İmam hüseyniN (ələyhissalam)


HƏZRƏT ADƏMİN (ələyhissalam) YEZİDƏ LƏNƏT GÖNDƏRMƏSİ



Yüklə 0,77 Mb.
səhifə33/79
tarix05.01.2022
ölçüsü0,77 Mb.
#111271
1   ...   29   30   31   32   33   34   35   36   ...   79

HƏZRƏT ADƏMİN (ələyhissalam) YEZİDƏ LƏNƏT GÖNDƏRMƏSİ


Bir gün Adəm Peyğəmbər (ələyhissalam) yer üzündə seyr etdiyi zaman yolu Kərbəlaya düşdü. Ora yedişdikdə özündən asılı olmayaraq ürəyi sıxılmağa başladı və qəmginləşdi. İmam Hüseyn (ələyhissalam) qətlə yetirilən yerə çatdıqda ayağı büdrəyib yıxıldı və ayağından qan axmağa başladı. Başını səmaya qaldırıb Allah-təalaya ərz etdi:

“İlahi! Etdiyim hansı günah1 üçün cəzamı verirsən?”

Allah-təala buyurdu: “Ey Adəm! Bir günah etmədin. Bu torpaqda sənin övladlarından olan Hüseyn zülmə məruz qalıb şəhadətə çatacaqdır. Sənin onunla həmdərd olmağını istədim. Bunun üçün də ayağından qan axıdıldı və torpağa bulaşdı.”

Həzrət Adəm (ələyhissalam) soruşdu: “Onun qatili kimdir?”

Buyurdu: “Asimanların və yerin lənətinə düçar olan Yeziddir.”

Bu zaman Həzrət Adəm (ələyhissalam) Cəbrayıl mələkdən (ələyhissalam) soruşdu: “Bunun üçün mən nə etməliyəm?”

Mələk cavab verdi: “Sən də Yezidə lənət göndər!”

Bunu eşidən Adəm Peyğəmbər (ələyhissalam) Yezidə dörd dəfə lənət göndərdi.2



Yüklə 0,77 Mb.

Dostları ilə paylaş:
1   ...   29   30   31   32   33   34   35   36   ...   79




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin