2.2 Əməyin gigiyenası və təhlükəsizliyi tələblər “TeliaSonera” şirkətinin təchizatçısı olaraq, siz bütün qüvvədə olan hüquqi əməyin gigiyenası və təhlükəsizliyi tələblərinə riayət etməlisiniz. Əgər siz “TeliaSonera” şirkətinin cavabdehliyi ərazisində (misal üçün, bizim ərazimizdə və ya tikinti sahələrimizdə) fəaliyyət göstərirsinizsə, əlavə olaraq aşağıdakılara əməl etməlisiniz:
əməyin gigiyenası və təhlükəsizliyi üzrə cavabdehliyi təşkilatınız daxilində bölüşdürmək;
bütün işçilərin əldə edə biləcəyi əməyin gigiyenası və təhlükəsizliyi üzrə yazılı təlimatlar hazırlamaq;
fəaliyyətiniz zamanı baş vermiş bütün qəza hadisələrini sənədləşdirmək və “TeliaSonera” şirkətinə gecikdirmədən məlumat vermək; və
icra yerində risk dəyərləndirmələrini həyata keçirmək.