|
|
səhifə | 3/4 | tarix | 01.11.2017 | ölçüsü | 0,54 Mb. | | #25080 |
| İkinci ayə:
وَإِذِ ابْتَلَى إِبْرَاهِيمَ رَبُّهُ بِكَلِمَاتٍ فَأَتَمَّهُنَّ قَالَ إِنِّي جَاعِلُكَ لِلنَّاسِ إِمَامًا قَالَ وَمِن ذُرِّيَّتِي قَالَ لاَ يَنَالُ عَهْدِي الظَّالِمِينَ
“O zamanı (yada sal) ki, İbrahimin Rəbbi onu kəlmələrlə imtahana çəkdi və o, kəlmələri (tamamlayıb) yerinə yetirdikdən sonra (Allah) dedi: “Həqiqətən Mən səni camaat üçün imam qərar verirəm.” İbrahim dedi: “Mənim zürriyyəmdən (nəslimdən) də (imam qərar verirsənmi)?!” Allah buyurdu: “Mənim əhdim zalımlara çatmaz!”
İmamət elə yüksək bir məqamdır ki, həzrət İbarahim (əleyhissalam) üzücü imtahanlardan sonra əhl-əyalını və övladlarını tək-tənha, su, ot-ələf və abadlığı olmayan bir səhrada qoyması, İsmailin qurbanlıq edilməsi üçün hazırlaşması, Nəmrudun odunda yandırılması və s. kimi nübüvvət, risalət və xillət məqamını qət etdikdən sonra bu məqama çatmışdır. Allah-Taala “Həqiqətən Mən səni insanlar üçün imam qərar verirəm”-deyə buyurduqda, o məqamın əzəməti həzrət İbrahimin nəzərində o qədər yüksək cilvələnmişdir ki, onu öz övladları üçün də istəmiş, Allah-Taala da «Mənim əhdim zalımlara çatmaz»– deyə buyurmuşdur.
Bu cümlədə imamət «ilahi bir əhd-peyman» kimi tə`bir olunmuşdur ki, ismətli olmadan bu məqama nail olmaq mümkün deyildir.
Şübhəsiz, həzrət İbrahim (əleyhissalam) imaməti özünün (istisnasız olaraq) bütün övladları üçün istəməmişdir; çünki Allahın xəlilinin insaniyyət imamətini adil bir Allahdan adil olmayan kəslər üçün istəməsi mümkün deyildir. Özünün ədalətli övladları üçün istədiyinə və bu istəyi də keçmişdə zülm işləri törətmiş adil övladları üçün ümumi olduğuna görə, Allah-Taalanın ona verdiyi cavabda məqsəd budur ki, bu dua ömründə bir dəfə belə, zülm etmiş bir şəxs barəsində qəbul olunmaz. Əksinə, mütləq imamət əql və şəriətin hökmünə əsasən mütləq paklıq və ismətlə şərtlənir.
Dostları ilə paylaş: |
|
|