MƏHƏBBƏT NƏZƏRİYYƏSİNİN TƏNQİDİ
Bu nəzəriyyə əlli faiz düz olsa da, əlli faiz səhv sayılır. Bu nəzəriyyənin nöqsanlarından bir neçəsini oxuculara təqdim edirik:
1. Bunların «dünyada yalnız bir yaxşılıq mövcuddur və o da başqalarını sevməkdir» ifadəsi heç də həqiqətlə uyğun gəlmir. Çünki dünyada bundan başqa bir çox ayrı yaxşılıqlar da mövcuddur.
2. Məhəbbət və insansevərliyin mahiyyəti və onun dərəcələri aydınlaşmalıdır. Çünki, bu məsələdə əgər hədd-hüdudu bilməsək, insansevərlik əvəzinə insan düşmənçiliyi meydana gəlmiş olar.
İslam alimlərinin dilincə desək, insanları onların insanlığına görə sevmək lazımdır. Yəni, hər hansı bir şəxs öz insani dəyər və qiymətinə görə sevilməlidir. Burada artıq Musa Sümbə və Lumumba arasında olan fərqlər aydınlaşır və görürük onlardan biri insani dəyərlərdən faydalanmış, o birisi isə nəinki bunlardan faydalanmamış, əksinə özünü heyvandan da aşağı səviyyəli bir varlığa çevirmişdir.
Hər bir şəxsi bioloji cəhətdən insan olduğuna görə deyil, insanlığına görə sevmək lazımdır.
Deməli bütün dinlərdə ümumi qanun şəklində deyilib:
«Əhbib linnasi ma tuhibbu linəfsikə və əkrəh ləhum ma təkrəhu linəfsikə».
Yəni, «özün üçün istədiyini başqaları üçün də istə və özün üçün xoşlamadığını başqaları üçün də rəva bilmə».
Bu kəlamı yuxarıda dediyimiz kimi təfsir etmək olar.
Bəziləri məhəbbəti uşaqcasına təfsir edərək deyirlər: «Kimsənin bütə pərəstiş etdiyini görürsənsə, onunla işin olmasın! Ancaq və ancaq ona məhəbbət göstər. Çünki bir söz desən acığına gələr. Onu bu işdən çəkindirməyə can atma! Çünki bu onunla düşmənçilik etmək deməkdir».
Sizcə bu söz düzgündürmü? Gözümüzün qabağında bütə pərəstiş etsinlər, biz də narahatçılıq yaratmamaq fikri ilə onları bu açıq-aşkar zəlalətdən çəkindirməyək. Məlum məsələdir ki, bu yanlış bir məntiqdir və heç bir insani meyarlarla düz gəlmir. Biz nəyin bahasına olursa-olsun onları ayıltmalı və həqiqəti başa salmalıyıq.
Məhəbbət və insansevərlik nəzəriyyəsinə etdiyimiz bu tənqidlərə əsasən aydın olur ki, məhəbbət insanlıq meyarı deyil, əksinə onun şərtlərindən biridir. Belə ki, insanlığa yetişmiş şəxslər vahid bir bədəni təşkil etdiklərinə görə bir-birlərini sevməlidirlər.
Dostları ilə paylaş: |