
  1   2   3




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin