Iii mövzu. Daxili nəzarətin аuditin təŞkili teхnоlоgiyаsi dахili nəzаrət sistemi


Auditin keyfiyyətinə kənar nəzarət



Yüklə 26,32 Kb.
səhifə2/10
tarix31.12.2021
ölçüsü26,32 Kb.
#112341
1   2   3   4   5   6   7   8   9   10
UNEC 1635093189.docx

Auditin keyfiyyətinə kənar nəzarət. Bu nəzarəti həyata keçirməkdə məqsəd auditor təşkilatı və sərbəst auditor tərəfindən göstərilən auditor xidmətinin keyfiyyətinin və daxili nəzarət sisteminin qiymətləndirilməsindən ibarətdir. Keyfiyyətə nəzarət «Аuditdə işlərin keyfiyyətinə nəzаrət» BАS 220 ilə tənzimlənir. Bu nəzarət iki formada olmaqla Azərbaycan Respublikasının Auditorlar Palatası tərəfindən həyata keçirilir. Kənar nəzarətin formaları azağıdakılardır:

1. Auditin keyfiyyətinə daxili nəzarət sisteminin qiymətləndirilməsi;

2. Auditor təşkilatı tərəfindən göstərilmiş auditor xidmətlərinin keyfiyyətinə nəzarət.

Auditin keyfiyyətinə kənar nəzarət auditorun mövcud iş və yekun sənədlərinə əsasən həyata keçirilir. Bu qaydada həyata keçirilən nəzarət auditor təşkilatı tərəfindən göstəriilmiş audit xidmətlərinin ümumi sayının 25 faizindən az olmamaq şərti ilə seçmə qaydada aparılır.

Bir qayda olaraq kənar nəzarətin həyata keçirilməsinin metod və üsulları Azərbaycan Respublikası Auditorlar Palatası tərəfindən təsdiq olunmuş proqram və təlimatla nizamlanır.

Hazırki dövrdə auditor peşəsinin ictimai əhəmiyyəti ilə əlaqədar, onun işinə nəzarət müstəsna rol oynayır.

1977-ci ildə ABŞ-da keyfiyyətə nəzarət standartları üzrə komitə yaradılmışdır. Komitə 1979-cu ildə üzünün “Diplomlu ictimai mühasiblərin (auditorların) firmalarının fəaliyyətinin keyfiyyətinə nəzarət sistemi” adlı Ilk hesabatını buraxmışdır. Hesabatda qeyd olunan aşağıdakı doqquz məqam auditorların işinin keyfiyyətinə ciddi təsir göstərə bilər:

1. Əməkdaşların muzdla işə götürülməsi. Firmanın heyəti mçəyyən ixtisasa (təhsilə, peşə fəaliyyətinə və şəxsi təcrübəyə) malik olmalıdır.

2. Işin qrafikinin tərtib olunması. Auditor yoxlaması planlaşdırılan zaman onun keçirilmə müddəti, əməkdaşın təcrübəsi və ixtisaslaşması mütləq nəzərə alınmalıdır.

3. Ixtisasın artırılması. Əməkdaşlar özlərinin təhsil səviyyələrini daima artırılmalı və məsuliyyət hissini gücləndirməlidirlər.

4. Karyera. Yüksək vəzifələri ancaq yüksək ixtisaslı mütəxəssislər tutmalıdırlar (cəlb etməlidirlər).

5. Nəzarət. Auditor yoxlaması daimi rəhbər işçilərin nəzarəti altında aparılmalıdır.

6. Müştərilərin qəbul olunması və onlarla əməkdaşlıq. Mövcud və gələcək illərin müştərilərinin doüruçuluüa və işgüzar mövqeyinə ciddi fikir verilməli, onlarla daimi əlaqələri formalaşdırmaüa səy göstərməlidirlər.

7. Məsləhət. Baş verə bilən texniki mürəkkəblikləri həll edə bilmək üçün firmanın kitabxanası, müvafiq mütəxəssisləri və ekspertləri olmalıdır.

8. Müstəqillik. Işçilərə hökmən nəzarət olunmalıdır. Lakin onların sərbəst qərar çıxarmaq haqda hüquqlarına müdaxilə etmək məqsədə uyüun deyildir.

9. Nəzarət. Keyfiyyətə nəzarətin sadaladıüımız əvvəlki səkkiz ünsürünə təsir göstərən tədbirlərin səmərəliliyinə firma özü nəzarət etməlidir. Keyfiyyətə nəzarətin bu ünsürləri və onun təmin olunması üçün firma tərəfindən həyata keçirilən tədbirlər nisbətən daha təcrübəli, diplomlu ictimai mühasiblər tərəfindən yoxlanılır. Belə yoxlama əsasında firma tərəfindən həyata keçirilən auditə qiymət verilir.

1988-ci ildə Amerika diplomlu ictimai mühasiblər institutu (ASRA) mühasiblərin qarşısına daha yeni tələblər qoymuşdur. Institutun qərarına görə üç ildə bir dəfədən az olmamаq şərtilə keyfiyyətə nəzarət proqramının həyata keçirilməsində iştirak etməlidir. 1987-ci ildə institutun nəzdində keyfiyyətə nəzarətin icrası komitəsi yaradılmışdır. Audit yoxlamalarının keyfiyyətinə nəzarət bu komitəyə həvalə olunmuşdur.

Onu da qeyd etmək lazımdır ki, Azərbaycanda audit xidmətinə nəzarət qaydası qabaqcıl xarici dövlətlərdə olduüu səviyyədə işlənib hazırlanmamışdır. Lakin bu istiqamətdə işlər davam etdirilir.





  1. Yüklə 26,32 Kb.

    Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   10




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin