İCTİMAİ BİRLİYİ Əlaqə: Kənan Qasımov İctimaiyyətlə Əlaqələr üzrə mütəxəssis

Sizin üçün oyun:

Google Play'də əldə edin


Yüklə 95.21 Kb.
tarix21.10.2017
ölçüsü95.21 Kb.

ŞƏFFAFLIQ AZƏRBAYCAN”



KORRUPSİYAYA QARŞI MÜBARİZƏ

İCTİMAİ BİRLİYİ

Əlaqə:

Kənan Qasımov

İctimaiyyətlə Əlaqələr üzrə mütəxəssis
Tel: (994 12) 418 11 09
Faks: (994 12) 596 20 38

E-mail: kanan_q@transparency.az






2011-Cİ İL 25-Cİ RÜBÜ (APREL-IYUN AYLARI) ƏRZİNDƏ GÖRÜLƏN İŞLƏR BARƏDƏ
MƏTBUAT ÜÇÜN HESABAT

“Transparency International” təşkilatının milli bölməsi olan “Şəffaflıq Azərbaycan” Korrupsiyaya qarşı Mübarizə İctimai Birliyi tərəfindən həyata keçirilən ALAC (İctimai Maraqların Müdafiəsi və Hüquq Məsləhət Mərkəzi) layihəsi çərçivəsində son rüb ərzində bir sıra tədbirlər həyata keçirmişdir. Layihə 2005-ci il Aprel ayının 1-dən etibarən MDB ölkələri arasında ilk dəfə olaraq Azərbaycanda həyata keçirilməyə başlanıb. ABŞ Beynəlxalq İnkişaf Agentliyinin (USAİD təşkilatı), qrant dəstəyi əsasında həyata keçirilən layihənin məqdəsi korrupsiya problemləri ilə üzləşən vətəndaşlara-korrupsiya şahidləri və korrupsiyanın qurbanlarına çevrilən hər bir kəsə pulsuz hüquqi yardım göstərmək və dövlət qurumları ilə əməkdaşlıq şəklində vətəndaşların şikayətlərinin qanuni həllinə çalışmaqdır. Layihə həmçinin vətəndaşları cəmiyyətdə baş verən korrupsiya halları ilə fəal mübarizəyə cəlb etmək məqsədi daşıyır. Layihənin başlıca missiyası isə vətəndaşlara pulsuz hüquqi yardım göstərmək və məsləhət verməkdir. Layihə “Şəffaflıq Azərbaycan” təşkilatının 3 mərkəzi Bakı, Gəncə və Quba mərkəzi tərəfindən həyata keçirilir.

ALAC layihəsi ilə yanaşı Şəffaflıq Azərbaycan təşkilatı regional mərkəzləri vasitəsilə ATƏT-in Bakı ofisinin maliyyə dəstəyi ilə Qanunun Aliliyi və Hüquqi Məsləhət (LRC) layihəsini də həyata keçirir. Hüquq Resurs Mərkəzi layihəsi “Şəffaflıq Azərbaycan” Korrupsiyaya qarşı mübarizə ictimai birliyi tərəfindən həyata keçirilən İctimai Maraqların Müdafiəsi və Hüquq Məsləhət mərkəzi (ALAC) layihəsinin əsasında yaradılıb. Layihənin əsas məqsədi məhkəmə sistemi ilə əməkdaşlığı yüksəltmək, müvafiq instutlarla əlaqələri artırmaq, məhkəmə üsulları və qanunvericilk sahəsində irliləyişlərə nail olmaq və sadə vətəndaşların məhkəməyə çıxışını asanlaşdırmaqdır. LRC Layihəsi “Şəffaflıq Azərbaycan” təşkilatının 3 mərkəzi Gəncə, Şəki və Lənkəran mərkəzləri tərəfindən icra olunur.

Media üçün hesabat “Şəfafflıq Azərbaycan” Korrupsiyaya qarşı Mübarizə İctimai Birliyi tərəfindən hazırlanmışdır. Məzmun Donorların rəsmi mövqeyini əks etdirməyə bilər.

MƏRKƏZLƏRƏ DAXİL OLAN MÜRACİƏTLƏR HAQQINDA

Geridə qalan 3 ay (rüb) ərzində mərkəzlərə ümumilikdə 930 ilkin zəng və şikayət daxil olub. Bakı (152), Gəncə (148), Lənkəran (130), Quba (268) və Şəki (232).



Aşağıda göstərilən diaqram hər beş mərkəz üzrə qəbul olunan şikayətlərin rəqəmlə ifadə olunması göstərilir.


Müraciətçilərin cinsi
Müraciətçilərin cinsi nisbəti ilə götürsək, mərkəzlərə şikayət ilə müraciət edən kişilərin sayı qadınlara nisbətən daha çoxdur. Bu hal özünü daha çox kənd yerlərində büruzə verir. Bunun əsas səbəblərindən biri kimi milli mentaliteti və eyni zamanda qadınların bir başa müraciət edib, problemlərinin özləri vasitəsi ilə həll edilməsinə bir o qədər də maraqlı olmamasını göstərmək olar. Amma maraqlıdır ki, Gəncədə müraciət edən vətəndaşlar arasında qadınlar kişilərlə müqayisədə daha çoxdur.
Aşağıda göstərilən diaqramda hər beş mərkəzə hesabat dövrü ərzində müraciət edən

şikayətçilərin cinsi nisbətini göstərilib:

Şikayətçilərin cinsi

Bakı

25 rüb

Gəncə

25 rüb

Lənkəran

25 rüb

Quba

25 rüb

Şəki

25 rüb

A

Kişi

88

64

64

191

137

B

Qadın

64

84

66

77

95

C

Şikayətlərin umumi sayı

152

148

130

268

232

Şikayətçilərin yaşı
Lənkəran, Bakı, Gəncə və Şəki mərkəzlərində ən aktiv yaş qrupu orta yaşlı əhali hesab edilir. Yaşlı əhalinin ən aktiv olduğu mərkəz kimiQuba mərkəzimizi göstərə bilərik.


Yaş qrupu

Bakı

25 rüb

Gəncə

25 rüb

Lənkəran

25 rüb

Quba

25 rüb

Şəki

25 rüb

A

< 20

0

0

0

4

6

B

20 – 35

17

61

18

58

49

C

35 – 50

70

44

76

95

103

D

50 – 65

53

43

29

91

28

E

65 +




0

0

20

14

F

Müəyyən deyil

12

0

7

0

32

G

Ümumi say

15

148

130

268

232


Müraciətçilərin coğrafi yerləşməsi
Layihənin ilkin həyata keçirilmə mərhələlərində hüquqi yardım əsasən şəhər əhalisinə edilirdisə, son dövrdə kənd əhalisi də prosesə cəlb olunub. Regional mərkəzlərin kənd yerlərində keçirdikləri mobil təlimlərin nəticəsində mərkəzlərimizə müraciət edən kənd əhalisinin sayında da nəzərə çarpacaq artım müşahidə olunur.

Müraciətlərin ünvanlandığı sahələr
Bu rüb ərzində mərkəzlər üzrə müraciətlərin ən çox ünvanlandığı sahələr müxtəlifdir. Amma şikayətlərin ünvanlandığı sahələri nəzərdən keçirərkən ən çox narahatçılıq doğuran sahələrin məhkəmə, pensiya və ünvanlı sosial yardım, icra orqanları, polis, bələdiyyə (əsasən regionlarda) və kommunal xidmət sahələri ilə bağlı olduğu diqqət çəkir. Məhkəmələrlə bağlı şikayətlər ümumi şikayətlərin 17%-ni təşkil edir. İkinci sırada polisdir. Polislə bağlı mərkızlərimizə müraciət vətəndaşlar ümumi şikayətlərin 10% -i həddindədir. Xüsusuilə Gəncə mərkəzində polislə bağlı şikayətlər daha çoxdur. Quba mərkəzində də Polisin qanunsuz fəaliyyəti ilə bağlı şikayət edənlərin sayında çoxluq müşahidə olunur.

Pensiya və ünvanlı sosial yardım sahəsindən edilən şikayətlərin sayı da əhəmiyyətli dərəcədə yüksəkdir. Xüsusən regionlarda bu sahədə xeyli şikayətlər qəbul olunur. Amma bununla belə o da vurğulanmalıdır ki, bu sahədən şikayət edən şəxslərin əksəriyyəti qanunvericilk normalarını tam bilmir və onlara verilməli olan imtiyazlar barəsində tam məlumatlı deyillər. Bununla belə maraqlıdır ki, şikayətləri müsbət həll olunan şikayətçilərin də çoxu məhz bu sahədəndir. Xüsusilə regionlarda fəaliyyət göstərən sosial müdafiə mərkəzləri, verilən şikayətlərə vaxtında baxıb onları həll etməkdə fəallıq nümayiş etdirirlər.

Ümumiyyətlə edilən müraciətlərə dövlət qurumları tərəfindən verilən cavablar qurumdan quruma fərqlənir. Beləki, son rüb ərzində təşkilat tərəfindən Təhsil Nazirliyi, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi, “Azərenerji” ASC və Azərbaaycan Respublikası Baş Prokurorluğuna göndərilən müraciətlərə verilən cavablar daha qane edici və ətraflıdır. Bununla belə Daşınmaz Əmlakın Dövlət Reyestri, Ədliyyə Nazirliyi tərəfindən verilən cavabların qanedicilik səviyyəsi yüksək deyil. Adları sadalanan qurumlar vətəndaş cəmiyyəti ilə əməkdaşlıq şəraitində çalışmağa səy göstərsələr də, əməli fəaliyyətin hiss edilməsi baxımından çatışmazlıqlar mövcuddur.
Müraciətlərin sahələr üzrə bölgüsü – 25 rüb (ümumi sayı – 930)

Müraciətlərin sahələr üzrə bölgüsü - layihə boyu (ümumi sayı –29,519)


2. MƏRKƏZLƏRİN FƏALİYYƏTİ HAQQINDA MƏLUMAT

Geridə qalan rüb ərzində Şəffaflıq Azərbaycan təşkilatı bir neçə əhəmiyyətli tədbirlər keçirib.

1- “Şəffaflıq Azərbaycan” Korrupsiyaya Qarşı Mübarizə İctimai Birliyi, Amerika Biriləşmiş Ştatları Beynəlxalq İnkişaf Agentliyinin (USAİD) dəstəyi ilə hökumət qurumları ilə qeyri-hökumət təşkilatları arasında şəffaflığın və hesabatlılığın artırılması məqsədilə silsilə dəyirmi masalar təşkil edib. 14 iyun tarixində elektrik enerjisi təchizatı, 21 İyunda ünvanlı sosial yardımın verilməsi və 28 iyunda qaz təchizatı sahəsində əldə edilmiş uğurları və problemlərlə bağlı olub. Tədbirlərdə aidiyyatı dövlət qurumları, yerli və beynəlxalq qeyri-hökumət təşkilatlarının nümayəndələri iştirak edib. Tədbirlərin yekunu olaraq hər bir quruma müvafiq tövsiyyələr hazırlanaraq təqdim olunub. Sevindirici haldır ki, dövlət qurumları özləri belə görüşlərin baş tutmasında maraqlı tərəf kimi çıxış ediblər və səsləndirilən haqlı iradları qəbul edərək onların yoluna qoyulması istiqmətində vətəndaş cəmiyyətinin üzvləri ilə birgə əməkdaşlıq şəklində çalışmağa həvəs göstəriblər. Tədbirlərin ardından bu dövlət qurumları ilə əməkdaşlıq daha da sürətlənib və qurumlara göndərilən müraciətlərin həlledilməsi istiqamətində nəzərəçarpan irəliləyiş qeydə alınıb.





Yuxarıdakı şəkillər: Azəriqaz İstehsalat Birliyi, “Bakıelektrikşəbəkə” ASC və Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi ilə keçirilən dəyirmi masalar

2-“Şəffaflıq Azərbaycan” Korrupsiyaya Qarşı Mübarizə İctimai Birliyinin icraçı direktoru Rəna Səfərəliyeva Birləşmiş Millətlər Təşkilatının televiziya kanalından olan çəkiliş qrupu üçün müsahibə verib. Müsahibədə Transparency İnternational təşkilatının milli bölməsi olaraq fəaliyyət göstərən Şəffaflıq Azərbaycan təşkilatının korrupsiyaya qarşı mübarizə istiqamətində atdığı addımlar, 10 il ərzində təşkilatın keçdiyi yol, əldə olunan nailiyyətlər və qarşıda duran problemlər barədə məlumat verilib. Rəna Səfərəliyeva təşkilatın yarandığı dövrdən bu yana keçdiyi yol barəsində danışarkən bildirib ki, əgər 10 il bundan əvvəl insanlar korrupsiyaya qarşı mübarizədən danışarkən bunu qorxaraq edirdilərsə, artıq vəziyyət fərqlidir. “Bizim və digər həmkarlarımızın uzun illər ərzində gördüyü fəaliyyət nəticəsində korrupsiyaya qarşı mübarizə ilə bağlı xeyli nailiyyətlər qazanmışıq və artıq ictimaiyyət arasında korrupsiyya qarşı mübarizənin ciddiliyi barədə inam formalaşdıra bilmişik”. O eyni zamanda qeyd edib ki, əldə edilən bütün nailiyyətlərlə yanaşı xeyli sayda problemlər hələ də mövcuddur və korrupsiyaya qarşı mübarizə prioritet məsələlərdən biri olaraq qalmaqdadır. Qeyd edək ki, BMT televiziyası Azərbaycanla bağlı sənədli film hazırlayır və filmdə ölkədə insan hüquqlarının qorunması, korrupsiyaya qarşı mübarizə və ölkənin inkişaf istiqaməti ilə bağlı məsələlərə toxunulacaq.





Yuxarıdakı şəkil: Rəna Səfərəliyeva BMT televiziyasına müsahibə verir

Transparency International» təşkilatının milli bölməsi olan «Şəffaflıq Azərbaycan» İctimai Birliyi, Amerika Birləşmiş Ştatları İnkişaf Agentliyinin (USAİD) dəstəyi ilə həyata keçirdiyi ALAC Layihəsi (İctimai Maraqların Qorunması və Hüquqi Məsləhət Mərkəzi Layihəsi) çərçivəsində 23 iyun 2011-ci il tarixində “Dövlət qurumlarının şəffaflığı və məlumatların əldə olunmasının hüqüqi yolları” mövzusunda təlim keçirib. Təlimdə jurnalistlər, jurnalistika fakültəsində təhsil alan tələbələr iştirak edib. İştirakçılara korrupsiya, onun formaları, korrupsiyaya qarşı mübarizə və bu mübarizədə medianın üzərinə düşən məsuliyyət barədə məlumat verilib. Eyni zamanda informasiya əldə edilməsi sahəsində jurnalitlərin qarşılaşdıqları problemlər dinlənilib, onlara bununla bağlı qanunvericiliyin tələbləri izah olunub.





Yuxarıdakı şəkil: Jurnalistlər üçün keçirilən təlim

UĞURLA HƏLL EDİLMİŞ BƏZİ MÜRACİƏTLƏR1
Ötən rüb ərzində mərkəzlərə ünvanlanan müraciətlərdən bir çoxu müsbət həll edilmişdir. Aşağıda uğurla həll edilmiş müraciətlərin bir neçəsi barədə məlumat verilib.
Bakı
Bakı şəhərindən mərkəzimizə müraciət edən vətəndaş Azərbaycan Müəllimlər İnstitutunda baş verən qanunsuz hərəkətlərdən şikayət edir. Bildirir ki, musahibatlıqdan onun itmiş maaş kartına görə əlavə pul tələb olunur. Tərəfimizdən Təhsil Nazirliyinə göndərilən məktub baxılması üçün adıçəkilən universitetə yönləndirilib. Bununla bağlı AMİ-dən gələn məktubda qeyd olunub ki, institutun mühasibat şöbəsi əməkdaşının diqqətsizliyi səbəbindən ərizəçidən itirilmiş bankomat kartı üçün iki dəfə 14 AZN miqdarında əlavə pul vəsaiti alınmışdır. Məsələ araşdırılmış, yol verdiyi nöqsana görə mühasibat şöbəsi əməkdaşına ciddi xəbədarlıq edilmiş və ərizəçidən alınan pul vəsaiti həmin həcmdə özünə qaytarılmışdır.
Gəncə
Gəncə mərkəzimizə müraciət edən vətəndaş bildirir ki, Tər-Tər Elektrik şəbəkəsinin işçiləri tərəfindən onun istifadə etdiyi enerjinin miqdarı düzgün hesablanmamışdır. Sayğacın quraşdırılması ilə bağlı aidiyyatı qurumun əməkdaşları tərəfindən süründürməçiliklə üzləşmişdir. Bununla bağlı şikayət ərizəsi aidiyyatı quruma göndərilib. Bu məktubdan sonarra problem yoluna qoyulmuşdur. Gələn cavab məktubunda göstərilir ki, müraciətçinin 2010-cu ilin iyun ayından yanvar ayına qədər ödəniş etmədiyi müddətdə nəzarətçinin ondan 25-30 manat pul istəməsi qanunsuzdu. Bu məsələ ilə əlaqədar bildirilir ki, sayğacın fəaliyəti pozulubsa bu zaman ümumi olaraq orta gündəlik enerji sərfinə uyğun hesablama aparılmalı idi. Lakin enerji müfəttişi hesablamanı düzgün aparmamışdır. Əmək fəaliyyətində bu və digər nöqsanlara görə həmin müfəttiş işdən azad edilib

Gəncə
Gəncə mərkəzimizə Mingəçevirdən müraciət edən vətəndaş, tələb olunan sənədləri təqdim etməsinə baxmayaraq, ünvanlı sosial yardımın təyin olunmasında süründürməçiliklə üzləşməsindən şikayət edir. Müraciətə baxılması üçün ərizə müvafiq orqana göndərilmişdir. Gələn cavabda bildirilir ki, vətəndaş G.Yusibovanın ailəsini təmsil edən şəxsin ünvanlı sosial yardım almaq üçün Mingəçevir şəhər Əhalinin Sosial müdafiəsi mərkəzinə müraciəti əsasında 01.04.2011-ci il tarixdən 31.03.2012-ci il tarixədək ayda 85 manat məbləğində ünvanlı sosial yardım təyin edilmişdir və problem həllini tapmışdır.

Ünvanlı sosial yardımla bağlı digər bir müraciət Gəncə şəhərindən daxil olub. Belə ki, Gəncə şəhər sakini bildirir ki, onun ailəsinə təyin olunmuş ünvanlı sosial yardımın 6 ayı aidiyyatı qurumun əməkdaşı tərəfindən mənimsənilib. İddia araşdırılması üçün prokurorluq orqanlarına gönədərilib. Gələn cavabda göstərilir ki, müraciətçinin ailəsini təmsil edən şəxs ünvanlı sosial yardım almaq üçün rəsmi qaydada mərkəzə müraciət etmişdir. “Ünvanlı dövlət sosial yardımı təyin edən Komissiya”nın müvafiq qərarı ilə bu ailəyə 01.11.2010-cu il tarixdən 01.11.2011-ci il tarixədək 120 manat məbləğində sosial yardım təyin olunmuşdur.Müraciəti ilə əlaqədar A.Nağıyeva Mərkəzə dəvət olunmuş və mərkəzin əməkdaşları tərəfindən onunla söhbət aparılmışdır. Araşdırma zamanı vətəndaşın şikayətinin səbəbi ünvanlı sosial yardımın ödənilməmiş aylarının qalan vəsaitinin ödənişinin gecikməsi ilə əlaqədar olduğu aşkar edilmişdir. Əlavə olaraq bildirilmişdir ki, bu ailəyə təyin olunan ünvanl sosial yardımın ödənilməyən məbləğinin 2011-ci ilin iyun ayında ödənilməsi nəzərdə tutulub.


Gəncə
Müraciətçi mərkəzə müraicət edərək bildirmişdir ki, oğlunun səhhətində problem olmasına baxmayaraq hərbi xidmətdə ön sıralara təyin olunmuşdur. Mərkəzin müdaxiləsi nəticəsində müraciətçinin oğlu tərxis olunmuşdur.
Quba
Quba mərkəzimizə müraciət edən vətəndaş uşağının gözündə cərrahiyə əməliyyatının aparılması üçün ondan pul tələb edildiyini bildirib. Müraciət baxılması üçün Səhiyyə Nazirliyinə göndərilib. Məktuba cavab olaraq bilirilib ki, müayinə və müalicə aparılması üçün Z.Əliyeva adına Milli Oftalmoloqiya Mərkəzinə tapşırıq verilib və uşağın gözü əməliyyat olunub.
Quba
Quba mərkəzimizə eyni xarakterli iki məktub daxil olmuşdur. AR ƏMDK Yanında DƏDRX Xaçmaz Ərazi İdarəsinin Quba rayon şöbəsindən şikayət edən vətəndaşlar, daşınmaz əmlaka aid Texpasportları olduğu halda onlara çıxarışın verilməsindən imtina edildiyini bildiriblər. Aidiyyatı quruma göndərilən məktuba cavab olaraq bildirilib ki, belə bir hal mövcud deyil. Amma bununla belə sonradan vətəndaşlar şəxsən mərkəzə müraciət edərək rüsum çərçivəsində sənədi əldə etdiklərini bildiriblər.

Şəffaflıq Azərbaycan”, ALAC və LRC layihəsi haqqında əlavə məlumat almaq üçün www.transparency.az internet səhifəsinə müraciət edə bilərsiniz. “Şəffaflıq Azərbaycan” Korrupsiyaya Qarşı Mübarizə İctimai Birliyi və onun həyata keçirdiyi layihə ilə bağlı əlavə məlumat almaq üçün təşkilatın icraçı direktoru xanım Rəna Səfərəliyevadan müsahibə götürə bilərsiniz.




1 Burada uğurla həll edilmiş işlərin yalnız bəziləri qeyd olunub. Uğurlu işlərin tam siyahısını əldə etmək üçün 418 11 09 və ya 596 20 38 telefon nömrələri ilə “Şəffaflıq Azərbaycan” İB-yi ilə əlaqə saxlaya bilərsiniz.



Dostları ilə paylaş:
Orklarla döyüş:

Google Play'də əldə edin


Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2017
rəhbərliyinə müraciət

    Ana səhifə