EQOİSTLİYİN ÜÇÜNSÜ DƏRƏSƏSİ
İnsanın başqa halları da vardır. İnsan nəfsinin xəstəliyi onun yalnız hərislik və tamahkarlığa düçar olması deyil. O, bəzən elə dolaşıq xəstəliklərə tutulur ki, cismi xəstəliklərdən qat-qat çətin və dolaşıq olur. Həmin xəstəliklər heç bir məntiq və ağıla sığmır, yalnız həmin xəstənin ruhu ilə uyğun gəlir. Bu gün bu qism xəstəliklər «psixoloji düyünlər» adlandırılır ki, onlardan biri də həsəddir.
İnsanda olan həsəd hissi məntiqə zidd bir haldır. Bu nə deməkdir? Bunun mənası odur ki, insanda elə bir vəziyyət yaranır ki, o, öz xoşbəxtliyini unudaraq yalnız başqalarının bədbəxtliyini fikirləşir. O, öz xoşbəxtliyini arzulamır, öz səadətini istəyəndə də başqasının on qat bədbəxtliyini arzulayır. Bu hansı məntiqə sığır?! Heç bir heyvanda belə bir hiss yoxdur və heç bir heyvan digər heyvanın bədbəxtliyini arzulamır. Heyvan yalnız öz qarnını fikirləşir. Amma insanda dediyimiz hisslər yaranır. İnsanda bəzən təkəbbür hissi və bəzən də digər psixoloji düyünlər yaranır ki, bunların hamısı onun nəfs və ruhunun batinində gizlənib və insanın onlardan xəbəri yoxdur. Bunlar, insan nəfsinin onun üçün yaratdığı problemlərin bəzi nümunələridir.
Dostları ilə paylaş: |