İmam həSƏNƏ (Ə) VƏSİYYƏTİNİN ŞƏRHİ İLƏ Əxlaq dərsləRİ) İKİNCİ Cİld müƏLLİF: ustad misbah yəZDİ



Yüklə 3,86 Mb.
səhifə62/127
tarix02.01.2022
ölçüsü3,86 Mb.
#15688
növüDərs
1   ...   58   59   60   61   62   63   64   65   ...   127

XƏSİSLİYİN NİŞANƏSİ


İctimai həyatda belə bir hallar çox olur ki, insan bir işi görəcəyinə söz verir, şər’i, fiqhi dildə desək, «bir müqavilə əsasında» öhdəlik götürür. Yə’ni iki şəxs bir-birlərinin qarşısında əhd edirlər. Şübhəsiz ki, bu halda insan öhdəçiliyini yerinə yetirməlidir: «Ey iman gətirənlər, əhdlərə sadiq olun».1 Amma bə’zən bu öhdəçilik bir tərəfli olur. İnsan özü bir işi görəcəyini əhd edir. Bu öhdəçiliyin bir növü zəmanətdir. Yə’ni bir şəxs zəmanətnamə imzalamaqla hansısa işə zamin durur. Bu öhdəçilik bir tərəfli öhdəçilikdir. Bu öhdəçiliyin qorunmasına qarşılıqlı şəkildə mə’suliyyət daşınmır. Başqa sözlə, əgər siz belə bir öhdəçilik götürsəniz, demək böyüklük etmiş, hansısa işin nəticələrinə zamin durmusunuz. Bu halda insanın daxilən böyüklüyü ondan tələb edir ki, öz əhdinə vəfa qılsın və verdiyi sözdən qaçmasın.

İctimai əlaqələrdə və dostluq rabitələrində bu kimi hallarla rastlaşırıq. İnsan bə’zən belə bir istəklə dostuna üz tutur və onun belə bir iş görməsini istəyir. Şəksiz ki, iki dost arasında səmimi rabitə mövcuddursa, uyğun istək rahatcasına qəbul olunur. Amma həmin istəklə müəyyən şəxsə müraciət etdikdə görsəniz ki, o hansısa bəhanələrlə belə bir öhdəçilikdən boyun qaçırır, demək, sizin rabitələriniz səmimi deyildir. Hətta ola bilər ki, qarşı tərəfin qəlbində hansısa mənfi münasibət var imiş, sadəcə, onu indi büruzə verir. Bəhanə gətirilməsi, adətən, xəsislikdən yaranır.

Bir şəxs sizə üz tutub, kömək istədikdə onun istəyini cavabsız qoymayın. Çünki səxavət əhli heç vaxt öz bacarığını əsirgəmir. Hətta insan səxavətli deyilsə də, dostluq rabitələri tələb edir ki, o öz dostunun istəyini yerinə yetirsin. Bir sözlə, əgər insan ona müraciət edən şəxsin istəyini hansısa bəhanə ilə yerinə yetirmirsə, demək, mövcud əlaqələr dostluq deyildir.

Hər halda, istək qarşısında bəhanə gətirilməsi xəsislik nişanəsidir. Məhz belə bir xasiyyət səbəbindən çoxları başqalarına yardım etməkdən çəkinirlər. Bəlkə də belə bir məsəl eşitmiş olasınız ki, dostluq hisslərindən uzaq bir şəxsə qonşusu deyir: «İpinizi versəydiniz, yuduğumuz paltarları sərərdik». Həmin şəxs isə belə cavab verir: «İpə darı sərmişik». Mə’lum məsələdir ki, kimsə ipə darı sərmir və bu sadəcə bir bəhanədir. Hansısa xahişi yerinə yetirmək istəməyən şəxs min bir bəhanə gətirir. Əgər bir şəxs daim müxtəlif xahişlərin qarşısında bəhanə gətirirsə, onun bu hərəkəti xəsislik nişanəsidir. Əgər xəsis olmasaydı, bəhanə də gətirməzdi və açıq qəlblə yardım üçün uzadılmış əli boş qaytarmazdı.




Yüklə 3,86 Mb.

Dostları ilə paylaş:
1   ...   58   59   60   61   62   63   64   65   ...   127




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin