d) təhlükəsizlik kəmərlərindən istifadə qaydalarının pozulması
e) əks istiqamətli hərəkət zolağına çıxmadan ötmə və ya manevr etmə qaydalarının pozulması
251. Yol hərəkəti qaydalarının hansı pozuntusu 4 cərimə balı ilə qiymətləndirilir?
a) dəmiryol keçidlərinin keçilmə qaydalarının pozulması
b) keçid üstünlüyü hüququna malik olan nəqliyyat vasitələrinə yol verilməməsi
c) yol nişanlarının və yolların hərəkət hissəsinin işarələrinin tələblərinə riayət edilməməsi
d) svetoforun və ya nizamlayıcının qadağanedici işarəsi verilərkən hərəkətin davam etdirilməsi
e) sadalanan pozuntuların hamısı
252. Yol hərəkəti qaydalarının hansı pozuntusu 5 cərimə balı ilə qiymətləndirilir?
a) nəqliyyat vasitəsinin sərxoş vəziyyətdə idarə edilməsi
b) svetoforun və ya nizamlayıcının qadağanedici işarəsi verilərkən hərəkətin davam etdirilməsi
c) yol hərəkəti qaydalarının pozulması nəticəsində zərər çəkən şəxsin sağlamlığına bədən xəsarəti yetirilməsi
d) nəqliyyat vasitəsini idarə etmək üçün idarə etmə hüququ olmayan şəxsə verilməsi
e) yolda müəyyən edilmiş hərəkət sürətinin 30-60 km/saat həddində aşılması
253. Yol hərəkəti qaydalarının qəza şəraitinin yaradılması hesab olunan pozuntuları hansılardır?
a) hərəkətin başqa iştirakçılarının sürəti və hərəkətin istiqamətini məcburi dəyişməsinə səbəb olan pozuntular
b) hərəkətin başqa iştirakçılarının sürəti məcburi dəyişməsinə və avtomobili məcburi saxlamasına səbəb olan pozuntular
c) hərəkətin başqa iştirakçılarının hərəkətin istiqamətini məcburi dəyişməsinə və piyada yoluna çıxmasına səbəb olan pozuntular
d) hərəkətin başqa iştirakçılarının hərəkətin istiqamətini məcburi dəyişməsinə və yolda tıxac yaratmasına səbəb olan pozuntular
e) hərəkətin başqa iştirakçılarının sürəti məcburi dəyişməsinə və piyada yoluna çıxmasına səbəb olan pozuntular
254. Yol hərəkəti qaydalarının pozulması nəticəsində zərər çəkən şəxsə xeyli və ya külli miqdarda maddi zərər vurulmasına görə hansı məsuliyyət tədbiri tətbiq edilir?
a) inzibati cərimə və ya nəqliyyat vasitələrini idarə etmək hüququnun məhdudlaşdırılması
b) inzibati cərimə və ya 5 cərimə balı
c) inzibati cərimə və ya 10 cərimə balı
d) nəqliyyat vasitələrini idarə etmək hüququnun məhdudlaşdırılması və ya 5 cərimə balı
e) nəqliyyat vasitəsinin inzibati müsadirəsi və inzibati cərimə
255. Nəqliyyat vasitəsinin etibarnamə olmadan idarə edilməsi hansı hallarda inzibati xəta hesab olunmur?
a) nəqliyyat vasitəsinə sahiblik hüququ olan şəxsin nəqliyyat vasitəsində olması
b) nəqliyyat vasitəsinə sahiblik hüququ olan şəxsin vəfat etməsi
c) nəqliyyat vasitəsinin onu idarə edən şəxsin ərinə (yaxud arvadına) məxsus olması
d) nəqliyyat vasitəsinin həyat üçün təhlükəli vəziyyətdə olan şəxsi xəstəxanaya çatdırmaq məqsədilə idarə olunması
e) sadalanan halların hamısında
256. Nəqliyyat vasitələrinin sahibləri hansı müddətdə nəqliyyat vasitəsinin dövlət qeydiyyatından keçirmədikdə inzibati məsuliyyətə cəlb edilirlər?
a) əldə edildiyi vaxtdan 10 gün ərzində
b) əldə edildiyi vaxtdan 15 gün ərzində
c) əldə edildiyi vaxtdan 15 gün ərzində
d) əldə edildiyi vaxtdan 45 gün ərzində
e) əldə edildiyi vaxtdan bir ay ərzində
257. Polis işçisinin qanuni tələbinə qəsdən tabe olmama hansı hallarda inzibati xəta kimi məsuliyyətə səbəb olur?
a) polis işçisi ictimai qaydanın mühafizə vəzifələrini icra edərkən
b) polis işçisi əməliyyət-axtarış vəzifələrini icra edərkən
c) polis işçisi mühüm dövlət obyektlərini mühafizə vəzifələrini icra edərkən
d) polis işçisi təhlükəli cinayətkarı təqib edərkən
e) sadalanan halların hamısında
258. Hərbi qulluqçunun qanuni tələbinə qəsdən tabe olmama hansı hallarda inzibati xəta kimi məsuliyyətə səbəb olur?
a) hərbi qulluqçu ictimai qaydanı və dövlət sərhədini mühafizə vəzifələrini icra edərkən
b) hərbi qulluqçu ictimai qaydanı və hərbi obyektləri mühafizə vəzifələrini icra edərkən
c) hərbi qulluqçu dövlət sərhədini və hərbi obyektləri mühafizə vəzifələrini icra edərkən
d) hərbi qulluqçu hərbi xidmət üzrə vəzifələrini icra edərkən
e) sadalanan halların hamısında
259. Məhkəməyə hörmətsizlik göstərilməsi inzibati xətası hansı hərəkətlərdə ifadə olunur?
a) məhkəmə iclası zamanı sədrlik edənin sərəncamına tabe olmama
b) məhkəmə iclası zamanı salonda səs-küy salma, sədrlik edənin icazəsi olmadan danışma və məhkəmə iclasının aparılmasına mane olma
c) hakim iclas salonuna daxil olarkən və ya məhkəmənin qərarını elan edərkən ayağa qalxmama
d) iclas salonunda arxasını hakimə çevirməklə oturma
e) icazəsiz iclas salonuna daxil olma
260. Məhkəməyə hörmətsizlik göstərilməsi inzibati xətasının subyekti kimlərdir?
a) şahid, zərərçəkən şəxs, iddiaçı, cavabdeh, iş üzrə iştirak edən başqa fiziki şəxslər
a) şahid, zərərçəkən şəxs, vəkil, iş üzrə iştirak edən başqa fiziki şəxslər
c) şahid, zərərçəkən şəxs, təqsirləndirilən şəxs, onların qanuni nümayəndələri, iş üzrə iştirak edən başqa fiziki şəxslər
d) təqsirləndirilən şəxs, zərərçəkən şəxs, iddiaçı, cavabdeh, onların qanuni nümayəndələri
e) iclas salonunda olan bütün şəxslər
261. İnzibati xətalar haqqında işlər üzrə icraat zamanı bilə-bilə yalan izahat verməyə görə kim məsuliyyət daşıyır?
a) şahid, zərər çəkmiş şəxs, mütəxəssis
a) şahid, zərər çəkmiş şəxs, barəsində inzibati xətalar haqqında işlər üzrə icraat aparılan şəxs
b) şahid, zərər çəkmiş şəxs, tərcüməçi
d) şahid, mütəxəssis, ekspert
e) şahid, zərərçəkən şəxs, təqsirləndirilən şəxs, onların qanuni nümayəndələri
262. İnzibati xətalar haqqında işlər üzrə icraat zamanı çağırış üzrə gəlməkdən qəsdən boyun qaçırma inzibati xətasının subyektləri kimlərdir?
a) şahid, zərər çəkmiş şəxs, ekspert, mütəxəssis, tərcüməçi
b) şahid, barəsində inzibati icraat aparılan şəxs, ekspert, mütəxəssis, tərcüməçi
c) şahid, barəsində inzibati icraat aparılan şəxs, zərər çəkmiş şəxs, ekspert, mütəxəssis
d) barəsində inzibati icraat aparılan şəxs, zərər çəkmiş şəxs, ekspert, mütəxəssis, hal şahidləri
e) şahid, zərər çəkmiş şəxs, nümayəndə, ekspert, mütəxəssis
263. İnzibati xətalar haqqında işlərə baxan orqanlar hansılardır?
a) rayon (şəhər) məhkəmələri; yetkinlik yaşına çatmayanların işləri və hüquqlarının müdafiəsi üzrə komissiyalar; müvafiq icra hakimiyyəti orqanları; Mərkəzi Bank; Mərkəzi Bank yanında Maliyyə Monitorinqi xidməti
b) rayon (şəhər) məhkəmələri; inzibati komissiyalar; yetkinlik yaşına çatmayanların işləri və hüquqlarının müdafiəsi üzrə komissiyalar; seçki komisiyyaları; müvafiq icra hakimiyyəti orqanları; Mərkəzi Bank; Mərkəzi Bank yanında Maliyyə Monitorinqi xidməti
c) rayon (şəhər) məhkəmələri; yetkinlik yaşına çatmayanların işləri və hüquqlarının müdafiəsi üzrə komissiyalar; seçki komisiyyaları; müvafiq icra hakimiyyəti orqanları; Mərkəzi Bank; Mərkəzi Bank yanında Maliyyə Monitorinqi xidməti; bələdiyyələr
d) rayon (şəhər) məhkəmələri; yetkinlik yaşına çatmayanların işləri və hüquqlarının müdafiəsi üzrə komissiyalar; seçki komisiyyaları; müvafiq icra hakimiyyəti orqanları; bələdiyyələr
e) bütün dövlət orqanları
264. Yetkinlik yaşına çatmayanların işləri və hüquqlarının müdafiəsi üzrə komissiyalar hansı inzibati xətalar haqqında işlərə baxmırlar?
a) yetkinlik yaşına çatmayanların öz valideynləri və ya başqa şəxslər tərəfindən avaralığa cəlb edilməsi
b) uşaqların tərbiyə və təlimi vəzifələrinin valideynlər və ya onları əvəz edən şəxslər tərəfindən yerinə yetirilməməsi
c) yetkinlik yaşına çatmayanların xırda xuliqanlığına görə valideynlərinin və ya onları əvəz edən şəxslərin məsuliyyəti
d) yetkinlik yaşına çatmayanların öz valideynləri və ya başqa şəxslər tərəfindən sərxoşluq vəziyyətinə gətirilməsi
e) həmin komissiyalar sadalanan işlərin hamısına baxırlar
265. Hərbi məhkəmələr inzibati xətalar haqqında işlərə hansı hallarda baxırlar?
a) baxılması məhkəmələrə aid edilmiş inzibati xətalar hərbi qulluqçular və toplanışa çağırılmış hərbi vəzifəlilər tərəfindən törədildikdə
b) baxılması məhkəmələrə aid edilmiş inzibati xətalar kiçik zabit heyəti və hərbi qulluqçular tərəfindən törədildikdə
c) baxılması məhkəmələrə aid edilmiş inzibati xətalar kiçik və orta zabit heyəti tərəfindən törədildikdə
d) baxılması məhkəmələrə aid edilmiş inzibati xətalar kiçik və orta zabit heyəti, habelə hərbi qulluqçular tərəfindən törədildikdə
e) baxılması məhkəmələrə aid edilmiş inzibati xətalar zabit heyəti tərəfindən törədildikdə
