İnsan resurslarının idarə edilməsi ” mühazirələrin icmalı Mövzu İnsan resursları: mahiyyəti və məzmunu


Əməyin motivləşdirilməsinin idarə olunması və



Yüklə 0,58 Mb.
səhifə38/60
tarix03.02.2022
ölçüsü0,58 Mb.
#114194
növüMühazirə
1   ...   34   35   36   37   38   39   40   41   ...   60
referat 3325

10.2 Əməyin motivləşdirilməsinin idarə olunması və

onun sosioloji modelləri
Müasir dövrdə ən vacib problemlərdən biri əməyin motivləşdirilməsinin idarə edilməsidir. Bunun üçün öz növbəsində müəyyən modellər əsasında idarəedici tə'sir vasitələrindən istifade olunmasıdır. Ən vacib məsələlərdən biri əməyin stimullaşdırılmasının bu problemlə bağlı ümumi konsepsiya ilə yanaşı, onun istehsal amilləri ilə əlaqələndirilməsidir. Bunun üçün əmək fəaliyyətinin həm obyektiv, həm də subyektiv amillər üzrə determinasiya olunmasının böyük əhəmiyyəti vardır. Burada ən vacib məsələlərdən biri həmin obyektiv və subyektiv amillərik bir-birinə təsir mexanizminin müəyyən edilməsidir. Yalnız bunun əsasında əmək fəaliyyətinin motivləşdirilməsinin əsas şərtlərini və yollarını konkretləşdirmək olar. Burada əmək fəaliyyətinin motivləşdirilməsinə işçilərin psixologiyası baxımından da yanaşmağın böyük əhəmiyyəti vardır. Çünki əmək fəaliyyəti sferasındakı situasiya xeyli dərəcədə şəxsiyyətin psixologiyası, emosional vəziyyəti ilə şərtlənir.

Əmək fəaliyyətinin motivləşdirilməsinin idarə olunması kompleks problemlərlə - insan fəaliyyətinin tələbat, mənafelər, sosial normalar və sosial fəallıq səviyyəsi ilə bağhdır. Lakin insan fəaliyyəti ilə bağlı olan bu komponentlərin vəhdətli haçmda tədqiq olunma səviyyəsi olduqca aşağıdır. Bunun üçün birinci növbədə motivləşdirmənin sosial mahiyyətinin çoxcəhətli olmasının nəzərə alınması əsas şərtlərdən biridir. Əmək fəaliyyətinin sosial mahiyyəti onun müxtəlif mənafelər, tələbatlar, dəyərlər meyli və sosial normalar əsasında aşkara çıxır. Çünki mənafelərin fəaliyyət amili kimi çıxış etməsi, obyektiv və subyektiv amillərin transformasiya edilməsi bilavasitə insan şüuru ilə şərtlənir, demək burada obyektiv amilbrin determinasiya olunmasının subyektiv fəaliyyətə keçməsi mürəkkəb sosial proseslərlə bağlı olur, əslində bu motivləşdirmə deməkdir. "Motiv" və "motivləşdirmə" bir-biri ilə əlaqədar olan anlayışlardır. Motiv işçinin. şəxsiyyətin fəaliyyətinin əsl mahiyyətini dərk etməsi prosesidir, fəaliyyətin iqtisadi və sosial determinasiya olunmasının bir növ nəticəsidir. Motivləşdirmə isə əmək fəaliyyətinə təsiretmə sistemidir. Bu baxımdan əməyin motivləşdirilməsi aşağıdakı cəhətlərlə, proseslərlə bağlıdır:

1) Əməyin determinasiya olunması mexanizminin bir ünsürü kimi çıxış etməsi. Bu, əmək fəaliyyəti növünün seçilməsi, əmək fəaliyyətinə başlanması, müəyyən məqsədlər sistemi ilə bağlıdır.

2) Əməyin determinasiya edilməsi mexanizmlərinin qarşılıqlı münasibəti kimi. Burada əmək fəaliyyətinin obyektiv və subyektiv qaydada determinatlaşması başa düşülür.

3) Motivləşdirmə əmək subyektinin xassəsi kimi. Burada əməyə sövqetmənin şüurlu əsasları və əmək fəaliyyətinin tənzimləyiciləri nəzərdə tutulur. Əmək subyektinin yuxarıda göstərilən xassələri öz növbəsində aşağıdakılarla bağlıdır:

a) tələbatın dərk edilməsi;

b) dərk edilmiş mənafelərin qiymətləndirilməsi, seçilməsi və ranjirovka edilməsi;

v) mənafelərin dərk edilməsi;

t) əmək fəaliyyətinin mənasının müəyyənləşməsi;

Sxem 10.1




Subyektiv determinantlar

İşçinin ixtisas biliyi

İşçinin dəyərlər meyli

Obyektib determinant

Tələbatlar

Mənafelər

Sosial norma və normativlər





Özünüqiymətləndirmə

Həyatın mənası

İdeallar

Həyat təcrübəsi

Fəaliyyət motivi


Motivlər sistemi

İqtisadi münasibətlər sistemi

əmək fəaliyyətinə başlayana qədər olan motivlər

əmək fəaliyyətinin gedişində olan motivləşdirmə



Növbəti əmək fəaliyyətindən sonrakı motivləşdirmə, motivləşdirmənin yeni ünsürləri

ğ) fəaliyyətin proqramlaşdırılması və onun sosial normalarla və digər determinasiya amilləri ilə müqayisə edilməsi. Bu ona görə vacibdir ki, motivləşdirmə prosesi və onların modelləri bir-biri ilə qarşılıqlı şəkildə əlaqədardır və müxtəlif əmək fəaliyyəti üçün eynimənalı xarakter daşımırlar. Bu baxımdan motivləşdirmə mexanizminin ünsürlərinin dəqiqləşməsi və əmək fəaliyyəti məqsədlərinin konkretləşdirilməsi son dərəcə vacibdir.

Əmək fəaliyyəti motivlərinin idarə edilməsi başqa sahələrdə olduğu kimi burada da obyektiv və subyektiv determinantların nəzərə alınmasını tələb edir. Əmək fəaliyyətinin bu səpkili determinantları Sxem 10.1-dəki kimidir.

Bu baxımdan əmək fəaliyyətinin motivləşdirilməsinə fasiləsiz, tsiklik bir proses kimi yanaşmaq lazımdır; çünki bu, fəaliyyət növünün seçilməsindən tutmuş bütün motivlər, tələbatlar və mənafelər sistemini əhatə edir. Bunu 10.2-ci sxemdən əyani şəkildə görmək olar:

Burada həmçinin əmək fəaliyyəti ilə bağlı olan üç komponentin - tələbat, mənafe və motivləşdirmənin vəhdət halında götürülməsinin prinsipial əhəmiyyəti vardır. Çünki bunların vəhdətliyi həm pozitiv fəaliyyət meyli formalaşdırır, həm fəaliyyət üçün sağlam ruhlu başlanğıc yaradır və həm də əməyin, işin səmərəsini, keyfiyyətini təmin edir.

İndi də tələbat, mənafe, motiv və fəaliyyət arasındakı əlaqəni nəzərdən keçirək: "TƏLƏBAT – MƏNAFE – MOTİV - FƏALİYYƏT" modelinin qarşılıqlı əlaqəsi sxem 10.3-dəki kimidir.



Sxem 10.2


Problemin ümumi vəziyyəti

İşçinin tələbatı və mənafeyi

İşçinin vəziyyəti

Tələbat və mənafelər obyektinin müəyyənləşdirilməsi və qiymətləndirilməsi

Mövcud tələbat və əmək növləri

Tələbat və mənafelər obyekti haqqında informasiya

Onların qiymətləndirilməsi



İşçinin dəyərlər meyli

Qiymətləndirmə etalonu



Sosial normalar
İşçinin qabiliyyəti – təcrübə

Fəaliyyət növünün seçilməsi

Yeni dəyərlər meylinin motivlərinin dəqiqləşdirilməsi

Motivlər sisteminin qəbul edilməsi

Motivlər üzrə fəaliyyətə başlama

Fəaliyyətin təşkili, səmərəliliyi və variantının proqramlaşdırılması

Sxem 10.3




Tələbatlar sistemi

Mənafelər sisteminin dərk edilməsi

Motivlər

Mənafelər obyekti

Fəaliyyət meyli

Tələbat və mənafelərin ödənilmə səviyyəsi

Fəaliyyətin başlanması və proqramlaşdırılması

Əməyin motivləşdirilməsi yalnız sırf idrak, dərketmə əhəmiyyətinə malik olan bir problem deyildir. Motivləşdirmə əmək məhsuldarlığına, buraxılan məhsulun keyfiyyətinə, işçilərin peşə-ixtisas hazırlığına müsbət təsir edir. Bunu həm əmək fəaliyyətinin rəqəmlərlə ifadə olunmuş nəticələrinə, həm də sosial-psixoloji baxımdan əməyə münasibəti səciyyələndirən əlamətlərə görə müəyyən etmək olar. Bunun üçün burada birincisi, işçinin əmək fəaliyyətinə daxil olması, ikincisi, onun konkret əmək davranışı, üçüncüsü, onun əmək fəaliyyətinin qiymətləndirilməsi üzrə ölçülmə meyarlarından mühüm bir metod kimi istifadə edilir. Burada K.Ledolun və M.Keynerin ən geniş yayılmış olçü şkalasından istifadə edilir. Burada iki variant və iyirmi əlamət nəzərə alınır. Qiymətləndirmədə isə üç meyardan (keyfiyyətin, fəallığın qiymətləndirilməsi və kombinələşmiş qiymətləndirmə) istifadə edilir və amillər üzrə təhlil aparılır. Sonra isə əməyə münasibətin əmək fəallığına təsiri, yəni ikincinin birincinin funksiyası kimi əlaqəli halda aşağıdakı model əsasında öyrənilir:

GV, burada G - məqsədin subyektiv ehtimalı qaydada gözlənilməsi; V -valentlik, yəni həmin məqsədin əhəmiyyəti və cəlbediciliyi.

Burada, işçinin fəallığı (İf) G və V-nin cəmi kimi ifadə olunur: İf = GV. Əmək fəaliyyətinin nəticələrini, məqsədin yekunu, qiymətləndirilməsi üçün aşağıdakı göstəricilərdən istifadə edilir: işdə məhsuldarlıq, işin keyfiyyəti, əmək haqının artması, vəzifə xidmətində irəliləyiş, kollektivdə nüfuzun artması, ailə gözləmələrinin həyata keçməsi, insanlara praktiki kömək, öz qabiliyyət və bacarığını təzahür etdirmə, rəhbərliyə münasibət və sair.



Müsbət emosiyalarla motivləşdirmə və səmərəlilik arasında üzvi əlaqə vardır: məhz emosional münasibətlər motivləşdirmə tərəfindən gücləndirilir; bu isə işçinin əmək davranışına mühüm təsir göstərir; ona görə də mənafelərin, tələbatın insan beynində oks olunmasında, motivə çevrilməsində emosiyanın böyük rolu vardır.

Yüklə 0,58 Mb.

Dostları ilə paylaş:
1   ...   34   35   36   37   38   39   40   41   ...   60




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin