İmam Baqir (əleyhissəlam) alimlər baxımından
İmam Baqir əleyhissəlamın elm sədası İslam məmləkətinin hər yerinə elə yayılmışdı ki o Həzrət “Baqirül-ülum” (elm qapılarını açan elmi müşkülatı həll edən) ləqəbi almışdı.
İbn Həcər Heytəmi yazır: “Məhəmməd Baqir (əleyhissəlam) maarifin gizli dəfinələrini taparaq o qədər elmləri aşkar etmiş həmçinin, əhkam və hikmətlərin həqiqətlərini elmin incəliklərini bəyan etmişdi ki bu məsələ bəsirət sahibi olmayan ya da pis düşüncəli insanlardan başqa heç kimə gizli qalmamışdır. Elə buna görə də, onu elmləri yarıb özündə cəmləşdirən elm bayrağını ucaldan adlandırmışlar.”6
İmam Baqir əleyhissəlamın dövründə yaşamış görkəmli alim və böyük şəxsiyyət Abdullah ibn Əta deyir: “Mən İslam alimlərini heç bir məclisdə Məhəmməd ibn Əli əleyhissəlamın məclisindəki qədər elmi cəhətdən kiçik və aşağı səviyyədə görmədim. Elm və şəriət hökmlərində bütün aləmdə tanınan Həkəm ibn Üteybəni Məhəmməd Baqir əleyhissəlamın hüzurunda yüksəkrütbəli müəllim qarşısında diz çöküb əyləşən onun şəxsiyyət və sözlərinə heyran qalan bir uşaq (şagird) kimi gördüm.”7
İmam Baqir (əleyhissəlam) öz sözlərində adətən Qur’an ayələrinə istinad edərək Allah kəlamından şahid gətirir və buyururdu: “Dediyim hər hansı məsələni məndən soruşsanız ki bu Qur’anın harasındadır mən o məsələyə aid olan ayəni sizə göstərərəm.”8
Dostları ilə paylaş: |