Vətəndaş İştirakçılığı Qrantları üzrəTəklif üçün Müraciət TÜM – VİQ 02 Elan 30 aprel 2014-cü ildə verilmişdir



Yüklə 65,96 Kb.
tarix29.06.2018
ölçüsü65,96 Kb.
#55180

horizontal eng

Sosial-Iqtisadi Inkişaf Fəaliyyəti (SEDA)



Vətəndaş İştirakçılığı Qrantları üzrəTəklif üçün Müraciət

TÜM – VİQ 02

Elan 30 aprel 2014-cü ildə verilmişdir

Şərq-Qərb İdarəçilik İnstitutu (ŞQİİ), İqtisadiyyat və Sənaye Nazirliyi və Azərbaycan Respublikasının Prezidenti yanında QHT-lərə Dövlət Dəstəyi Şurası ilə sıx əməkdaşlıqda və ÜMİD Sosial İnkişafa Dəstək İctimai Birliyi və Qeyri-kommersiya Hüququ üzrə Beynəlxalq Mərkəz (İCNL) ilə strateji tərəfdaşlıq şəraitində, ABŞ-ın Beynəlxalq İnkişaf Agentliyi (USAID) və Azərbaycan Hökuməti tərəfindən birgə maliyyələşdirilən beş illik Azərbaycanda Sosial İqtisadi İnkişaf Proqramını (SEDA) həyata keçirir.

EWMI SEDA Azərbaycanda, əsasən də Quba-Xaçmaz, Aran və Gəncə-Qazax rayonlarında fəaliyyət göstərən qeyri-hökumət təşkilatlarını (QHT), Vətəndaş İştirakçılığı Qrantları Proqramına təkliflər təqdim etməyə dəvət edir.

SEDA PROQRAM TƏSVİRİ

SEDA icma əsaslı infrastruktur layihələrinə dəstək vermək və SEDA-nın hədəf rayonlarında və onlardan kənarda sosial-iqtisadi strategiyalar və proqramlar üçün prioritetlərin irəli sürülməsində maraqlı tərəflərin iştirakını gücləndirmək yolu ilə Azərbaycanda regional səviyyədə sosial-iqtisadi inkişafa təkan verilməsinə yardım edir. SEDA-nin fəaliyyəti Quba-Xaçmaz, Aran və Gəncə-Qazax regionlarında yerinə yetirilir. SEDA Azərbaycan Hökumətinin mərkəzi və yerli qurumları, o cümlədən SEDA-nin əsas hökumət tərəfdaşı olan İqtisadiyyat və Sənaye Nazirliyi (İSN), habelə Prezident Administrasiyası, Nazirlər Kabineti, Azərbaycan Respublikasının Prezidenti yanında QHT-lərə Dövlət Dəstəyi Şurası, eləcə də SEDA-nın fəaliyyət göstərəcəyi regionların İcra Hakimiyyəti Orqanları və bələdiyyələri ilə sıx əməkdaşlıq etməklə həyata keçirilir. SEDA öz məqsədlərinə bir-birini tamamlayan üç komponentin həyata keçirilməsi ilə nail olmağa çalışır.



Komponent bir çərçivəsində, SEDA Quba-Xaçmaz və Aran regionlarında və yaxınlarda fəaliyyətə başladığı Gəncə-Qazaxda 90 icmada İcma İnkişaf Şuralarını (İİŞ) yenidən formalaşdırmaq və yaratmaq, təlim, şəbəkələşmə, informasiya və təcrübə mübadiləsi vasitəsilə İİŞ-lərin bacarıqlarını artırmaq və bu icmalarda 120 icma əsaslı infrastruktur layihəsini və 12 icma əsaslı qrup/klaster layihəsini dəstəkləmək üçün fəaliyyət göstərir.
Komponent iki QHT-lərə, o cümlədən fermer və peşə assosiasiyalarına hökumət rəsmiləri ilə daha effektiv şəkildə əməkdaşlıq etmək və vətəndaşlar tərəfindən irəli sürülən sosial-iqtisadi inkişaf planlarını dəstəkləməyə kömək edir. SEDA hədəf rayonlarda QHT-ləri təlim, mentorluq və qrantlarla təmin edir və İSN-nin regional ofislərinə,regional səviyyədə sosial-iqtisadi inkişafı sürətləndirmək istiqamətində ümumi strategiyaları və planları müzakirə etmək və hazırlamaq üçün İcra Hakimiyyəti Orqanları, bələdiyyələr, biznes sektoru və QHT-lərin iştirakı ilə sosial iqtisadi inkişaf üzrə İşçi Qrupun yaradılması, xüsusilə, fermerlərin peşə bacarıqlarını artıran və aqrobiznesləri dəstəkləyən yeni təcrübələr tətbiq edən təşəbbüsləri dəstəkləməkdə kömək edir.
Komponent üç hədəf rayonlarda vətəndaşları regional sosial-iqtisadi inkişafla əlaqədar planlaşdırma və qərarların qəbuluna cəlb etmək üçün yerli və seçilmiş mərkəzi hökümət orqanlarının, xüsusilə də İSN-nin regional ofislərinin bacarıqlarını gücləndirir. SEDA İSN-nin regional ofislərinin bacarıqlarının inkişafına kömək edir; Azərbaycan Respublikasının Prezidenti yanında QHT-lərə Dövlət Dəstəyi Şurasının ictimai iştirakçılıq üzrə hüquqi bazanın daha da təkmilləşdirilməsi və QHT-lərin işinə təsir edən qanunlar haqqında məlumatlılığın artırılması təşəbbüslərinə dəstək verir; QHT-lər və özəl sektor arasında əlaqələri gücləndirmək məqsədi ilə dövlətlə özəl sektor arasında infrastrukturla bağlı kiçik həcmli əməkdaşlıq layihələrinə və Gender Büdcə Proqramına pilot fəaliyyət şəklində start verəcək.

İLKİN MƏLUMAT

SEDA İkinci Komponent çərçivəsində Quba-Xaçmaz, Aran və Gəncə-Qazax hədəf regionlarında fəaliyyət göstərən QHT-lərlə işləyir. SEDA sosial-iqtisadi inkişaf, o cümlədən ucqar ərazilər və kənd təsərrüfatı, ətraf mühitin mühafizəsi üzrə fəaliyyət göstərən, peşə təlimi verən, heyvandarlıq və baytarlıq xidməti sahələrində, habelə müasir məhsul istehsalı layihələrini dəstəkləyən QHT-ləri gücləndirmək üçün fəaliyyət göstərir. SEDA hədəf rayonlarında təlim, mentorluq və qrantlar vasitəsilə QHT-lərin təşkilati və vəkillik bacarıqlarını gücləndirir. Buraya Vətəndaş İştirakçılığı Qrant proqramı daxildir.


Qrant Proqramının Təsviri

Vətəndaş İştirakçılığı Qrantları (VİQ) SEDA-nin hədəf regionlarında əsasən yerli, bələdiyyə və ya rayon, lazım gəldikdə, mərkəzi hökumət səviyyəsində bir ilə qədər davam edən layihələrdə



QHT-lərin təşəbbüslərində onlara dəstək verir. Bu qrantlarda əsas diqqət, sosial-iqtisadi inkişaf məsələlərində yerli qərarvermə prosesində iştirakına və icmaların sosial-iqtisadi inkişafına töhvə vermələrində icmaların daha yaxşı səfərbərliyi təşəbbüslərində regional QHT-lərə kömək etməkdir.
Maraqlanan QHT-lərə vətəndaşların iştirakını təmin edəcək aşağıdaki yenilikçı fəaliyyətlər üzrə təkliflər təqdim etməyə tövsiyə olunur:

  • kənd təsərrüfatı, heyvandarlıq, dayanıqlı meşəçilik idarəetməsi və sair sektorların inkişafına maneə törədən problemləri həll etmək üçün yerli və milli təşəbbüslərinin işlənib hazırlanması;

  • peşə təlimi üçün bacarığın inkişafı, kənd təsərrüfatı, heyvandarlıq, baytarlıq xidmətləri, taxıl və məhsul istehsalı və üzümçülük, davamlı meşə təsərrüfatı idarəçiliyi

  • nadir regional çeşidlərin müəyyən edilməsi, təşviqi və inkişaf etdirilməsi

  • qeyri-neft sektorlarında iqtisadi müxtəlifliyə (diversifikasiya) dəstək

  • iqtisadi inkişaf layihələrin hazırlanması ilə bağlı təşəbbüslər

  • fermer və assosiasiyalar üçün bacarığın inkişafı

  • biznesə necə başlamaq və kredit əldə etmək üçün gənclərin bacarığının inkişafı;

  • qadınlar arasında sahibkarlıq fəaliyyətinin təşviqi ilə bağlı bacarığın inkişafı

  • ətraf mühit haqqında məlumatlılıq və menecmentin təkmilləşdirilməsi

  • Vətəndaşlara yerli səviyyədə sosial-iqtisadi inkişafla bağlı qərar vermədə mənalı və səmərəli yol mexanizmləri və imkanlarının öyrədilməsi 
    yerli və mərkəzi hökumət səviyyəsində büdcə tərtibatında vətəndaşların iştirakını təmin edən mexanizmlərin mənimsənilməsində yerli rəsmilərə köməklik göstərilməsi;

  • aztəminatlı qruplar, məs. yoxsullar, ahıllar, tənha analar, əlillər, məcburi köçkünlərə hədəflənən, dövlət tərəfindən maliyyələşdirilən proqramların icrasının monitorinqi;

  • kommunal xidmətlərin (su, elektrik enerjisi, isitmə, səhiyyə və s.) təchizatını təmin etmək üçün hökumət rəsmiləri və xidmət şirkətlərinin cəlb olunması;

  • bələdiyyə səviyyəsində gender nəzərə alınmaqla büdcə hazırlanması proqramlarının icrası;

  • QHT, yerli və mərkəzi hökumət nümayəndələrinin fermerlər, sahibkarlar və vətəndaşların maraqları üzrə ideya və informasiya mübadiləsi aparması üçün dəyirmi masalar və ictimai dinləmələr üçün yerlərin təmin edilməsi;

SEDA aşağıdakı fəaliyyətlərin daxil olduğu layihə təkliflərini nəzərə almayacaq:

  • siyasi partiyanı dəstəkləmək və siyasi partiyanın adından lobbiçilik edilməsi;

  • dini fəaliyyətlər;

  • humanitar fəaliyyətlər;

  • nəzəri tədqiqat;

  • fərdi və ya səyahət qrantları;

  • kommesiya məqsədləri üçün əsaslı tikinti layihələri

SEDA layihələrin icrası zamanı qrant alanlara mentor (konsultant) köməyindən faydalanmaq imkanı təklif edəcək. Bu mentorlar təcrübəli təhlilçi, yüksək dərəcəli mütəxəssis , habelə QHT lideri və menecerləri olacaqlar. Mentor iş yerlərində təlim, habelə qrant alanların ehtiyaclarına əsasən müxtəlif məsələlər üzrə məsafədən məsləhət və məlumatlar verəcək.


Buraya QHT fəaliyyətlərinin təsiri, informasiya texnologiyaları (İT) alətlərindən istifadə edərək daha təsirli ictimai ismarıcların göndərilməsi, media təqdimat bacarıqlarının öyrənilməsi, mətbuat üçün açıqlamaların (pres-relizlərin) hazırlanması və qərar qəbul edənlərlə görüşlərə hazırlıq kimi məsələlər və sairə daxil ola bilər. Vəkillik səyləri yönümündə layihənin idarə edilməsi, insan resurslarının idarə olunması və kompleks gender yanaşması üzrə mentorluq da təklif olunacaq.

Qrantların verilməsi


SEDA layihə təkliflərinin keyfiyyətindən asılı olaraq, Quba-Xaçmaz, Aran və Gəncə-Qazax regionlarında QHT-lərə 12-ə qədər Vətəndaş İştirakçılığı Qrantları verəcəkdir. Hər bir təklif üçün maksimum qrant məbləği 11,750 AZN-dir. Qrant vəsaiti yalnız qrant layihəsinin icrası ilə birbaşa əlaqədar fəaliyyətlər üçün istifadə oluna bilər. SEDA təqdim olunmuş istənilən layihə təkliflərini maliyyələşdirməkvə ya maliyyələşdirməmək hüququnu özündə saxlayır.

Layihə müddəti 12 aydan artıq olmamalıdır.



münasiblik

Quba-Xaçmaz, Aran və Gəncə-Qazax regionlarında yerləşən,qeydiyyatdan keçmiş Azərbaycan QHT-ləri, habelə fermerlər və peşə assosiasiyaları SEDA proqramına təkliflərini təqdim edə bilərlər. Fəaliyyətlərini qadınlar, azlıqlar və aztəminatlı qruplar, o cümlədən məcburi köçkünlərə yönəldən QHT-lər müraciət etməyə həvəsləndirilirlər. Bakıda yerləşən təşkilatların təkliflərinə müstəsna hallarda: (i) həmin təşkilatların Quba-Xaçmaz, Aran və Gəncə-Qazax regionlarında fəaliyyətdə olan yerli şöbəsi olarsa, və yaxud (ii) həmin təşkilatların bu üç hədəf regionda uğurlu fəaliyyət təcrübəsi varsa, baxıla bilər. SEDA QHT-lərin, xüsusən, kiçik QHT-lərin birgə güclü təkliflər verə biləcək koalisiya (birlik) və şəbəkələr yaratmağını dəstəkləyir.

Müraciət edən təşkilatlar aşağıdakı meyarlara cavab verməlidirlər:


  • Azərbaycan Respublikasının Ədliyyə Nazirliyində lazımi qaydada qeydiyyatdan keçmək.

  • Ən azı bir il əməliyyat təcrübəsinə malik olmaq (Ədliyyə Nazirliyində qeydiyyat vaxtına baxmayaraq).

  • SEDA-nın hədəf regionlarında yerləşməli və regionda ofisi və ya fəaliyyəti olmalıdır.

  • Rəhbərliyin rotasiya qaydasında dəyişməsini və səlahiyyətin ötürülməsini təmin edən idarəetmə strukturuna, o cümlədən ən azı İdarə Heyəti, Sədr və İcraçı Direktoru olmalıdır. Təşkilatın ölçüsünün maneə olması istisna olmaqla, eyni şəxs həm İdarə Heyətinin Sədri, həm də İcraçi Direktor vəzifələrini tutmamalıdır. Yuxarıdakı meyar təmin olunmazsa, müraciət edən bu standartlara cavab vermək istiqamətində iş görəcəyini əks etdirən islahat prosesi təklifi təqdim etməlidir.

  • Azərbaycan qanunvericiliyinə uyğun şəffaf mühasibat sisteminə malik olmaq. Bu cür sistem mövcud deyilsə, qrant alan dəqiq xərc hesabatlarının hazırlanması və şəffaf mühasibat sisteminin olmasını təmin etmək üçün SEDA ofisi ilə sıx əməkdaşlıq etməlidir.

  • Borcu olmamalıdır, dövlətə olan bütün borclarını aradan qaldırmalı və ya SEDA qrant vəsaitinin ilk ödənişini almazdan əvvəl borcun ödənilməsini təmin etməlidir.

  • Müstəqil, siyasi partiya üzvü olmayan təşkilat kimi fəaliyyət göstərməlidir.

Mülki qulluqçular, siyasi namizədlər, hazırkı parlamentin üzvləri, ictimai yayım şirkətlərinin işçi heyəti və ya siyasi partiyaların liderləri qrant layihəsində direktor və yaxud qrantla mükafatlandırılan iştirakçı kimi iştirak edə bilməzlər.

Müraciətlərin Təqdim Olunmasi Prosedurları

SEDA təklifləri azərbaycan və ingilis dillərində qəbul edəcəkdir. Müraciətlər ya poçtla, ya da SEDA-nın Bakı ofisinə birbaşa təqdim oluna bilər. Elektron poçt və faks ilə göndərilən müraciətlər qəbul edilməyəcək. Əl ilə yazılan və oxunmayan müraciətlər etibarsız hesab ediləcəkdir. Tamamlanmayan müraciətlər aydınlıq gətirilməsi üçün geri qaytarıla bilər. Bütün səhifələr ardıcıl olaraq nömrələnməlidir. Hər hansı əlavələr müraciətdə aydın surətdə işarələnməli və istinad edilməlidir . Müraciətlərə təşkilatın səlahiyyətli şəxsləri i tərəfindən imzalanmış layihə təklifin əsli , eləcə də bütün formalar daxil edilməlidir. Təşkilatlar müraciətləri Təkilf Qəbulu üçün Elanda təyin edilmiş son tarixdəki iş gününün sonuna qədər təqdim etməlidir. Gecikmiş müraciətlər qəbul edilməyəcəkdir. GHT-ları müraciətləri elektron (CD yaxud fləş disk) və çap şəklində təqdim etməlidir. grants@ewmi-seda.org elektron ünvanına yazmaqla əldə olunan formalardan istifadə edərək, Texniki təklif Microsoft Word-də, büdcə isə Microsoft Excel-da təqdim olunmalıdır. EWMI SEDA bütün müraciət edənlərin təkliflərinə qeydiyyat nömrəsi verəcək. Ancaq qeydiyyatdan keçən təkliflər nəzərdən keçiriləcək.

Müraciət edənlər aşağıdakı sənədləri təqdim etməlidirlər:


  1. Layihə təklifin cap olunmuş bir surəti, təklifin titul səhifəsi və əlavə olunmuş SEDA Müraciət Formasına əsasən büdcə;

  2. Layihə çərçivəsində işləyəcək əsas işçi heyətinin tərcümeyi-halları;

  3. Ədliyyə Nazirliyi tərəfindən verilmiş hüquqi qeydiyyat sənədlərinin surətləri;

  4. Təşkilatın İllik Hesabatının surəti (varsa);

  5. CD diski - layihə təklifinin və yuxarıda 1-4 bəndlərində göstərilmiş sənədlərin elektron versiyası. Elektron versiya çap nüsxəsi ilə eyni olmalıdır. Hər hansı bir fərq aşkar edildikdə EWMI SEDA çap nüsxəsini son, düzgün versiya hesab edərək təsdiq edəcəkdir.

  6. Təklif olunan layihə üzrə razılıq və ya əməkdaşlıq məsələsi qalxdığı zaman həmin hökumət təşkilatları və ya digər təşkilatlar tərəfindən dəstək məktubu təmin olunmalıdır.

SEDA-nin bu qrant seçim prosesinə təqdim olunan təkliflər orijinal olmalı və müraciət edən təşkilatın özü tərəfindən tərtib olunmalıdır. Plagiat qrant seçim prosesindən kənarlaşdırılma ilə nəticələnəcək. Müraciət edənin özü və ya digər donorlar tərəfindən birgə maliyyələşdirmə təklifləri dəstəklənir.

SEDA müraciət edənlər tərəfindən təqdim olunan bütün material və sənədləri özündə saxlayacaq. SEDA müraciət edənlər tərəfindən təqdim olunan məlumatları nəzərdən keçirməkdən savayı heç bir digər məqsədlər üçün istifadə etməyəcək və Azərbaycan qanunlarının tələb etdiyi və ya USAID tərəfindən tələb olunduğu hallar istisna olmaqla, bu məlumatlar digər şəxs və qurumlara təqdim etməyəcəkdir.

Müraciət edənlər SEDA proqramına izahatlar üçün sorğu göndərə bilərlər. SEDA elektron poçt ilə bütün müraciət edənlərə izahat verəcəkdir.
Qiymətləndirmə Prosesi və Meyarlar

Seçim prosesi SEDA tərəfindən VİQ proqramı üçün yaradılmış Qrantlara Baxış Komitəsi (QBK) tərəfindən həyata keçiriləcək. QBK SEDA və onu tərəfdaş qurumlarının nümayəndələrindən ibarət olacaq. Müraciət potensial maliyyələşdirmə üçün seçildikdə, həmin müraciəti edəndən əlavə məlumatlar tələb oluna bilər.

SEDA təklifləri aşağıdakı əsas meyarlara əsasən qiymətləndirəcəkdir:


  • Texniki yanaşma, o cümlədən:

    • VİQ məqsəd və meyarlarına uyğunluq;

    • Təklifin əks etdirdiyi ictimai maraq probleminin münasibliyi;

    • Təklif olunan strategiya və fəaliyyətlərin problemin həllində səmərəliliyi;

    • Təklif olunan yanaşmada yenilikçilik;

    • Gender, məcburi köçkünlər, gənclər və aztəminatlı qrupların cəlb və əhatə olunma səviyyəsi;

    • Layihə təsirini ölçmək və qiymətləndirmək üçün etibarlı kəmiyyət və keyfiyyət göstəriciləri.



  • Təşkilati bacarıq və idarəetmə, o cümlədən:

    • Təklif olunan layihə icra heyətinin müvafiqliyi;

    • Mümkün olduqda, müraciət edənin oxşar layihələrdə keçmiş fəaliyyəti.

  • Xərc təklifi, o cümlədən:

    • Təklif olunan büdcənin xərc-səmərəliliyi;

    • Birgə maliyyələşdirmə təklifi .

Vaxt qrafiki

Təklif Qəbulu üçün Elan tarixi: Çərşənbə, 30 aprel, 2014-cü il

İzahat üçün sorğuların təqdim olunma tarixi: 12 may, 2014-cü il, saat:16:30

Sualların cavablandırılması tarixi, Quba-Xaçmaz reqionu: Cümə axşamı, 15 may, 2014, saat 11:00

Sualların cavablandırılması tarixi, Aran reqionu: Çərşənbə axşamı, 20 may, 2014, saat 14:00

Sualların cavablandırılması tarixi, Qəncə-Qazax reqionu: Çərşənbə, 21 may, 2014, saat 10:30



Müraciətlərin təqdim olunması üçün son tarix: 16:30, Cümə axşamı, 29 may, 2014

Qrant qaliblərinin elan olunması üçün nəzərdə tutulan tarix: 01 avgust, 2014



Əlaqə məlumatı

Ərizə Formaları üçün Müraciət. Ərizə formalarını SEDA-nin grants@ewmi-seda.org elektron poçt ünvanına elektron müraciət məktubu göndərməklə və ya SEDA-nın Bakı, Quba, İmişli və Gəncədə yerləşən ofislərindən iş saatları ərzində əldə etmək olar.

İzahat üçün Müraciət. İzahatları grants@ewmi-seda.org elektron poçt ünvanına elektron müraciət məktubu ilə göndərmək lazımdır.

Təkliflərin təqdim edilməsi. Müraciət edənlər öz təkliflərinin bir çap nüsxəsini və elektron nüsxəni (CD və ya fləş diskdə) və tələb olunan sənədləri bağlı zərfdə aşağıdakı ünvanlardan birinə təqdim etməlidirlər:

Sosial İqtisadi İnkişaf Fəaliyyəti (SEDA) ofisi

Bakı şəhəri, 28 may küçəsi 4, mənzil 2

və ya


Sosial İqtisadi İnkişaf Fəaliyyəti (SEDA) ofisi

Quba, Məhəllə 32/33, (telefon (+02333) 5-59-58).

və ya


Sosial İqtisadi İnkişaf Fəaliyyəti (SEDA) ofisi

Imişli, Heydər Əliyev prospekti, ev 88 (telefon (+02124) 6-15-40).

Sosial İqtisadi İnkişaf Fəaliyyəti (SEDA) ofisi

Gəncə, S.Rəhimov küç, ev 30(telefon (+0222574862).

Zərflərin üzərində: Vətəndaş İştirakçılığı Qrantlarısözü qeyd olunmalıdır.



Page of

Yüklə 65,96 Kb.

Dostları ilə paylaş:




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin