İnsanların təxliyyəsi zamanı təhlükəsizlik qaydaları



Yüklə 419,27 Kb.
tarix20.11.2023
ölçüsü419,27 Kb.
#133415
növüQaydalar
İnsanların təxliyyəsi zamanı təhlükəsizlik qaydaları


İnsanların təxliyyəsi zamanı təhlükəsizlik qaydaları

Yanğın zamanı adamların binadan mümkün qədər tez və təhlükəsiz çıxarılması üçün şərait yaradılmalıdır.
Yanan binalardan adamları tezliklə xaricə çıxarmaq üçün köçürmə yollarının istiqaməti düzgün təyin edilməli, bu yollarda tüstülənmənin qarşısı alınmalıdır.
Müəyyən vaxt ərzində insanların təhlükəsiz hərəkətini təmin edən və köçürülmə çıxışlarına gedən yollar köçürülmə yolları adlanır.
Köçürülmə yollarının layihələndirilməsində məsafələrin düzgün təyin edilməsi əsas təhlükəsizlik şərtlərindən biridir.
Otaqların qapısından xarici çıxışa qədər buraxılan ən böyük məsafə binanın vəziyyətindən və odadavamlılıq dərəcəsindən asılı olaraq təyin edilir.
Binalarda ən uzaq iş yerindən çıxışa və ya xaricə çıxışı olan pilləkən qəfəsinə qədər məsafə istehsalatın yanğın təhlükəsizliyi kateqoriyasından, binanın odadavamlılıq dərəcəsindən və mərtəbəliliyindən asılı təyin edilir. Köçürülmə yollarındakı qapı və keçidlərin hündürlüyü 2 m-dən az olmamalıdır. Köçürülmə yollarındakı dəhliz, keçid və pilləkənlərin eni isə inşaat normalarından təyin edilir. Təmir olunan sahələrin üzərində eni 3,5m dən az olmayan keçidlər quraşdırılmalıdır.
İnsanların yanğın zamanı bina və qurğulardan köçürülməsində əsas tələblər aşağıdakılardır.

  1. İnsan axınlarının hərəkət yolları bir – biri ilə kəsişməməlidir;

  2. Ən uzaq iş yeri məsafəsindən xaricə açılan çıxışa qədər olan məsafə qısa olmalıdır;

  3. Köçürmə yollarında hərəkəti ləngidən və ya insanların yığılmasına səbəb ola bilən maneələr olmamalıdır;

  4. Köçürmə yollarındakı qapılar hərəkət istiqamətində açılmalıdır;

  5. Bütün keçidlər və yanğınsöndürmə vasitələrinin yaxınlıqları boş olmalıdır;

  6. Köçürmə yolları qəza işıqlanması ilə təchiz edilməlidır.

İnsanlar binalardan üç mərhələyə köçürülür.

  • Otağın ən uzaq nöqtəsindən köçürülmə çıxışına qədər;

  • Otağın köçürülmə çıxışından binanın xaricə açılan çıxışlarına qədər;

  • Binanın xaricə çıxışından müəssisənin çıxışına qədər.

İstənilən obyektdə ən əhəmiyyətli təhlükəsizlik sistemlərindən biri xəbərvermə və insanların təxliyyəsinin idarə edilməsi sistemidir. Hansı ki, əsas təyinatı – vaxtında insanlara yanğının yaranması haqqında informasiyanı vermək və insanların həyatını, sağlamlığını qorumaq üçün obyektdən onların təxliyyə planının reallaşdırılmasına imkan yaratmaqdır.
Həllər:

  • təxliyyə xəbərvericisinin qoşulması;

  • təlaşın, təxliyyə prosesini çətinləşdirən və digər hadisələrin qarşısının alınması üçün xüsusi olaraq hazırlanmış mətnlərin xəbərverici sistemi üzrə ötürülməsi;

  • təxliyyənin istiqamətini göstərən işıq xəbərvericilərinin qoşulması;

  • əlavə təxliyyə çıxışlarının qapılarının distant (məsafədən) açılması;

  • qəza işıqlandırılmasının qoşulması.

Xəbərvericilər, verilən siqnalların xüsusiyyətindən asılı olaraq, aşağıdakılara bölünürlər:

  • işıq;

  • səs;

  • mətn;

  • kombinə edilmiş.

Xəbərvericinin səs siqnalları başqa təyinatlı səs siqnallarından tonallıq üzrə fərqlənməlidir. Yanğın xəbərediciləri insanları yanğın haqda səs və işıq siqnalı vasitəsilə məlumatlandırır, təxliyyə yolunu göstərir.
Yanğın haqqında insanlara xəbəretmə əsasən həyata keçirilməlidir:
-daimi və müvəqqəti insanlar olan binanın bütün yerlərinə səsli və ya işıq siqnallarının verilməsi;
-təxliyyə zamanı təhlükəsizliyi təmin etmək üçün təxliyyə yollarına danışıq informasiyasının təşkili;
Təxliyyənin idarə olunması həyata keçirilməlidir:
-təxliyyə işıqlanmasının qoşulmasını;
-təlaşın və digər hadisələrin qarşısının alınması və təxliyyə prosesini çətinləşdirənlər üçün (keçidlərdə insanların yığışması, və s.) xəbəredici sistem vasitəsilə xüsusi olaraq hazırlanmış mətnlərdən istifadənin təşkil olunması;
-lazımi hərəkət istiqaməti haqqında informasiyanın ötürülməsi;
-təxliyyənin istiqamətini bildirən işıq göstəricilərinin qoşulması;
-əlavə təxliyyə çıxışların qapılarının (elektromaqnit qıfıllarla təchiz edilmiş) məsafədən açılmasının təşkili;

Yüklə 419,27 Kb.

Dostları ilə paylaş:




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin