Имам сәҸҸад (ӘЛЕЈҺиссалам)-ын исламда һҮгуг нәЗӘРИЈЈӘСИ


ŞƏR`İ CƏHƏTDƏN ŞİRKƏTƏ BAXIŞ



Yüklə 21,47 Mb.
səhifə72/111
tarix24.10.2017
ölçüsü21,47 Mb.
#12137
1   ...   68   69   70   71   72   73   74   75   ...   111

ŞƏR`İ CƏHƏTDƏN ŞİRKƏTƏ BAXIŞ


Şəriətdə "şirkət" yalnız, o hala deyilir ki, bütün sifətlərindən oxşar iki malı tamamilə qatışdırsınlar və hər bir şərikin o maldan istifadəsinə icazələri olsun.5

Bə`zi İslam alimləri şirkətin, ərəbcə və ya qeyri-ərəbcədə tələffüz olunmasını şərt bilirlər. Əqd vasitəsilə bir-birilə şirkəti olanlar, həddi buluğa yetmiş, aqil, qəsd və ixtiyarlı olmalıdırlar. Həmçinin, öz mallarından da istifadə etməyə icazələri də olmalıdır. Bəs səfeh şəxsin şirkəti düzgün deyildir.



Əllamə Hilli, özünün "Qəvaidul-Əhkam" kitabında yazır:

"Şirkət dörd qismdir: 1. Malların şirkəti. 2. Bədənlərin şirkəti. 3. Müfavəzə şirkəti. 4. Vucuh şirkəti. Birincidən başqa hamısı batildir." Beləliklə, şirkət yalnız, mallarda, o da şəriətin qoyduğu şəraitlə düzgündür.

ALVERDƏ ƏDƏB QAYDALARINA RİAYƏT


Müqəddəs İslam dinində, ticarət və müamilənin düzgün, faydalı və halal olmasından ötrü bir sıra göstərişləri vardır. Hamı onlara riayət etməlidir. Ona görə də "Vəsail-Şiə" kitabında, ticarətin ədəbləri haqqında xüsusi bəhs açılmışdır. Şirkət də alverdən sayıldığına görə bu barədə də qeyd olunmuşdur. Lakin şirkət, müştərək olduğuna görə bu ədəblərə hər iki tərəf riayət etməlidir. Bu rəvayətlərdən birində İmam Sadiq (əleyhissalam) buyurur:

"İslam Peyğəmbəri (səlləlləahu əleyhi və alehi və səlləm) buyurur: Hər kim alver edirsə, beş göstərişə əməl etməlidir. Əgər riayət etməsə alver etməsin:

  1. Riba (sələm ) almaqdan çəkinsin

  2. Alverdə and içməsin.

  3. Malın eybini gizlətməsin.

  4. Satarkən malı tə`rifləməsin.

  5. Mal alarkən onu pisləməsin."

Başqa hədisdə, İbni Tavus özünün "İstixarat" kitabında Əhməd ibni Məhəmməd ibni Yəhyadan belə nəql edir: Bir dəstə dostlarla ticarət etmək qararına gəldik. Səfərə yola düşərkən qərara aldıq ki, İmam Sadiq (əleyhissalam)-ın hüzuruna gedib Ona salam ərz edək və bu işdə ondan xeyir-dua istəyək. Sonra İmam Sadiq (əleyhissalam)-ın hüzuruna gedib məsələni həzrətə nəql etdik. İmam buyurdu:

"Sənə lazımdır ki, danışığında doğru olasan. Ticarətdə məlının eybini gizlətmə. Səndən mal alanı özü bilmədən aldatma. Çünki, alverdə aldatmaq haramdır. Özünə istədiyini başqalarına da istə. And içməkdən çəkin. Çünki, yalan and, insanı atəşə atır. Haqqa riayət edən tacirdan başqa bütün tacirlər ziyandadır. Nə vaxt ticarətə səfərə çıxmaq istəsən, dua et və Allahdan xeyir istə! Çünki, atam İslam Peyğəmbərindən (səlləlləahu əleyhi və alehi və səlləm) nəql edir ki, zrət öz əshabına Qur`an tə`lim etdiyi kimi səfərə çıxarkən, istixarə etməyi də tövsiyə etmişdir.”1

RƏVAYƏTLƏRDƏ ŞİRKƏT BARƏSİNDƏ


İslam Peyğəmbəri (səlləlləahu əleyhi və alehi və səlləm) buyurur:

"qiqətən, Allah-taala buyurur: İki şərik, nə qədər ki bir-birinə xəyanət etməyiblər, Mən onların arasında üçünyəm. Bəs r vaxt xəyanət etsələr, Mən onların arasından gedərəm2. "

Hüseyn ibni Muxtardan nəql olunur ki, İmam Sadiq (əleyhissalam)-a ərz etdim: Bir nəfərin şəriki var. Ona aydın olur ki, şəriki ona bir miqdar xəyanət etmişdir. Haqqı var ki, şərikinin xəbəri olmadan xəyanət etdiyi qədər onun malından götürsün? Həzrət buyurdu:



Necədə pis bir iş! Bunlar şərik olmuşdular ki, Allahın pənahında olub bir-birlərinə xəyanət etməsinlər. Mən özüm bunu sevirəm ki, əgər şəriklərdən biri yoldaşından xəyanət görsə, onun üstünü örtsün və şərikinin xəbəri olmadan malından bir şey götürməsin.”3

Yuxarıdakı iki rəvayətdə gördüyümüz kimi iki şərik bir-birinə xəyanət etməyib, müştərək mallarından icazəsiz istifadə etməsinlər. Çünki, bu iş, şərikin haqqı ilə uyğun deyildir. İmam Səccad (əleyhissalam) ortaq barəsində bir neçə mövzunu xatırladır:



Birinci: Şərik öz şəriki olmayan vaxtda icazəsiz ortaq maldan istifadə etməməlidir. Bəlkədə, o olmayan vaxtı onun işlərinə yetişməlidir.

İkinci: Şərik olan vaxtı onun haqqına riayət edib, bərabərlik və birliyə riayət etməlidir.

Üçün: Şərikinin nəzərinin əksinə qərara gəlməsin və bilsin ki, əvvəldən əhd ediblər ki, bir-birinə qarşı əmanətdar olacaqlar.

Dördün: Şərik, şərikinin malının qoruyucusu olub, ona heç bir xəyanəti rəva bilməsin. Bilsin ki, Allah-taala, nə qədər ki, bir-birlərinə xəyanət etməyiblər Öz lütf və mərhəmətini onlardan əsirgəmir. Lakin, xəyanət baş verərsə, Allah Öz rəhmətini onların üzərindən götürür!


oruyub pənahgahı olarsanx.məsin. zlə. aqdan ötrü Allahdan fürsət dilə!



Yüklə 21,47 Mb.

Dostları ilə paylaş:
1   ...   68   69   70   71   72   73   74   75   ...   111




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin