Игтисадијјат илә сијасәтин бир-бири илә әлагәли олмасына сәбәб олан амилләрдән бири дә, истеһсал олунмуш малларын вә ја мәнфәә


-MİLLİ QÜDRӘTİN MӘNBӘLӘRİ VӘ YA QÜDRӘTӘ SӘBӘB OLAN AMİLLӘR



Yüklə 1,11 Mb.
səhifə110/113
tarix10.01.2022
ölçüsü1,11 Mb.
#106239
1   ...   105   106   107   108   109   110   111   112   113

4-MİLLİ QÜDRӘTİN MӘNBӘLӘRİ VӘ YA QÜDRӘTӘ SӘBӘB OLAN AMİLLӘR


Siyasi coğrafiya, geopolitologiya, beynəlmiləl əlaqələr və siyasət elimlərinin mütəxəssisləri milli qüdrətin meydana gəlməsinə dair müxtəlif nümunələrə işarə etmişlər. Morkent, Arkansiki, Kohen, Kloiter və Mahan kimi nəzər sahiblərini buna işarə etmək olar. Bu numunələr bir çox hallarda bir-birləri ilə oxşar olsalar da, milli qüdrəti dəqiq ölçü və çərçivədə müəyyən edə bilməmişlər. Çünki milli qüdrətin (Tərcümə olunmayıb diqqət et kitab səh 248, vərəq səh.668) bir hissəsi müəyyən kəmiyyət və keyfiyyətə malikdir. Bunun üçün də milli qüdrətə qiymət vermək, bir o qədər də asan deyildir. Ümumi milli qüdrəti səkkiz hissəyə bölmək olar.

  1. İqtisadi amillər;

  2. Әrazi amilləri;

  3. Hökumət amilləri (siyasi və idari amilər);

  4. Elmi və texnoloji amillər;

  5. İctimai amillər;

  6. Mədəni amillər;

  7. Hərbi amillər;

  8. Ölkə xarici amillər.

İqtisadi amillər:




  1. İstehsalın əsasını təşkil edən milli sərmayə, milli büdcə, əhalinin sərmayə qoymağa təhrik olunmaları, enerji, yer altı təbii sərvətlər, ərazi və məkan, nəqliyyat, idarəetmə, istehsal texnologiyasının səviyyəsi, iqtisadi qurum təşkilatı, insan qüvvəsi, mühəndis, müdir və mütəxəssislərə şamil olur;

  2. İstehsal miqdarı;

Sənət, əkinçilik, Heyvandarlıq və sair xidmətlərə şamil olur.

  1. İstehsal səviyyəsi;

Milli istehsalın miqdarı1, başlıq istehsal, özünütəmin etmə səviyyəsi, milli istehsaldan atıq qalan məhsullar, beynəlmiləl istehsal mövqe və istehsal tərkibinə (xammala, sənət, əkinçilik və xidmət) şamil olur.

  1. İstehsal mübadiləsi;

İdxalat, ixracat və ticari bərabərliyə şamil olur.

  1. Sərvət və mali mənbələr

Xarici ölkələrə verilən borclara (xarici ölkələrdən tələb olunan borclar) beynəlmiləl ehtiyatlar, qoyulan beynəlmiləl sərmayə, maliyyə xidmətləri (bank və sığorta) və xarici vətəndaşların sərvətinə şamil olur.

Әrazi amilləri:



  1. Geopolitik strateji iqlim əlaqə mövqiyyəti və s;

  2. Təbii şərait, ərazi quruluşu, tipoqrafiya, təbii təhlükəsizlik və sərhədlərin təyin olunması;

  3. Vüsət;

Abadlaşdırılmış, qeyri-münbit və istifadəyə hazır ərazilər və mühüm strateji məntəqələrə şamil olur.

  1. Su, torpaq, hava, bitgi örtüyü, heyvanat aləmi kimi həyat üçün zəruri olan ünsürlər.

Hökumət amilləri (siyasi və idari amillər) aşağıdakılara şamil olur:



  1. Siyasi stabillik;

  2. Dövlət təşkilatının fəaliyyəti;

  3. Siyasi rəhbərlik və idarəetmə;

  4. Dövlət quruluşu;

  5. Daxili təhlükəsizlik

Elmi və texnoloji amillər aşağıdakılara şamil olur:



  1. Elmi-təhqiqat mərkəzləri, universitet, universitet müəllimləri və müəllimlərin sayı, alim və təhqiqatçılar, iyirmi yaşdan yuxarı olan əhali ilə tələbələr, şagirdlərin iyirmi yaşdan aşağı olan əhali və orta təhsil almış şəxslərin ölkə əhalisi ilə müqaisəsi;

  2. Elmi artım;

Universitet məzunlarının miqdarı, orta məktəb şagirdlərin sayı, çap olunmuş kitabların çapı, elmi jurnal, məqalə, təhqiqat, seminar, kəşf və ixtiraların sayı.

  1. Elmi idxalat;

Çap olunmuş və ya xaricdə keçirilən seminarlara təqdim olunmuş məqalələr, ölkə vətəndaşlarının ölkədən xaricdə əldə olunmuş elmi ixtira və nailiyyətləri və ölkədaxilində təhsil alan xarici tələbələrin sayı.
İctimai amillər:

  1. Әhalinin sayının alınması (statistika), yaş tərkibi, ömrün müddəti, ümumi ölüm, uşaqların ölüm sayı, işlə təmin olunmuş fəal cəmiyyət;

  2. Milli, dini, irqi birlik və həmrəylik dərəcəsi, vahid dilə yiylənmək;

  3. İctimai rifah

Adam başına düşən gəlir, tibb və səhiyyənin vəziyyəti, əhlinin evlə təmin olunma səviyyəsi, saflaşdırılmış su, hamam, elektrik, şəhər əhalisinin tərkib hissəsi və s.
Mədəni amillər:

  1. Mədəni səviyyə;

Savad dərəcəsi, adam başı istifadə olunan kitablar, mətbuat, radio və televiziya.

  1. Milli ruhiyyə və xüsusiyyətlər;

İftixar doğuran milli hisslər, milli xislətlər (ictimai inzibat, dözümlülük, çalışqanlıq və s.).

  1. Әqidəvi xüsusiyyətlər;

Fədakarlıq, mənəvi saflıq dərəcəsi, birliyə can atmaq və s.

  1. Mədəni və tarixi irs;

Tarixi köklər, qədim tapıntılar.

  1. Komunikasiya vasitələri, (kompyüter, radio-televiziya) onların qoyduğu təsir və tutduqları əhatə dairələri.

Hərbi amillər:



  1. Canlı qüvvənin sayı;

  2. Canlı qüvvənin tərkib və keyfiyyəti;

  3. Silah və döyüş avadanlıqları;

  4. Təşkilatçılığın keyfiyyəti;

  5. Hərbi briqadanın ixtiyarında olan texnologiya;

  6. Hərbi komandanlığın vəziyyəti (strategiya, döyüş bacarığı, döyüş üsulları).

Hərbi amillər (ölkə xarici):



  1. Beynəlmiləl birliyin rəqib və şərikləri;

  2. Siyasi ehtiyacların kifayət qədər təmin olunması;

  3. Qonşu ölkələrin vəziyyəti (güclü, zəif, bərabər, dost, düşmən);

  4. Mədəni əlaqələr və dini mədəniyyətin nüfuzu;

  5. Xaricdə olan ölkə vətəndaşları;

  6. Beynəlmiləl təşkilatlarda iştirak və fəaliyyət;

  7. Ölkə xaricində yerləşən hərbi hissələr;

  8. Әtraf məntəqənin təhlükəsizliyi (qonşu və məntəqədə yerləşən digər ölkələr).

Yüklə 1,11 Mb.

Dostları ilə paylaş:
1   ...   105   106   107   108   109   110   111   112   113




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin