İlahi ziyafət İslam İnqilabının Böyük Rəhbəri həzrət Ayətullah Xameneinin Ramazan ayı barədə çıxışlarından seçmələr


Dini inancı gücləndirmək barədə şairlərə tövsiyə



Yüklə 391,59 Kb.
səhifə224/226
tarix02.02.2022
ölçüsü391,59 Kb.
#114037
1   ...   218   219   220   221   222   223   224   225   226
Dini inancı gücləndirmək barədə şairlərə tövsiyə

Burada iştirak edən əziz şairlərə və inqilab şeiri qrupundan sayılan digər şairlərə demək istəyirəm ki, bu dövrün xüsusiyyətlərinə əsasən, bizim dövrümüzün şairinin dərin dini inanca ehtiyacı var. Siz bu gün istəsəniz də, istəməsəniz də, bilsəniz də, bilməsəniz də, təsdiq etsəniz də, etməsəniz də, çoxlu xalqlar üçün örnək olmusunuz. Müşahidə etdiyiniz bu İslam oyanışı desək də, deməsək də, üz vursaq da, vurmasaq da, digərləri üz vursalar da, vurmasalar da, İran xalqının möhtəşəm hərəkətindən təsirlənmişdir. Bu möhtəşəb inqilab, bu böyük inqilab, tağut ənənələrini, sistemini və istismarçı sistemin kökünü kəsən bu dəyişiklik İran xalqını bir örnəyə çevirdi. Siz örnək olmağın şərtlərinə əməl etmək istəyirsinizsə, öz dini məlumatlarınızı və İslam inancınızı gücləndirməlisiniz. Bu, keçmişdə bizim şeirimizdə olmuşdur. Baxın, hamısı olmasa da, Firdovsidən tutmuş Mövləviyə, Sədiyə, Hafizə və Camiyə qədər bizim əksər dəyərli şairlərimiz belə olmuşlar. Firdovsi Həkim Əbülqasim Firdovsidir. Hekayə yazan bir şəxsə yalnız hekayə və qəhrəmanlıq dastanı yazdığına görə həkim demirlər. Bu sözü də biz deməmişik. Zaman boyu fikir və düşüncə sahibləri onu həkim adlandırmışlar. Firdovsinin Şahnaməsi hikmətlə doludur. O, əsl dini maarifdən bəhrələnmiş bir insan olmuşdur. Onların hamısı həkim olmuşlar, divanları başdan-ayağa hikmətlə doludur. Hafiz Quranı əzbər bilməsi ilə fəxr etməsəydi, özünə Hafiz təxəllüsünü götürməzdi. O, Quran hafizlərindəndir. İndi bizim müxtəlif qiraətlərlə də oxuyan qiraətçilərimiz adətən iki-üç rəvayətdən çoxunu bilmirlər. Amma o, Quranı on dörd rəvayətlə oxuya bilirmiş. Bu çox böyük məsələdir. Hafizin Quranla belə güclü tanışlığı onun qəzəllərində görünür. Sədinin məsələsi aydındır. Mövləvinin məsələsi aydındır. Cami və Saib də həmçinin. Siz Saibin divanında dərin dini etiqad görürsünüz. İnsan Bidelə çatdıqda onun şeirlərində çox möhtəşəm, dərin və mürəkkəb dini inancları müşahidə edir. Bunlar bizim böyüklərimiz, şeirin imamlarıdır. Demək olar ki, fars şeirinin peyğəmbərləri bunlardır. Bunlar dini bilgilərə yiyələnmişlər, siz də bu bilgilərə yiyələnin. Bunun üçün Quranla tanışlıq, ünsiyyət, Nəhcül-bəlağə ilə və Səhifeyi-Səccadiyyə ilə ünsiyyət qurmaq lazımdır. İnsanın bəzən qarşısına çıxan bu tərəddüdlərin, nigaranlıqların və qaranlıqların çoxu bunları mütaliə edərkən şəffaflaşır, aydınlaşır. İnsan anlayır, yolu, işi və məqsədi tanıyır.

Misal üçün, Şəhid Mütəhhərinin Mənəvi sözlər kitabını oxumaq, yaxud ilahi hökmlərə diqqətin özü ramazan ayı ilə münasibdir. Mən bu gün bir söhbətdə mərhum Hacı Mirzə Cavad Ağa Məliki Təbrizinin dilindən dedim ki, orucdan hasil olan mənəviyyat, insanın ruhunda oruc səbəbindən yaranan çiçəklənmə və ucalıq çox dəyərlidir. Təsadüfən siz şairlər ruhi həyəcanlarla, mənəvi təsəvvür və dərklərlə işləyirsiniz. Şairin xüsusiyyəti belədir. Şairin zərif təbiəti bunu tələb edir və çox asanlıqla bu bilgiləri qavraya bilir. Ramazan ayına və oruca diqqət buna çox kömək edir. Odur ki, öz dini məlumatınızı artırın; əlbəttə, qeyd etdiyim kimi, peşəkar və elmi formada olan dini məlumatı, qondarma məlumatları yox. Hərdən bəzi adamlar dinə dair sözlər danışır, əslində isə özlərindən quraşdırır, heç bir sənədə, elmi baxışa və tədqiqata söykənmirlər. Bu çox da işə yaramır.

Şairlərlə görüşdə çıxışından: 2011.




Yüklə 391,59 Kb.

Dostları ilə paylaş:
1   ...   218   219   220   221   222   223   224   225   226




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin