İmam həSƏNƏ (Ə) VƏSİYYƏTİNİN ŞƏRHİ İLƏ Əxlaq dərsləRİ) İKİNCİ Cİld müƏLLİF: ustad misbah yəZDİ



Yüklə 3,86 Mb.
səhifə2/127
tarix02.01.2022
ölçüsü3,86 Mb.
#15688
növüDərs
1   2   3   4   5   6   7   8   9   ...   127

İyirmi üçüncü dərs

Həyat normaları, yaşayış qaydaları.


Bil! Miniyi gecə və gündüz olan kəs dayanmış da olsa, onu qovarlar. Allah dünyanın viranlığı və axirətin abadlığından savay bir şey istəməmişdir.



Ey oğlum! Allah sənə dünyanı qadağan etdiyi kimi onu özünə qadağan etsən, (bil ki) dünya buna layiqdir. Əgər dünya haqqında nəsihətimi qəbul etməsən, əmin ol ki, heç vaxt arzuna çatmayacaqsan, əcəlindən üz çevirə bilməyəcəksən. Bil ki, səndən əvvəl yaşamış kəslərin yolunda addımlayırsan. Dünya istəyində müdara et, aram ol, onun əldə olunmasında yaxşılığa əməl et. Çox olsun ki, istək sərmayəni əldən verməklə nəticələnə. Hər axtaran tapmaz, hər orta yol tutan möhtac olmaz. Özünü hər bir alçaqlıqdan qoru, hətta səni istəyinə çatdırsa da. Heç vaxt sərf etdiyin (dinin, imanın) əvəzini almayacaqsan.”1

Şübhəsiz, büdrəmələr, şeytani vəsvəsələr dəryasından qurtulmağın ən yaxşı, hətta yeganə yolu Əhli-beyt (ə) biliklərinin nurundan işıqlanmaqdır. Bu istiqamətdə və əvvəlki söhbətlərin davamında Həzrət Əlinin (ə) öz oğlu imam Həsənə (ə) vəsiyyətini şərh etməkdəyik. Ümid edirik ki, həm müəllif, həm də oxucular bu pak feyz çeşməsindən bəhrələnəcəklər və bu yolla da Allah-təalanın, eləcə də əsrin İmamının (ə) razılığı əldə olunacaq.



Əvvəla, Allah-təaladan diləyirik ki, mə’sumların pak nuru bərəkətinə, şəhidlərin qanı hörmətinə bizi doğru yola yönəltsin, hidayət buyursun, Əhli-beyt (ə) elmlərinə layiq olaq, ilahi maarif çeşməsindən bir damla qismətimiz olsun. Əvvəlki söhbətlərimizdə qeyd edildiyi kimi, Həzrət Əlinin (ə) imam Həsənə (ə) vəsiyyətnaməsini üç hissəyə bölmək olar. Vəsiyyətnamənin birinci hissəsində Həzrət (ə) vəsiyyət edən və vəsiyyət olunan şəxslər haqqında danışır, onların xüsusiyyətlərini sadalayır. Eləcə də, İslam dinində vəsiyyətnamənin əhəmiyyəti qeyd olunur. Həzrət (ə) insanları bu hidayət nurundan bəhrələnməyə çağırır. Vəsiyyətnamənin ikinci hissəsində dünya axirətlə müqayisə olunur. Dünyanın ötəriliyi diqqətə çatdırılmaqla ilahi düşüncə tərzinin bünövrəsi qoyulur. Bu düşüncə işığında dünya və axirətin həqiqi mahiyyəti aydınlaşır. Vəsiyyətdə dünyaya verilən “keçid” adı, bəlkə də, onun mahiyyətini bütün adlardan yaxşı işıqlandırır. Vəsiyyətnamənin üçüncü hissəsində onun birinci və ikinci hissəsində əsaslandırılmış əməli göstərişlər verilir. Əslində əvvəlki hissələr son hissə üçün giriş rolunu oynayır. Yalnız düzgün baxışın düzgün formalaşmasından sonra əməl və islah üçün şərait yaranır. Yalnız özü və varlıq aləmi haqqında düzgün baxışa malik olan insan özünü tərbiyə və islah edə bilir. Ona görə də Həzrət (ə) vəsiyyətnamənin əvvəlki iki hissəsində əməli göstərişlərdən yox, düzgün baxışın formalaşmasından danışır, yalnız sonra, yə’ni üçüncü hissədə qısa kəlamlar formasında əməli tövsiyyələrini verir. Bu kəlamların hər birində bir dünya mə’naya malik qiymətli xəzinələr yatır. İndi vəsiyyətnamənin həmin qısa kəlamlardan ibarət üçüncü hissəsini araşdırmağa başlayırıq. Həqiqət axtarışında olanların düşüncəsi bu qısa kəlamların dərinliyinə baş vurmaqda çətinlik çəkir. Bu aşkar həqiqət bir qrup alimə qısa izahatlarla kifayətlənmək bəhanəsi vermişdir. Hansı ki, digər bir qrup alim bu dərinliyə rəğmən daha geniş izahatlara cəhd etmişlər. Biz isə öz araşdırmalarımızda orta yolu tutub, həm ibtidai tərcümədən, həm də mürəkkəb izahatlardan çəkinmək fikrindəyik.

Yüklə 3,86 Mb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   127




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin