45- 46. DİLƏNÇİ VƏ DİLƏNİLMİŞİN HAQQI
وَأمّا حَقُّ السَّائِلِ فَإعْطَاؤُهُ إذا تَيَقَّنتَ صِدْقَهُ وَقَدَرْتَ عَلَى سَدِّ حَاجَتِهِ، وَالدُّعَاءُ لَهُ فِيمَا نزَلَ بهِ، وَالْمُعَاوَنةُ لَهُ عَلَى طَلِبَتِهِ، وَإن شَكَكْتَ فِي صِدْقِهِ وَسَبَقْتَ إلَيهِ التُّهْمَةُ لَهُ وَلَمْ تَعْزِمْ عَلَى ذَلِكَ لَمْ تَأْمَنْ أَنْ يَكُونَ مِنْ كَيْدِ الشَّيْطَانِ أَرَادَ أَنْ يَصُدَّكَ عَنِ حَظِّكَ ويَحُولَ بَيْنَكَ وبَينَ التَّقَرُّب إلَى رَبكَ فَتَرَكْتَهُ بسِترِهِ وَرَدَدتَهُ رَدًّا جَمِيلاً. وَإنْ غَلَبتَ نفْسَكَ فِي أَمْرِهِ وَأَعْطَيتَهُ عَلَى مَا عَرَضَ فِي نفْسِكَ مِنْهُ، فإنَّ ذلِكَ مِنْ عَزْمِ الأُمُورِ.
DİLƏNÇİNİN HAQQI
"Dilənçinin sənin boynunda haqqı odur ki, əgər hazır sədəqən varsa, ona ver və ehtiyacını ödə. Fəqirliyinin aradan getməsindən ötrü ona dua et və istəyinə kömək et. Əgər onun sözünün doğruluğuna şəkk edirsənsə və əlində buna dəlilin yoxdursa, ola bilsin bu Şeytanın sənə olan tələsidir və bununla, sənin Allaha yaxın olmaq bəhrəni əlindən alsın. Allahla sənin aranda pərdə olsun. Onda, onu öz halına burax və yaxşı cavab ver. Əgər bu halda da ona bir şey versən, yerində iş görmüsən!"
وَأمّا حَقُّ المَسئولِ فَحَقُّهُ إنْ أَعْطَى قُبلَ مِنْهُ مَا أَعْطَى بالشُّكْرِ لَهُ وَالمَعْرِفَةِ لِفَضْلِهِ وَطَلَبَ وَجْهِ الْعُذْرِ فِي مَنعِهِ، وَأَحْسَنَ بهِ الظَّنَّ. وَاعْلَمْ أنَّهُ إنْ مَنِعَ [فَ]مَالَهُ مَنَعَ وَأَنْ لَيْسَ التَّثرِيبُ فِي مَالِه، وَإنْ كَانَ ظَالِمًا فَإنَّ الإنسَانَ لَظلُومٌ كَفَّارٌ.
DİLƏNİLMİŞİN HAQQI
"Dilənçinin boynunda, sual etdiyi şəxsin haqqı odur ki, əgər bir şey verərsə, təşəkkür və qədirdanlıqla ondan qəbul olunsun. Əgər verməsə, xoşluqla onun üzürlü bilsin və onun barəsində yaxşı nəzərdə olsun. Bil ki, əgər bir şey vermədisə, zalim də olsa, öz haqqından vermədi və heç bir məzəmmət yeri yoxdur. Çünki, insan sitəmkar və haqqı gizlədəndir." ndə iş görmüsən.na dəlilin yoxdursa, ola bilsin bu şeytanın sənə olan tələsidir və bunun
İmam Səccad (əleyhissalam), "dilənçi və dilənilmişin haqqı" barəsindəki sözünün qısası budur ki, imkan olan həddə insan dilənçini boş qaytarmasın və onun fəqirliyinin aradan getməsindən ötrü dua etsin. Dilənçinin sözlərində şəkk edərsə öz şəkkinə fikir verməyib, binanı qoysun ki, Şeytan onu İlahi feyzə çatmasından məhrum etməkdən ötrü vəsvəsə edir. Əgər dilənçiyə bir şey verməyə imkanı yoxdursa, ehtiram və alicənablıqla onu yola salsın. Sual olunmuşun haqqının xülasəsi budur ki, əgər bir şey bağışlayarsa, ona təşəkkür edib qədirdanlıq göstərsin. Əgər bir şey verə bilmsədə onu ittiham edib məzəmmət etməsin. Çünki, insan öz malını çox sevir.
YERLİ VƏ YERSİZ SUALLAR
İslam nəzərində ümumi olaraq, öyrənməkdən ötrü olan suallar bəyənilmişdir. Bəlkədə, bu işə əmr olunmuşdur. Qur`an bu barədə buyurur:
“Əgər bilməsəniz, zikr əhlindən (mə`sum İmamlardan (əleyhissalam)) soruşun! 1“
Sual, alim olmaqdan ötrü bir yoldur. Lakin, İmam Səccad (əleyhissalam)-ın bu bəhsindəki "sual edən və sual olunmuş”-lar və onların hüquqlrından məqsəd, mütləq soruşanlar deyildir. Bəlkədə, insanın pula olan sualı və ya fəqir və miskinlərin suallarıdır. Görəsən belə dilənçiliyin əsli İslamda bəyənilmişdir ya yox? Bir şey şübhəsizdir ki, İslam dinin nəzəri bu mövzuda mənfidir və belə sual və ya dilənçilik haramdır. Yalnız, xüsusi zəruruət halında, fəqir öz canını xətərdə görərsə, bu vaxt canını qorumaqdan ötrü başqasından bir şey istəyə bilər. Bu vaxt hər kimdən bir şey istənilsə, dərhal müsbət cavab verməlidir. Qur`an, "Məaric" surəsində buyurur:
"O kəslər ki onların mallarında müəyyən bir haqq (pay) vardır. Dilənən və (hər şeydən) məhrum olan (lakin abırına qısılıb dilənməyən) kimsə üçün. “2
Beləliklə, dilənçini boş qaytarmaq lazım deyildir. “Zuha"surəsində buyurur: "Dilənçini də qapından qovma!“3
Ayədə məqsəd, xums, zəkat və sair vacib hüquqlardan, yaxud qeyri-vaciblərdən söhbət olması barəsində müfəssirlər arasında müxtəlif nəzəriyələr var. Bə`ziləri mö`təqiddirlər ki, ayədə məqsəd, qeyri-vacib olanlardır və vacib şər`i vergilərə aid deyil. Çünki, vacib şər`i hüquq, hamının malında vardır. İstər pərhizkar, istərsədə qeyri-pərhizkar olsun. Əgər belə mə`na olunsa, ayəninin mə`nası budur: Namaz qılanlar özlərinə vacib bilsinlər ki, öz mallarından Allah yolunda fəqir-füqəraya versinlər.
İkinci ayədə, "qovmaq" sözü, dilənçi ilə qaba şəkildə rəftara aiddir. Ayədəki dilənçidən məqsəd, kimin olması barəsində təfsirçilər arasında müxtəlif nəzərlər var: Əvvəl: Elmi və e`tiqadi sahədə bir şey bilmək istəyənləri qovma. İkinci: Maddi cəhətdən fəqirlikdə olub qapına gələnləri qovma. Üçüncü: Hər iki mə`na nəzərdə tutula bilər.1
Dostları ilə paylaş: |