İMAM MƏHƏMMƏD BAQİR ƏLEYHİSSƏLAMIN HƏYATI
*–Böyük elmi inqilabın banisi
*–İmam Baqir (əleyhissəlam) məktəbinin şagirdləri
*–Elmləri kəşf edən bilik qapılarını açan
*–Xəlifələr tərəfindən hədis yazmağın qadağan olunma tarixçəsi
*–Şiə-hədis toplamağın banisi
*–İmam Baqir (əleyhissəlam) Şamda
İmam Baqir əleyhissəlamın həyatı barədə qısa mə’lumat
İmam Baqir (əleyhissəlam) hicrətin əlli yeddinci ilində Mədinə şəhərində dünyaya gəlmişdir.1 Atası İmam Zeynül-abidin əleyhissəlamın vəfatı vaxtı Həzrətin otuz yeddi yaxud otuz səkkiz yaşı var idi. Adı Məhəmməd künyəsi Əbu Cə’fər ləqəbləri Baqir Baqirül-ülum olmuşdur. Anası İmam Həsən əleyhissəlamın qızı Ümmü Abdullah olmuşdur. Buna görə də, İmam Baqir (əleyhissəlam) həm ata həm də ana tərəfdən Həzrət Əli (əleyhissəlam) və xanım Zəhranın (səlamullahi əleyha) nəslinə yetişən ilk şəxs olmuşdur. İmam Baqir (əleyhissəlam) hicrətin yüz on dördüncü ilində Mədinə şəhərində vəfat etmiş2 məşhur Bəqi qəbristanlığında atası və babasının qəbirləri kənarında dəfn olunmuşdur. O Həzrətin İmamət dövrü on doqquz ya da iyirmi il olmuşdur.
Dostları ilə paylaş: |