Yeddinci fəsildə tibbi ekspertiza, o cümlədən əmək qabiliyyətinin müvəqqəti itirilməsinin ekspertizası (maddə 42), tibbi-sosial ekspertiza (maddə 43), hərbi-həkim ekspertizası (maddə 44), məhkəmə tibb ekspertizası qaydaları öz əksini tapmışdır.
Səkkizinci fəsil tibb və əczaçılıq işçilərinin hüquqları və sosial müdafiəsinə həsr edilmişdir.
Doqquzuncu fəsildə vətəndaşların sağlamlığına vurulan zərərə görə məsuliyyət haqqında maddələr (57-60-cı maddələr), vətəndaşların sağlamlığına vurulan ziyanın ödənilməsi, hüquqa zidd hərəkətlər nəticəsində zərər çəkmiş vətəndaşlara tibbi yardım göstərilməsi üzrə xərclərin ödənilməsi, sağlamlığın qorunması sahəsində vətəndaşların hüquqlarının pozulmasına görə tibb və əczaçılıq işçilərinin məsuliyyəti öz əksini tapmışdır.
Qanunun onuncu fəsli yekun müddəalara həsr edilmişdir.
Ölkəmiz müstəqillik əldə etdikdən sonra ilk qəbul olunan qanunvericilik aktının - «Sanitariya -epidemioloji salamatlıq haqqında» Azərbaycan Respublikasının Qanunu ölkəmizdə əhalinin sağlamlığının qorunub saxlanılması, daha da yaxşılaşdırılması və ətraf mühitin mühafizəsi sahəsində mühüm və çox əhəmiyyətli bir qanun olmuşdur. 10 noyabr 1992-ci ildə Azərbaycan Respublikasının Prezidentin 371 saylı fərmanı ilə təsdiq edilmişdir. Səkkiz fəsil və 41 maddədən ibarətdir.