Dissertasiyanın struktur bölmələrinin ayrılıqda həcmi və işarə ilə ümumi həcmi. Giriş 8 səhifə, I fəsil 44 səhifə, II fəsil 64 səhifə, III fəsil 59 səhifə, IV fəsil 37 səhifə, V fəsil 46 səhifə, Nəticə 5 səhifə, istifadə olunmuş ədəbiyyat siyahısı 16 səhifə, ixtisarlar 1 səhifə. Ümumi həcmi 256 səhifə – 441, 077 işarə.
TƏDQİQATIN ƏSAS MƏZMUNU
Dissertasiyanın Giriş hissəsində mövzunun aktuallığı, işlənmə dərəcəsi əsaslandırılır, obyekti və predmeti, məqsəd və vəzifələri, tədqiqatın metodları, müdafiəyə çıxarılan müddəalar müəyyənləşdirilir, tədqiqatın elmi yeniliyi, nəzəri və praktiki əhəmiyyəti, tədqiqat işinin aprobasiyası və tətbiqi, dissertasiya işinin yerinə yetirildiyi təşkilatın adı, dissertasiyanın struktur bölmələrinin ayrılıqda həcmi və işarə ilə ümumi həcmi haqqında məlumat təqdim edilir.
I fəsil “İlyas Əfəndiyevin dram dilinin əsas xüsusiyyətləri” adlanır. Bu fəsil yazıçının dram dilinin xüsusiyyətlərinə həsr olunmuşdur və üç yarımfəsildən ibarətdir. Burada dram dilinin xarakterik xüsusiyyətləri araşdırılır, eyni zamanda, müəllifin dramaturgiyada qazandığı uğurlar, dil və sənətkarlıq axtarışları, lirik-psixoloji dram dilinin formalaşması və inkişafındakı rolu müəyyənləşdirilir.
I fəslin birinci yarımfəsli “Dram janrı və dram dili. İ.Əfəndiyevin dram yaradıcılığı” adlanır. Dramaturgiya hər zaman canlı xalq dilinin zənginliyini, rəngarəngliyini və qanunauyğunluqlarını əks etdirən faktların ən mühüm qaynağı olmuşdur. Dram dilində söz, ifadə yeni məna və məna incəliyi qazana bilir, sözlərin, ifadələrin üslubi boyası dəyişir. Ona görə də dramların ən səciyyəvi cəhətlərindən biri onun dili və üslubudur.
Dostları ilə paylaş: |