İCTİMAİ sağlamliq və SƏHİYYƏNİn təŞKİLİ elmi, onun məQSƏDİ, VƏZİFƏLƏRİ, priNSİPLƏRİ, MÜASİr problemləRİ VƏ İNKİŞaf perspektiVLƏRİ



Yüklə 51,96 Kb.
səhifə13/13
tarix17.02.2022
ölçüsü51,96 Kb.
#114485
1   ...   5   6   7   8   9   10   11   12   13
6-cı fəslində Azərbaycan Respublikasının sanitariya qanunvericiliyini pozmağa görə məsuliyyət, 7-ci fəsildə isə Beynəlxalq müqavilələrin hüququ əsasları ətraflı şəkildə verilmişdir.

Ölkəmizdə səhiyyə sisteminin fəaliyyəti həmçinin Beynəlxalq səhiyyədə mövcud olan qaunvericilik aktlarınaəsaslanır. Dünya əhalisinin, o cümlədən ölkəmizdə əhalinin sağlamlıq vəziyyətinin formalaşmasında bir sıra Beynəlxalq təşkilatların, o cümlədən BMT-nin, ÜDST-nın, ictimai təşkilatların qəbul etdiyi sənədlərdə göstərilən müddəaların, qərarların, qətnamələrin mühüm əhəmiyyəti vardır.

ÜDST-ın nizamnaməsində qeyd olunmuşdur ki, sağlamlıq hüququ - hamının hüququdur. Sağlamlığın ən yüksək səviyyəsinə nail olmaq irqindən, cinsindən, dinindən, siyasi dünyagörüşündən, iqtisadi və sosial vəziyyətindən asılı olmayaraq hər bir insanın əsas hüquqlarından biridir. Bu hüquq həmçinin 1948-ci ildə BMT-nin Baş Assambleyasının qəbul etdiyi insan hüquqları haqqında Ümumi deklarasiyada da öz əksini tapmışdır. Burada qeyd edilir ki, «hər bir insanın onun özünün və ailəsinin sağlamlığını və əmin-amanlığını təmin etmək üçün zəruri olan, ərzaq, paltar, mənzil, tibbi yardım və sosial xidməti özündə birləşdirən həyat səviyyəsinə malik olmaq hüququ vardır».

BMT-nin Baş Assambleyasının 1959-cu ildə qəbul etdiyi «Uşaqların hüquqları haqqında» qətnaməsində qeyd olunur ki, «uşağa sağlam böyümə, inkişaf, lazımı qidalanma, mənzil və tibbi yardım almaq hüququ verilməlidir».

Xalqların sağlamlığını qorumaq və möhkəmləndirmək sonradan BMT-nin «İşğaldan azad olunmuş ölkələrə və xalqlara müstəqilliyin verilməsi haqqında» (1960), «Qadınlara qarşı diskiriminasiyanın aradan qaldırılması haqqında» (1967), «İrqi ayrı seçkiliyin bütün formalarının ləğv edilməsi haqqında» (1969) Beynəlxalq PAKT-larda, «Sosial-iqtisadi və mədəni hüquqlar haqqında» Beynəlxalq PAKT-da (1976) və həmçinin bir sıra dövlət və siyasi partiyaların qərar və qətnamələrində öz əksini tapmışdır. ÜDST-ın nizamnaməsində qeyd edilir ki, «hökümətlər öz xalqlarının sağlamlığı üçün cavabdehlik daşıyırlar və onlar sosial xarakterli və səhiyyə sahəsində uyğun tədbirlər həyata keçirməlidirlər».

Bununla bərabər, bir sıra ölkələrdə, o cümlədən Asiyada, Afrikada, Latın Amerikası ölkələrində əhalinin sağlamlıq vəziyyəti qeyri-qənaətbəxş olaraq qalmaqdadır. ÜDST-ın məlumatına əsasən inkişaf etməkdə olan ölkələrinəhalisinin 80%- ə qədəri müasir tibbi yardımdan məhrumdurlar. Bütün tibb personalı isə 80% şəhər yaşayış məskənlərində təmərküzləşmişlər. Epidemik patologiya yüksək səviyyədə olan ərazilərdə - kənd yaşayış yerlərində tibb kadrların kəskin çatışmazlığı özünü biruzə verir, tibbi texnologiya və dərman preparatları ilə təminatı çox aşağı səviyyədədir. Məhz bu, ÜDST-ın 30 ildən çox bir müddətdə dünya əhalisinin hamısının sağlamlığına çatması haqqında qlobal strategiyanın işlənib hazırlanmasına və bir vəzifə kimi dünya ölkələri qarşısında qoymasına zərurət yaratmışdır.

