Orucun insanın mənəvi təkamülünün əsas şərtlərindən biri olması
Əvvəla buyurur: "Oruc tutmaq sizdən əvvəlki ümmətlərə vacib edildiyi kimi, sizə də vacib edildi"2. Biz bilirik ki, namaz və zəkat yalnız İslam ümmətinə məxsus deyil. Əziz İslam Peyğəmbərindən (s) qabaqkı peyğəmbərlər də namaz və zəkatı öz hökmlərinin başında qeyd etmişlər: "O... mənə diri olduqca namaz qılıb zəkat verməyi tövsiyə buyurdu".3 Həzrət İsa peyğəmbər (ə) öz dinləyicilərinə buyurur ki, Allah mənə namaz və zəkatı tövsiyə etmişdir. Quranın digər ayələrindən də bu başa düşülür. Oxuduğum birinci ayədə buyurur ki, namaz və zəkat kimi oruc da yalnız İslam ümmətinə məxsus olmayan hökmlərdəndir. Keçmiş ümmət və peyğəmbərlərə də oruc tutmaq əmr olunmuşdu.
Bu onu göstərir ki, hər bir dövrdə insanların mənəvi həyatı üçün namazın lazım olduğu və bu namaz insanla Allah arasında mənəvi əlaqə yaratdığı kimi, həmçinin zəkatın lazım olduğu və bu zəkat malın təmizlənməsi olduğu kimi, oruc da vacib və zəruridir və bu, insan təkamülünün, onun mənəvi yüksəlişinin əsas şərtlərindən biri sayılır. Əks təqdirdə, müxtəlif dinlərin dəyişməsinə rəğmən, bu xətt zaman boyu dəyişməz qalmazdı.
Əlbəttə, oruc müxtəlif dinlərdə və müxtəlif dövrlərdə fərqli formalarda olmuşdur. Lakin ac qalmaq, qarını qidasız saxlamaq, ağızı, dili və dodağı müəyyən saatlarda fiziki ləzzətlərə bağlamaq müxtəlif dinlərin orucunda da mövcud olan bir xüsusiyyətdir. Deməli, oruc insanın mənəvi yüksəlişində, ruhi təkamülündə, hidayət və tərbiyəsində əsas şərtdir.
Dostları ilə paylaş: |