|
|
səhifə | 2/4 | tarix | 01.11.2017 | ölçüsü | 0,54 Mb. | | #25080 |
| b) Qur`anın hökmü
İxtisara riayət olunsun deyə, üç ayəni qeyd etməklə kifayətlənirik.
Birinci ayə:
وَجَعَلْنَا مِنْهُمْ أَئِمَّةً يَهْدُونَ بِأَمْرِنَا لَمَّا صَبَرُوا وَكَانُوا بِآيَاتِنَا يُوقِنُونَ
“Biz onlardan elə imamlar qərar verdik ki, Bizim əmrimizlə hidayət edərlər. Çünki onlar səbir edib Bizim ayələrimizə yəqin edirdilər.”
Hər bir ağacı, onun əsli və kökü, budaqları və meyvələri ilə tanımaq olar. Qur`ani-məciddə imamətin pak-pakizə şəcərəsinin əsli və budaqları yuxarıdakı ayədə bəyan olunmuşdur. Yə`ni imamətin əsası və kökü Allahın ayələrinə yəqin və səbirdir. Bu iki kəlmə insan kamalının ən yüksək mərhələsini bəyan edir. Belə ki, imam əqli kamal cəhətindən mütəal Allahın ayələrinə yəqin və mə`rifət baxımından əqli kamal məqamına çatmalıdır. Bu ayələr Müqəddəs Zata izafət şəklində olan cəmdir. İradə cəhətindən də səbir məqamına – nəfsin Allahın bəyənmədiyi şeylərdən qoruyub-saxlanması, Onun sevdiyi şeylərə sövq olunmasıdır – çatmış olsun. Bu iki cümlə də imamın elm və ismətini bəyan edir.
İmamətin fər` və budaqları yalnız Allahın əmri ilə hidayət etməkdir. Allahın əmri ilə hidayət də imamın əmr aləmi ilə xəlq aləmi arasında vasitəçiliyi isbat edir. O əslin zühurundan (gerçəkləşməsindən) ibarət olan bu fər`in vücudu da imamın elm və ismətinin cilvələnməsidir.
O pak-pakizə şəcərə ki, o əsldir, bu isə onun budaqlarıdır, Allahın qüdrət əllərindən başqa bir şeylə tərbiyə oluna bilməz. Buna görə də Allah buyurur:
“Biz onlardan elə imamlar qərar verdik ki, Bizim əmrimizlə hidayət edərlər. Çünki onlar səbir edib Bizim ayələrimizə yəqin edirdilər.”
Dostları ilə paylaş: |
|
|