2000-ci ilə qədər hamının sağlamlığa çatması şüarının meydana gəlməsi müxtəlif mərhələlər üzrə olmuşdur. Bu işdə BMT-nin Baş Assambleyasının qəbul etdiyi və inkişaf etmiş və inkişafda olan ölkələr arasında yeni iqtisadi ticarət, elmi-texniki və başqa əlaqələrin əsasını qoyan sənədlərin mühüm rolu oldu. Bundan başqa 70-ci illərdə BMT xətti ilə bir sıra konfranslar (ərtaf mühitin vəziyyəti haqqında, əhali artımı, ərzaq məsələləri, yaşayış məskənləri, su mənbələri, texniki əməkdaşlıq və b) keçirilmişdir ki, onların nəticələrinin də «hamının sağlamlığa çatması haqqında» qlobal strategiyanın hazırlanmasına təsiri olmuşdur. 1975-ci ildə ÜDST-in 28-ci sessiyasında keçmiş SSRİ-nin təşəbbüsü ilə 28.75-ci qətnamə qəbul edildi. Bu qətnamədə ölkələr onlara verilən vəsaitin (BMT-nin inkişaf Proqramı) bölüşdürülməsi zamanı ilk növbədə ictimai sağlamlıq proqramlarına diqqət yetirməyə dəvət olunmuşdular. 1975, 1976-cı illərdə ÜDST-ın Baş direktoru X. Maler bu problemlə əlaqədar iki dəfə məsələ qaldırmışdır. Ümumdünya Səhiyyə Assambleyasının 30-cu sessiyasında Maler yenidən bu məsələyə toxunaraq qeyd etmişdir ki, ictimai sağlamlığın qorunması məqsədilə hamının sağlamlığa çatması proqramı qəbul edilməlidir və bunun üçün istər regional və istərsə də qlobal səviyyəli qərarlar qəbul edilməlidir. 1977-ci ildə 30-cu sessiyada 30.43-cü qətnamə qəbul edildi. Bu qətnamə rəsmi olaraq «2000-ci ildə hamının sağlamlığa çatması» adlandırıldı.

Qeyd etmək lazımdır ki, «hamının sağlamlığa çatması» heç də ÜDST-nin qeyd etdiyi kimi həkimlərin və digər tibb işçilərinin bütün əhalinin tibbi yardımla təmin olunmasını və həmçinin xəstələrin və əlillərin olmamasını nəzərdə tutmur. Bu həqiqətən onu göstərir ki, sağlamlıq evdən, məktəbdən, zavoddan, fabrikdən başlayır. Həmçinin nəzərdə tutulur ki, əhali profilaktik tədbirlərə, xəstələrin, əlilliyin azaldılması və daha çox yaşamaq üçün indi olduğundan daha keyfiyyətli yanaşma tərzindən istifadə edə biləcəkdir. Bu onu göstərır ki, tibbi-sanitar yardımın əsas elementləri bütün insanlara müyəssər olacaq və onların hamısının iştirakı ilə mümkün olacaqdır.

ÜDST-ın bu təşəbbüsü bir sıra dünya ölkələri və onların rəhbərləri tərəfindən dəstəkləndi. Göstərilən məqsədin sonrakı mərhələlərdə reallaşması üçün ÜDST/ YUNİSEF -in birincili tibbi-sanitariya yardımına həsr olunmuş Alma-Ata konfransının (1978) böyük əhəmiyyəti oldu. Burada qəbul edilən deklarasiyaya görə göstərilən məqsədə nail olmaq yalnız birincili tibbi-sanitariya yardımını (BTSY) inkişaf etdirmək vasitəsilə mümkün ola bilər. Qəbul edilən deklarasiya ÜDST-ın üzvləri olan bütün ölkələri BTSY inkişaf etdirilməsi üçün səhiyyə sahəsində milli siyasətin və fəaliyyət planının hazırlanmasına çağırdı. Orada həmçinin bütün dünyada və ən əvvəl inkişaf etməkdə olan ölkələrdə BTSY təşkili və tətbiq edilməsi məqsədilə təxirəsalınmaz və səmərəli tədbirlərin həyata keçirilməsinin zəruriliyi qeyd olunmuşdur.

«Hamının sağlamlığa çatması» qlobal strategiyasının əsası ÜSA-nın (1979) Alma-Ata deklarasiyasını bəyənən və ÜST-ın üzvü olan ölkələrə fərdi olaraq öz regional və qlobal strategiyalarını «2000-ci ilə qədər hamının sağlamlığa çatması strategiyasının işlənib-hazırlanması» adlı sənədində göstərilən prinsiplərə uyğun olaraq hazırlamağı tövsiyyə edən, ÜST-nın İcraiyyə Komitəsinin 32.30 saylı qətnamənin qəbul olunduğu 32-ci sessiyasında qoyulmuşdur. 1979-cu ilin noyabrında «2000-ci ilə qədər hamının sağlamlığa çatması» qlobal strategiyasının ÜST Katibliyi tərəfindən hazırlanan layihəsi USA- nın 33 sessiyasında (1980) müzakirə olundu. Lakin bu zaman layihədə müxtəlif ölkələrin bu istiqamətdə fəaliyyətini qiymətləndirməyə imkan verən meyarlar nəzərdə tutulmamışdı.

ÜST-nın «2000-ci ilə qədər hamının sağlamlığa çatması» strategiyası USA-nın 34-cü sessiyasında (1981-ci ilin may ayında) son variantda qəbul edildi. Bu sənəd bir sıra ölkələrin 1980-cı ildə işləyib hazırladığı və qəbul etdiyi milli strategi- yalara və həmçinin Alam-Ata konfransının məzmununa uyğun olaraq hazırlanmışdır. O, müxtəlif ölkələrin öz səhiyyə sistemlərinin BTSY əsasında inkişaf etdirmələrinə imkan yaradan yolları konkret şəkildə müəyyənləşdirmişdir. ÜSA-nın 34.36 qətnaməsində göstərilir ki, qlobal strategiya aşağıdakı məqsədləri daşıyır:

1. Bütün ölkələrdə hamının tibbi-sanitar yardımın əsas xidmətlərindən və yüksək səviyyəli tibbi yardımdan istifadə edə bilməsi;

2. Bütün insanların sərbəst şəkildə özünə və öz ailəsinə öz imkanları daxilində kömək etməyə aktiv şəkildə cəlb olunmasını və sağlamlığa nail olmaq üçün kollektiv surətdə cəhd göstərmələrin təmin etmək;

3. Bütün dünya əhalisinin öz hökumətləri ilə bərabər öz vətəndaşlarını tibbi yardımla təmin etməyə cavabdehlik daşımaları;

4. Bütün hökumətlərin öz xalqlarınm sağlamlıqları üçün tam

məsuliyyət daşımaları;

5. Bütün xalqlar üçün keyfiyyətli içməli sudan və sanitariya-gigiyenik xidmətdən istifadə edilməsinin mümkünlüyü;

6. Bütün insanların kifayət qədər ərzaqla təmin olunması;

7. Bütün insanların əsas uşaq infeksiyalarına qarşı peyvənd

olunması;

8. İnkişaf etməkdə olan ölkələrdə yoluxucu xəstəliklərin 1980-ci ilə qədərki olan dövrə nisbətən böyük əhəmiyyət kəsb etməsi;

9. Yoluxucu xəstəliklərlə mübarizə və onların profilaktikası məqsədilə bütün mümkün üsul və vasitələrdən istifadə etmək, həmçinin həyat tərzinə təsir etmək və nəzarətin həyata keçirilməsi vasitəsilə psixi sağlamlığın möhkəmləndirilməsi



10. Əsas dərman preparatlarından hamının istifadə edə bilməsinin mümkünlüyü.
Yüklə 51,96 Kb.

Dostları ilə paylaş:
1   ...   5   6   7   8   9   10   11   12   13




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin