Имам сәҸҸад (ӘЛЕЈҺиссалам)-ын исламда һҮгуг нәЗӘРИЈЈӘСИ


ANAYA XİDMƏT YAXUD DÖYÜŞ CƏBHƏSİ?



Yüklə 21,47 Mb.
səhifə46/111
tarix22.10.2017
ölçüsü21,47 Mb.
#10465
1   ...   42   43   44   45   46   47   48   49   ...   111

ANAYA XİDMƏT YAXUD DÖYÜŞ CƏBHƏSİ?


Bir nəfər cavan, anası ilə İslam Peyğəmbərinin (səlləllahu əleyhi və alehi və səlləm) hüzuruna gəlir və anasının cəbhəyə getməyə icazə verməməsini ərz edir. Peyğəmbər (səlləllahu əleyhi və alehi və səlləm) buyurur:

"Ananın xidmətində ol! byə getməkdən savabı az deyildir!"2


  1. ATANIN HAQQI



وَأمَّا حَقُّ أَبيكَ فَتَعْلَمَ أنَّهُ أَصْلُكَ، وَأنَّكَ فَرْعُهُ، وَأَنَّكَ لَوْلاهُ لَمْ تَكُنْ. فَمَهْمَا رَأيْتَ فِي نفْسِكَ مِمَّا يُعْجِبُكَ فَاعْلَمْ أَنَّ أَبَاكَ أَصْلُ النِّعْمَةِ عَلَيْكَ فِيهِ وَاحْمَدِ اللَّهَ وَاشْكُرْهُ عَلَى قَدْرِ ذَلِكَ وَلا قُوَّةَ إلاّ باللهِ.

Amma, sənin boynunda atanın haqqı budur ki, biləsən, o sənin vücudunun kök və sərçeşməsidir. Sən onun bir şaxəsisən. Əgər olmasaydı, sən də olmazdın. Hər vaxt özündə bir şey müşahidə etsən ki, bəyənirsən və səni təəccübləndirir, bil ki, bu ne`mətin əsli atadandır. Bəs, Allaha pərəstiş et və Ona bu ne`mətə görə şükr et! Allah tərəfindən başqa heç bir güc qüvvə yoxdur! "


ATA ƏSL, OĞUL ŞAXƏ


Həzrət Zeynalabidin (əleyhissalam) bu haqqın əvvəlində, elmi və fəlsəfi məsələyə işarə edir. O da əsl səbəb və nəticə məsələsidir. Əgər səbəb olmasa, nəticə də olmaz. Əslində bütün məxluqatın vücudu bağlı və qeyri-müstəqildir. Bələliklə, bu qanun bütün maddə aləmində özünü biruzə verir. İmam Səccad (əleyhissalam) övladlara atanını vücudunun əzəmətini bəyan edərək aşkarcasına buyurur: Ata əsas və kökdür. Övlad isə budaqdır. Kök olmasa, övladın vücudu dünyaya gəlməz və zühur etməz. Bəs, övlad da hər nə zühur edirsə, öz kökü və əsli olan atadan hekayətdir.

İmam Səccad (əleyhissalam)-ın bəyanında diqqəti cəlb edən başqa bir mühüm mövzu da budur ki, övlad dünyaya gəlib maddi həyata qədəm atarkən öz inkişafına başlayır və kamal hərəkətinə davam edir. Lakin, ola bilsin, ata elə bir vəziyyətdə olsun ki, maddi inkişafı tamam və ya tamamlanmaq halında olsun. Beləliklə, ata və övladın maddi hərəkəti zamanı, ata öz inkişafını qurtarmağa doğru (qocalıq) halbuki, övlad inkişaf və maddi kamal qülləsinə tərəf hərəkət edir. Ata, günbəgün zəiflədiyini və qocaldığını hiss edir. Lakin, övlad qüvvətlənir və şadlanır. Övlad özünü atadan güclü bilir. Ola bilsin, tədriclə bu ona qürur və təkəbbür gətirsin. Bu halda övladda özünü atasından üstün tutmaq ehtimalı da var. Bu da səbəb olur ki, övlad atasına ehtiram etmək vəzifəsini unutsun yaxud, düzgün yerinə yetirməsin.

Həzrət bu məsələni övlada anlatmaq istəyir ki, hər vaxt səndə belə bir iş baş versə və Allah eləməmiş, təkəbbür halına düşsən, bil ki, sənə kamal və inkişaf cəhətdən nə müvəffəqiyyət üz veribsə, maddi sərçeşməsi atandır. Sənin özündən heç bir şeyin yoxdur. Əgər sən bu məsələni anlasan, qürur və təkəbbürdən nicat taparsan.

İmam Səccad (əleyhissalam)-ın bu haqqın bəyanında buyurduğu üçüncü mövzu, ne`məti tanımaq, t

Yüklə 21,47 Mb.

Dostları ilə paylaş:
1   ...   42   43   44   45   46   47   48   49   ...   111




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin