FİKİR AZADLIĞI
Fikir azadlığı, bəşərin ən əsas hüquqlarından biri sayılır. Hər bir insanın haqqı var ki, fikirləşsin və təfəkkürə dalsın. Fikir azadlığından məqsəd budur ki, hər bir insanın haqqı var ki, istədiyi hər bir mövzu barəsində fikirləşsin. Heç kimin haqqı yoxdur ki, insanın fikir və e`tiqadlarını nəzarətə alıb, ona bu işdə mane olsun.
Əgər deyilsə ki, kölənin cismi, malikin ixtiyarındadır, lakin, malikin kölənin e`tiqad və fikirləşməsinə mane olmağa ixtiyarı yoxdur. Kölə fikir və e`tiqad cəhətdən azaddır. Aydındır ki, kölənin azad fikirləşməsinə şərait yolu yoxdur. Əgər fərz etsək ki, kölə azad fikirləşir amma, görəsən imkan var ki, bu fikirlərini həyata keçirə bilsin? Heç vaxt! Beləliklə, İmam Səccad (əleyhissalam) buyurur: "Səni azad edən, səni başqalarının köləliyindən nicat verib, başqalarının qəhrində vaqe olmaqdan xilas edən odur." Bununla, belə bir mövzuya işarə edir ki, azadlıqdan sonra azad fikirləşib onu həyata keçirə bilərsən. Beləliklə, demək olar ki, kölə azad olmaqla, fikri azadlıq da ələ gətirir.
İslam dini öz tərəfdarlarına azad fikirləşmək hüququnu verib, təhqiq və mütaliə yolunu onlara başa salmışdır. Həzrəti Əli (əleyhissalam) bu barədə buyurur:
"Hər kim müxtəlif fikirlər və nəzərlərlə üzbəüz olsa, xəta və səhvi tanıyıb, haqla batili bir-birindən ayıra bilər. Bu fikirlərin düzgünlüyünü və səhvini anlayar."
İslamda e`tiqadı və fikirləri zorla ram edib, qarşısını almamaqla yanaşı, insanın vəzifəsini və dəyərini onların ağlı, biliyi və təfəkkürünə əsasən tə`yin edir. Hədisdə var: "Bir saat fikirləşmək yetmiş ilin ibadətindən üstündür."
Qur`an bir çox ayələrdə insanları təfəkkür və azad fikirləşməyə də`vət edir və bu haləti, bəşərin ən yaxşı xüsusiyyəti kimi qeyd edir. Qur`an buyurur:
"O kəslər ki, sözü (öyüd nəsihəti) dinləyib onun ən gözəlinə (düzgününə) uyarlar. Onlar Allahın doğru yola yönəltdiyi kimsələrdir . Ağıl sahibləri elə onlardır! "1
Başqa ayədə buyurur: "Məgər korla görən eyni ola bilərmi? Bəs nəyə görə təfəkkür etmirsiniz?"2
E`TİQAD AZADLIĞI
Keçmiş əqidələr və insanların məzhəb e`tiqadları müxtəlif xüsusi müqəddimatlar əsasında vücuda gəlir. Tə`lim və tərbiyə növləri, fikir və e`tiqadların başqa amillərindəndir. Fikir və e`tiqadı dəyişməkdən ötrü məcburiyyət və zorla yox, məntiq və tutarlı dəlillər istifadə etmək lazımdır. Necə ki, Qur`an əqidə azadlığı barəsində buyurur:
"Dində məcburiyyət və zorakılıq yoxdur. Artıq doğruluq (iman) azğınlıqdan (küfrdən) aydın fərqlənir.2
Başqa surədə buyurur: "Əgər Rəbbin istəsəydi, yer üzündə olanların hamısı iman gətirərdi. İnsanları iman gətirməyə sənmi məcbur edəcəksən? "3
Yenə başqa yerdə buyurur: "Və de ki: Haqq Rəbbinizdəndir. Kim istəyir inansın, kim istəyir inanmasın(kafir olsun). Biz, kafir və zalimlərdən ötrü bir atəş hazırlamışıq"4
Həmin mövzuda başqa ayədə oxuyuruq: "Ya Peyğəmbər! Mənim bəndələrimə öyüd-nəsiət ver. Sən ancaq öyüd verənsən. Sənin onları ikrah və məcbur etməyə haqqın yoxdur. "5
Yenə də başqa ayədə buyurur: "(De ki:) Rəbbinizdən sizə çoxlu parlaq dəlillər gəlmişdir. Kim (onları) görsə, lehinə, kim görməsə, əleyhinədir. Mən sizə nəzarətçi deyiləm6.
Zikr olunan ayələr insanda əqidə azadlığından söz açır. Dində icbar və zorakılıq yoxdur və e`tiqad seçmək də azaddır. Lakin İslam, ağıl, məntiq, elm və təhqiq dini olduğuna görə kor-koranə təqlidlərinin qarşısını alır. Allahdan qeyrisinə, aya, günəşə, ulduzlar və inəklər kimi məxluqatlara ibadət və pərəstiş etməyi bəşərin cəhalətinin nəticəsi kimi qələmə verir və hamını elmə tərəf də`vət edir.
Dostları ilə paylaş: |