266. Seçki komissiyaları hansı inzibati xətalar haqqında işlərə baxırlar?
a) seçki komissiyaları inzibati xətalar haqqında işlərə baxmırlar
b) seçki qanunvericiliyinin tələblərinin qeydə alınmış namizəd tərəfindən pozulması barədə işlərə
c) seçki qanunvericiliyinin tələblərinin qeydə alınmış namizəd və onun sələhiyyətli nümayəndəsi tərəfindən pozulması barədə işlərə
d) seçki qanunvericiliyinin tələblərinin seçicılər tərəfindən pozulması barədə işlərə
e) seçki qanunvericiliyinin tələblərinin pozulması barədə bütün işlərə
267. Aşağıdakılardan hansı inzibati xətalar haqqında işlər üzrə icraatın vəzifələrinə aid deyil?
a) inzibati xəta törətmiş şəxsi qanunlara əməl edilməsi ruhunda tərbiyələndirmək
b) inzibati xəta haqqında hər bir işin hallarını vaxtında, hərtərəfli, tam və obyektiv surətdə aydınlaşdırmaq
c) inzibati xəta törətmiş şəxsi aşkar etmək və onu inzibati məsuliyyətə cəlb etmək
d) inzibati xətanın törədilməsinə kömək edən səbəbləri və şəraiti aşkar etmək
e) inzibati xətaların qarşısını almaq
268. İnzibati xətalar haqqında işlərə hansı hallarda qapalı baxıla bilər?
a) dövlət, qulluq, kommersiya sirrlərinin və qanunvericiliklə qorunan digər sirlərin yayılmasına gətirib çıxara bilən hallarda
b) insanın şəxsi həyatına aid olan bütün hallarda
c) yetkinlik yaşına çatmayanların törətdiyi inzibati xətalar haqqında işlərə
d) müdafiə və milli təhlükəsizlik mülahizələrinə görə
e) sadalanan halların hamısında
269. Aşağıdakı hallarin hansında inzibati xətalar haqqında işlər üzrə icraat başlanıla bilməz?
a) şəxs zəruri müdafiə vəziyyətində hərəkət etdikdə
b) şəxs zəruri müdafiə həddini aşmaqla hərəkət etdikdə
c) şəxs affekt vəziyyətində hərəkət etdikdə
d) inzibati xəta törədənin şəxs məlum olmadıqda
e) sadalanan halların hamısında
270. İcraat başlandıqdan sonra inzibati məsuliyyət müəyyən edən normativ hüquqi akt ləğv olunduqda məsələ necə həll olunur?
a) başlanmış icraata xitam verilir
b) başlanmış icraat dayandırılır
c) şəxsə bəraət verilir
d) şəxs inzibati məsuliyyətdən azad olunur
e) şəxsə inzibati tənbeh tətbiq edilir
271. Aşağıdakılardan hansı inzibati xətalar haqqında işlər üzrə icraatı rədd edən hallara aiddir?
a) barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin ölməsi
b) barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin ağır xəstəliyə düçar olması
c) barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin gizlənməsi
d) inzibati xəta tərədən şəxsin məlum olmaması
e) sadalanan halların hamısı inzibati xətalar haqqında işlər üzrə icraatı rədd edən hallara aiddir
272. İnzibati xətalar haqqında işlər üzrə icraat zamanı prokuror hansı hüquqlara malikdir?
a) prokurur sadalanan hüquqların hamısına malikdir
b) inzibati xətalar haqqında işlər üzrə icraatın başlanması haqqında qərar qəbul etmək
c) inzibati xətalar haqqında işlərin baxılmasında iştirak etmək
d) işin baxılması zamanı baş verən məsələlər üzrə rəy və ya vəsatət vermək
e) inzibati xəta haqqında iş üzrə qəbul edilən qərardan və ya qərardaddan protest vermək
273. İnzibati xətalar haqqında hansı işlərin baxılmasının yeri və vaxtı prokurora bildirilməlidir?
a) yetkinlik yaşına çatmayanlar barəsində inzibati xətalar haqqında işlərin və prokurorun təşəbbüsü ilə başlanmış işlərin
b) hamilə və azyaşlı uşağı olan qadınlar barəsində işlərin və prokurorun təşəbbüsü ilə başlanmış işlərin
c) fiziki və ya psixi qüsurlarına görə bzünü müdafiə edə bilməyən şəxslərin barəsindəki işlərin və prokurorun təşəbbüsü ilə başlanmış işlərin
d) birinci və ya ikinci qrup əlillərə və prokurorun təşəbbüsü ilə başlanmış işlərin
e) göstərilən işlərin hamısının
274. Fiziki şəxslər barəsində inzibati xətalar haqqında işlər üzrə məsrəflər necə ödənilir?
a) dövlət hesabına ödənilir
b) həmin şəxslərin üzərinə qoyulur
c) məhkəmə tərəfindən müəyyən olunur
d) inzibati tənbeh növü kimi cərimədən çıxılır
e) İnzibati Xətalar Məcəlləsində məsrəflərin ödənilmə qaydası nəzərdə tutulmayıb
275. Hüquqi şəxslər barəsində inzibati xətalar haqqında işlər üzrə məsrəflər necə ödənilir?
a) həmin hüquqi şəxslərin üzərinə qoyulur
b) həmin hüquqi şəxslərin səlahiyyətli nümayəndəsinin üzərinə qoyulur
c) dövlət hesabına ödənilir
d) məhkəmə tərəfindən müəyyən olunur
e) yarısı dövlət hesabına ödənilir, digər yarısı isə həmin hüquqi şəxslərin üzərinə qoyulur
276. Hansı hallarda inzibati xətalar haqqında işlərə barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin iştirakı olmadan baxıla bilər?
a) işə baxılmasının yeri və müddətinin ona vaxtında bildirilməsi barədə məlumat olduqda
b) şəxsin olduğu yeri müəyyən etmək mümkün olmadıqda
c) şəxs özü istədikdə
d) şəxs müvafiq orqanlardan qaçıb gizləndikdə
e) göstərilən halların hamısında
277. Hansı işlərə baxılarkən barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin iştirakı məcburidir?
a) inzibati həbs nəzərdə tutan inzibati xətalar haqqında işlərə
b) yetkinlik yaşına çatmayanlar barəsində inzibati xətalar haqqında işlərə
c) azyaşlı uşağı olan qadınlar barəsində inzibati xətalar haqqında işlərə
d) hamilə qadınlar barəsində inzibati xətalar haqqında işlərə
e) sadalanan halların hamısında
278. Hansı hallarda barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan yetkinlik yaşına çatmayanlar müvəqqəti olaraq işdə iştirakdan kənarlaşdırıla bilərlər?
a) işin hallarının müzakirəsi onlara mənfi təsir göstərə biləcəyi hallarda
b) baxılan işdə onların valideynlərinin iştirakı müəyyən olunarsa
c) baxılan işdə onların müəllimlərinin iştirakı müəyyən olunarsa
d) baxılan işdə onların yaşıdlarının iştirakı müəyyən olunarsa
e) sadalanan halların hamısında
279. Hansı hallarda barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan fiziki şəxsin və ya zərər çəkmiş şəxsin mənafeyini təmsil etməyə onların qanuni nümayəndələrinin hüququ vardır?
a) barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan fiziki şəxs və ya zərər çəkmiş şəxs yetkinlik yaşına çatmadıqda
b) barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan fiziki şəxs və ya zərər çəkmiş şəxs hamilə qadın olduqda
c) barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan fiziki şəxs və ya zərər çəkmiş şəxsin icraatda iştirak etmək imkanı olmadıqda
d) barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan fiziki şəxs və ya zərər çəkmiş şəxs qanuni nümayəndənin iştirakını tələb etdikdə
e) barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan fiziki şəxs və ya zərər çəkmiş şəxs hüquqlarını özü həyata keçirmək istəmədikdə
280. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan fiziki şəxsin qanuni nümayəndələri kimlərdir?
a) valideynlər, övladlığa götürənlər, qəyyumlar və himayəçilər
b) ata, ana, böyük bacı və böyük qardaş
c) ata və ana, onların heç biri olmadıqda böyük bacı və böyük qardaş
d) ata, ana, bacı, qardaş, qəyyumlar və himayəçilər
e) ata, ana, baba, nənə, bacı, qardaş, övladlığa götürənlər
281. Hansı hallarda qəyyumluq və himayə orqanları qanuni nümayəndə hesab edilə bilər?
a) qanuni nümayəndə olmadıqda
b) qanuni nümayəndəyə etiraz edildikdə
c) qanuni nümayəndənin olduğu yer məlum olmadıqda
d) qanuni nümayəndə imtina etmədikdə
e) qanuni nümayəndə gəlmədikdə
282. Hansı hallarda barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin müdafiəçidən imtinası qəbul olunmur?
a) inzibati qaydada tutulan yetkinlik yaşına çatmayanların işində
b) hamilə və ya azyaşlı uşağı olan qadınların işində
c) inzibati qaydada tutulan hamilə qadınların işində
d) inzibati qaydada tutulan azyaşlı uşağı olan qadınların işində
e) sadalanan halların hamısında
283. İnzibati xətalar haqqında işlər üzrə icraatda vəkilin iştirakı hansı hallarda məcburi olmaya bilər?
a) inzibati qaydada tutulmayan yetkinlik yaşına çatmayanların işlərində
b) icraatın aparıldığı dili bilməyənlərin işlərində
c) lal, kar, kor, fiziki və ya psixi qüsurları üzündən özlərinin müdafiə hüququnu həyata keçirə bilməyən digər şəxslərin işlərində
d) barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs tərəfindən seçilmiş vəkilin gəlməsi qeyri-mümkün olduqda
e) barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin maddi vəziyyətinə görə öz hesabına vəkil tutmaq imkanı olmadıqda
284. İnzibati xətalar haqqında işlər üzrə icraatda yetkinlik yaşına çatmayan on dörd yaşında olan şahidlərin sorğu-sual edilməsinin hansı xüsusiyyəti vardır?
a) onlar pedaqoji işçinin və ya psixoloqun iştirakı ilə sorğu-sual edilirlər
b) onlar qanuni nümayəndəsinin iştirakı ilə sorğu-sual edilirlər
c) onlar vəkilin iştirakı ilə sorğu-sual edilirlər
d) onlar qanuni nümayəndəsinin və vəkilin iştirakı ilə sorğu-sual edilirlər
e) onlar ümumi qaydada sorğu-sual edilirlər
285. Kimlər şahid kimi sorğu-sual edilə bilməzlər?
a) fiziki və ya psixi qüsurlarına görə inzibati xəta haqqında iş üçün əhəmiyyətli olan hadisə ləri dərk edə bilməyən və onlar haqqında düzgün izahat verə bilməyən şəxs
b) yetkinlik yaşına çatmayan şəxs
c) inzibati xəta törədilən zaman hadisə yerində olmayan şəxs
d) sadalanan şəxslərin heç biri şahid kimi sorğu-sual edilə bilməz
e) sadalanan şəxslərin hamısı şahid kimi sorğu-sual edilə bilər
286. İnzibati xətalar haqqında işlər üzrə icraat zamanı hansı prosessual hərəkətlərin həyata keçirilməsində hal şahidlərinin iştirakı məcburidir?
a) şəxsi axtarış, şeyləri yoxlama, nəqliyyat vasitəsinə baxış, şeyləri və sənədləri götürmə, sərxoşluq vəziyyətinin müayinəsi
b) inzibati xəta haqqında protokolun tərtibi, hadisə yerinin müayinəsi, üzləşdirmə
c) inzibati araşdırma aparılması, inzibati qaydada gətirilmə, nəqliyyat vasitəsinin istismarının qadağan edilməsi
d) sadalanan prosessual hərəkətlərin hamısının həyata keçirilməsində hal şahidlərinin iştirakı məcburidir
e) sadalanan prosessual hərəkətlərin heç birinin həyata keçirilməsində hal şahidlərinin iştirakı məcburi deyil
287. İnzibati xətalar haqqında işlər üzrə icraatda mütəxəssis nə üçün dəvət olunur?
a) sübutların aşkar edilməsində, götürülməsində və rəsmiləşdirilməsində, habelə texniki vasitələrin tətbiq edilməsində kömək göstərilməsi üçün
b) icraat zamanı meydana çıxan və xüsusi bilik sahələrinə aid olan məsələlərin izah edilməsi üçün
c) elm, texnika, mədəniyyət, səhiyyə, incəsənət sahəsinə aid olan məsələlər barəsində ixtisaslı rəy alınması üçün
d) əməliyyat-axtarış tədbirlərinin həyata keçirilməsində kömək göstərilməsi üçün
e) sadalananların hamısı üçün
288. İnzibati xətalar haqqında işlər üzrə icraatda ekspert hansı sahədə məsələlərin izahı üçün dəvət olunur?
a) elm, incəsənət, texnika, sənət
b) elm, texnika, mədəniyyət, incəsənət
c) elm, texnika, mədəniyyət, səhiyyə, incəsənət
d) elm, texnika, təhsil, mədəniyyət
e) təhsil, mədəniyyət, elm, incəsənət
289. Ekspertin vəzifəsi hansıdır?
a) təqdim edilmiş obyektlərin və iş üzrə materialların tam və hərtərəfli tədqiqatını aparmaq və qoyulmuş suallar üzrə əsaslandırılmış və obyektiv rəy vermək
b) ekspertizanın predmetinə aid olan iş üzrə materiallarla tanış olmaq
c) iş üzrə rəy verilməsi üçün zəruri olan əlavə materialların təqdim olunması barədə vəsatət vermək
d) qoyulmuş suallardan əlavə ekspertizanın predmetinə aid olan və iş üçün əhəmiyyətli sayılan digər halları öz rəyində göstərmək
e) sadalananların hamısı
290. Ekspert hansı hallarda rəy verməkdən imtina edə bilər?
a) verilən suallar ekspertin xüsusi biliyindən kənara çıxdıqda
b) verilən suallar mürəkkəb olduqda
c) verilən suallar çətin olduqda
d) verilən suallar iş üçün böyük əhəmiyyət kəsb etmədikdə
e) sadalanan halların hamısında
291. İnzibati xətalar haqqında işlər üzrə icraata başlamağa əsaslar hansılardır?
a) daxil olmuş materiallarda, məlumatlarda və ərizələrdə inzibati xətanın əlamətlərini göstərən faktiki məlumatların olması və inzibati xəta haqqında iş üzrə icraatı rədd edən halların olmaması
b) daxil olmuş materiallarda, məlumatlarda və ərizələrdə inzibati xətanın baş verməsini təsdiq edən faktiki məlumatların olması və inzibati xəta haqqında iş üzrə icraatı rədd edən halların olmaması
c) daxil olmuş materiallarda, məlumatlarda və ərizələrdə baş vermiş inzibati xəta barədə faktiki məlumatların olması və inzibati xəta haqqında iş üzrə icraatı rədd edən halların olmaması
d) daxil olmuş materiallarda, məlumatlarda və ərizələrdə inzibati xətanın konkret şəxs tərəfindən törədildiyini təsdiq edən faktiki məlumatların olması və inzibati xəta haqqında iş üzrə icraatı rədd edən halların olmaması
e) daxil olmuş materiallarda, məlumatlarda və ərizələrdə inzibati xətanın konkret şəxs tərəfindən törədildiyini təsdiq edən şahid ifadələrinin olması və inzibati xəta haqqında iş üzrə icraatı rədd edən halların olmaması
292. İnzibati xəta haqqında iş üzrə icraata başlama haqqında qərardad hansı hallarda qəbul edilir?
a) inzibati araşdırılma zəruri hesab edildikdə
b) inzibati xətalar haqqında işlərin icraatını təmin etmək tədbirlərini tətbiq etmə haqqında ilk protokol tərtib edildikdə
c) inzibati xəta haqqında protokol tərtib edildikdə
d) inzibati xəta haqqında protokol tərtib edilmədikdə
e) sadalanan halların hamısında
293. İnzibati araşdırma hansı hallarda aparılır?
a) maliyyə, vergi, rüsum, gömrük işi, ətraf mühitin mühafizəsi, yol hərəkəti qaydaları və ya yanğın təhlükəsizliyi sahəsində inzibati xəta aşkar edildikdən sonra kifayət qədər vaxt tələb edən ekspertizanın və ya digər prosessual hərəkətlərin aparılması zərurəti yarandıqda
b) mülkiyyət, hava, dəniz, çay və dəmiryolu nəqliyyatında olan qaydalar əleyhinə olan inzibati xəta aşkar edildikdən sonra kifayət qədər vaxt tələb edən ekspertizanın və ya digər prosessual hərəkətlərin aparılması zərurəti yarandıqda
c) siyasi, sosial və əmək hüquqlari əleyhinə olan inzibati xəta aşkar edildikdən sonra kifayət qədər vaxt tələb edən ekspertizanın və ya digər prosessual hərəkətlərin aparılması zərurəti yarandıqda
d) iqtisadi fəaliyyət qaydaları əleyhinə olan inzibati xəta aşkar edildikdən sonra kifayət qədər vaxt tələb edən ekspertizanın və ya digər prosessual hərəkətlərin aparılması zərurəti yarandıqda
e) İXM-də nəzərdə tutulmuş hər hansı inzibati xəta aşkar edildikdən sonra kifayət qədər vaxt tələb edən ekspertizanın və ya digər prosessual hərəkətlərin aparılması zərurəti yarandıqda
294. İnzibati araşdırma hansı müddət aparılır?
a) inzibati xəta haqqında iş üzrə icraatın başlama vaxtından bir aydan artıq olmayan müddətə
b) inzibati xəta haqqında iş üzrə icraatın başlama vaxtından bir aydan artıq olmayan müddətə
c) tələb olunan ekspertizanın və digər prosessual hərəkətlərin aparılması başa çatdıqdan sonra bir həftədən artıq olmayan müddətə
d) inzibati xəta haqqında iş üzrə icraatın başlama vaxtından on beş gündən artıq olmayan müddətə
e) inzibati xəta haqqında iş üzrə icraatın başlama vaxtından qırx beş gündən artıq olmayan müddətə
295. İnzibati araşdırma aparıldıqda inzibati xəta haqqında protokol nə vaxt tərtib edilir?
a) inzibati araşdırma başa çatdıqda
b) inzibati araşdırma başlandıqda
c) inzibati araşdırmanın gedişində
d) tələb olunan ekspertizanın və digər prosessual hərəkətlərin aparılması başa çatdıqda
e) inzibati xəta faktı aşkar edildikdə
296. İşin hallarının, eləcə də barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan fiziki şəxsin şəxsiyyətinin və ya hüquqi şəxs barəsində məlumatların əlavə aydınlaşdırılması tələb olunduğu hallarda, inzibati xəta haqqında protokol hansı müddətdə tərtib edilir?
a) inzibati xətanın aşkar edildiyi vaxtdan iki günədək müddətdə
b) inzibati xətanın aşkar edildiyi vaxtdan bir günədək müddətdə
c) inzibati xətanın aşkar edildiyi vaxtdan üç günədək müddətdə
d) inzibati xətanın aşkar edildiyi vaxtdan beş günədək müddətdə
e) barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan fiziki şəxsin şəxsiyyətinin və ya hüquqi şəxs barəsində məlumatların əlavə aydınlaşdırılması üçün zəruri olan müddətdə
297. İnzibati xəta haqqında protokol hansı hallarda tərtib edilmir?
a) törədilmiş inzibati xətaya görə inzibati cərimənin miqdarı 20 manatdan artıq olmadıqda
b) törədilmiş inzibati xətaya görə inzibati cərimənin miqdarı 25 manatdan artıq olmadıqda
c) törədilmiş inzibati xətaya görə inzibati cərimənin miqdarı 30 manatdan artıq olmadıqda
d) törədilmiş inzibati xətaya görə inzibati cərimənin miqdarı 40 manatdan artıq olmadıqda
e) törədilmiş inzibati xətaya görə inzibati cərimənin miqdarı 50 manatdan artıq olmadıqda
298. İnzibati xəta haqqında iş üzrə icraat hansı hallarda dayandırılır?
a) barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan fiziki şəxs psixi və ya digər ağır xəstəliyə tutulduqda
b) barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan fiziki şəxsin anlaqsız olduğu müəyyən edildikdə
c) barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan fiziki şəxs son zərurət və ya zəruri müdafiə vəziyyətində hərəkət etdikdə
d) sadalanan halların hamısında
e) sadalanan halların heç birində
299. İnzibati xətalar haqqında işlərin icraatını təmin etmək tədbirlərinə hansılar aiddir?
a) gətirilmə, inzibati qaydada tutma, şəxsi axtarış
b) xəbərdarlıq, inzibati qaydada tutma, inzibati həbs
c) fiziki şəxsdə olan şeyləri yoxlama, inzibati müsadirə
d) nəqliyyat vasitəsinə baxış, nəqliyyat vasitəsini idarəetmə hüququnun məhdudlaşdırılması
e) sadalanan tədbirlərin hamısı
300. İnzibati xətalar haqqında işlərin icraatını təmin etmək tədbirlərinin məqsədlərinə hansılar aid deyil?
a) işin bütün hallarını tam və obyektiv araşdırmaq
b) inzibati xətaların qarşısını almaq
c) şəxsiyyəti müəyyən etmək
d) inzibati xəta haqqında protokolun yerində tərtibi mümkün olmadıqda, onun tərtibi vacibdirsə, onu tərtib etmək
e) işlərə vaxtında və düzgün baxılmasını təmin etmək
301. Kimlər inzibati qaydada gətirilə bilər?
a) barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan fiziki şəxs, onun qanuni nümayəndəsi, hüquqi şəxsin nümayəndəsi, şahidlər
b) barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan fiziki şəxs, onun qanuni nümayəndəsi, hüquqi şəxsin nümayəndəsi, mütəxəssis, tərcüməçi
c) barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan fiziki şəxs, onun qanuni nümayəndəsi, hüquqi şəxsin nümayəndəsi, şahidlər, mütəxəssis
d) barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan fiziki şəxs, hüquqi şəxsin nümayəndəsi, şahidlər, mütəxəssis
e) inzibati xəta haqqında iş üzrə icraatda iştirak edən bütün şəxslər
302. İnzibati qaydada gətirilmə kimlər barəsində tətbiq edilə bilməz?
a) on altı yaşına çatmayan şəxslər və hamilə qadınlar
b) on altı yaşına çatmayan şəxslər və əmək qabiliyyəti olmayan şəxslər
c) hamilə qadınlar və azyaşlı uşağı olan qadınlar
d) fiziki və ya psixi qüsurlarına görə başqasının köməyinə ehtiyacı olan şəxslər və hamilə qadınlar
e) hamilə qadınlar və pensiya yaşina çatmış şəxslər
303. İnzibati xəta törətmiş şəxsin inzibati qaydada tutulmasının ümumi müddəti neçə saatdan çox ola bilməz?
a) 3 saatdan
b) 5 saatdan
c) 6 saatdan
d) 9 saatdan
e) 12 saatdan
304. Sərhəd rejimini, sərhədboyu (sərhədboyu zolaq) rejimini və ya dövlət sərhədinin buraxılış məntəqələrində rejimi pozmağa görə şəxs inzibati qaydada hansı müddətə tutula bilər?
a) 24 saatadək
b) 36 saatadək
c) 2 günədək
d) 3 günədək
e) 5 günədək
305. Hansı hallarda şəxs hakimin qərarı ilə üç günədək müddətə tutula bilər?
a) inzibati xəta törədənin şəxsiyyətini təsdiq edən sənədlər olmadıqda
b) barəsində inzibati həbs tənbeh növünün tətbiqini nəzərdə tutan inzibati xəta törədildikdə
c) inzibati xəta törədənin şəxsiyyətini müəyyənləşdirmək məqsədilə
d) törədilmiş inzibati xətanın bütün hallarını hərtərəfli araşdırmaq məqsədilə
e) sadalanan halların hamısında
306. İnzibati qaydada tutma müddəti nə vaxtdan hesablanır?
a) şəxsin protokol tərtib etmək üçün gətirildiyi vaxtdan
b) protokol tərtib edildiyi vaxtdan
c) tutulmanın xüsusi kitabda qeyd olunduğu vaxtdan
d) qısamüddətli saxlama kamerasına calındağı vaxtdan
e) faktiki tutulduğu vaxtdan
307. İnzibati qaydada tutmağa səlahiyyəti olmayanı göstərin
a) Dövlət Gömrük Komitəsinin vəzifəli şəxsləri
b) Daxili İşlər Nazirliyinin vəzifəli şəxsləri
c) Müdafiə Nazirliyinin vəzifəli şəxsləri
d) Dövlət Sərhəd Xidmətinin vəzifəli şəxsləri
e) Dövlət Miqrasiya Xidmətinin vəzifəli şəxsləri
308. Gəmi komandiri (təyyarə kapitanı) hansı hallarda şəxsi inzibati qaydada tuta bilər?
a) gəmi komandirinin (təyyarə kapitanının) inzibati qaydada tutma hüququ yoxdur
b) hərəkətin (uçuşun) təhlükəsizlik qaydaları pozulduqda
c) gəminin (təyyarənin) idarə olunmasına maneçilik torədildikdə
d) gəmidə (təyyarədə) inzibati həbs nəzərdə tutan inzibati xəta törədildikdə
e) gəmini (təyyarəni) qaçırmaq cəhdi olduqda
309. İnzibati qaydada götürülmüş şeylər hansı hallarda qiymətləndirilir?
a) inzibati xətanın bilavasitə obyekti olmuş predmetin dəyəri ilə ölçülən inzibati cərimə meyarı tətbiq edildikdə
b) inzibati xətanın bilavasitə obyekti olmuş predmetin inzibati müsadirəsi tətbiq edildikdə
c) inzibati xətanın bilavasitə obyekti olmuş predmetin ödənişlə alınması tətbiq edildikdə
d) inzibati qaydada götürülmüş şeylər bütün hallarda qiymətləndirilir
e) inzibati qaydada götürülmüş şeylər heç bir halda qiymətləndirilmir
310. Aşağıdakı halların hansında nəqliyyat vasitələrinin istismarı qadağan edilir?
a) qabaq şüşənin şüşə silgəcləri və şüşəyuyanları nasaz olduqda və belə nasazlığın aradan qaldırılması mümkün olmadıqda
b) nəqliyyat vasitəsinin dövlət nömrə nişanları görünmədikdə
c) nəqliyyat vasitəsinin dövlət qeydiyyat nişanları və ya onlardan biri yerində olmadıqda
d) nəqliyyat vasitəsinin mühərrik, ban və şassi nömrəsi nəqliyyat vasitəsinin qeydiyyat şəhadətnaməsindəki rəqəmlərə uyğun gəlmədikdə.
e) sadalanan halların hamısında
311. İnzibati xəta haqqında protokol (prokurorun qərarı) baxılması üçün hansı müddətə səlahiyyətli orqana (vəzifəli şəxsə) göndərilməlidir?
a) tərtib edildiyi vaxtdan 72 saatadək müddətdə
b) tərtib edildiyi vaxtdan 48 saatadək müddətdə
c) tərtib edildiyi vaxtdan 24 saatadək müddətdə
d) tərtib edildiyi vaxtdan 12 saatadək müddətdə
e) tərtib edildiyi gün
312. İnzibati həbs nəzərdə tutan inzibati xəta haqqında protokol (prokurorun qərarı) baxılması üçün hakimə hansı müddətə göndərilməlidir?
a) tərtib edildikdən sonra dərhal
b) tərtib edildikdən sonra 3 saat müddətində
c) tərtib edildikdən sonra 6 saat müddətində
d) tərtib edildikdən sonra 12 saat müddətində
e) tərtib edildikdən sonra 24 saat müddətində
313. Hansı məsələlər inzibati xətalar haqqında işin baxmağa hazırlanması zamanı həll edilir?
a) inzibati xəta haqqında protokol və işin digər materialları İXM-in tələblərinə müvafiq olaraq tərtib edilmişdirmi
b) inzibati xəta törətmiş şəxsin əməli İXM-in müvafiq maddəsi (maddələri) ilə düzgün tövsif edilmişdirmi
c) inzibati xəta nəticəsində vurulan zərərin xarakteri və miqdarı düzgün müəyyən edilmişdirmi
d) barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin təqsirini təsdiq edən kifayət qədər sübutlar varmı
e) sadalananların hamısı
314. İnzibati xəta haqqında işə adətən harada baxılır?
a) xətanın törədildiyi yerdə
b) barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin yaşadığı yerdə
c) barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin işlədiyi (təhsil aldığı) yerdə
d) müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi yerdə
e) inzibati xəta haqqında işlərə baxan xüsusi mərkəzlərin yerləşdiyi yerlərdə
315. Hansı şəxslər barəsindəki inzibati xəta haqqında işlərə onun yaşadığı yer üzrə baxılır?
a) yetkinlik yaşına çatmayanların barəsində inzibati xətalar haqqında işlərə
b) hamilə qadınlar barəsində inzibati xətalar haqqında işlərə
c) 8 yaşına xatmamış uşağı olan qadınlar barəsində inzibati xətalar haqqında işlərə
d) 65 yaşdan yuxarı kişilər və 60 yaşdan yuxarı qadınlar barəsində inzibati xətalar haqqında işlərə
e) sadalanan işlərin hamısına
316. Hansı hallarda inzibati xəta haqqında işlərə barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin yaşadığı yer üzrə baxıla bilər?
a) barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin vəsatətinə əsasən
b) zərərçəkmiş şəxsin vəsatətinə əsasən
c) prokurorun vəsatətinə əsasən
d) işə baxan hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) öz təşəbbüsü ilə
e) sadalanan halların hamısında
317. İnzibati xətalar haqqında işlərə ümumi qaydada hansı müddətdə baxılır?
a) inzibati xəta haqqında protokolun və işin digər materiallarınıın alındığı vaxtdan 15 gün müddətində
b) inzibati xəta haqqında protokolun və işin digər materiallarınıın alındığı vaxtdan 10 gün
müddətində
c) inzibati xəta haqqında protokolun və işin digər materiallarınıın alındığı vaxtdan 7 gün müddətində
d) inzibati xəta haqqında protokolun və işin digər materiallarınıın alındığı vaxtdan 21 gün müddətində
e) inzibati xəta haqqında protokolun və işin digər materiallarınıın alındığı vaxtdan bir ay müddətində
318. İnzibati xətalar haqqında işə baxılması hansı hallarda uzadıla bilər?
a) inzibati xəta haqqında iş üzrə icraatın iştirakçılarının vəsatəti və ya əlavə halların müəyyən edilməsi zərurəti olarsa
b) inzibati araşdırmanın təkrar aprarılması və ya əlavə halların müəyyən edilməsi zərurəti olarsa
c) mürəkkəb ekspertiza aparılması və ya əlavə halların müəyyən edilməsi zərurəti olarsa
d) üzürlü səbəblərdən işə vaxtında baxılması mümkün olmazsa
e) sadalanan halların hamısında
319. İnzibati həbs tənbeh növü nəzərdə tutan inzibati xətalar haqqında işlərə hansı müddətdə baxılır?
a) inzibati xəta haqqında protokol daxil olduğu gün
b) inzibati xəta haqqında protokol daxil olan kimi dərhal
c) inzibati xəta haqqında protokol daxil olandan sonra 12 saat müddətində
d) inzibati xəta haqqında protokol daxil olandan sonra 24 saat müddətində
e) inzibati xəta haqqında protokol daxil olandan sonra 48 saat müddətində
320. Inzibati qaydada tutulan şəxslər barəsində işlərə hansı müddətdə baxılır?
a) onların tutulduğu vaxtdan ən geci 48 saat keçənədək
b) onların tutulduğu vaxtdan ən geci 24 saat keçənədək
c) onların tutulduğu vaxtdan ən geci 12 saat keçənədək
d) onların tutulduğu vaxtdan ən geci 72 saat keçənədək
e) inzibati xəta haqqında protokol daxil olan kimi dərhal
321. İnzibati xəta haqqında iş üzrə qərar hansı müddətdə elan olunur?
a) işə baxılmasından dərhal sonra
b) işə baxılmasından bir gün sonra
c) işə baxılmasından iki gün sonra
d) işə baxılmasından üç gün sonra
e) işə baxılmasından beş gün sonra
322. İnzibati xəta haqqında iş üzrə qərarın surəti hansı müddətdə barəsində qərar qəbul edilmiş fiziki şəxsə, hüquqi şəxsin nümayəndəsinə verilir?
a) üç günədək müddətdə
b) bir gündən gec olmayaraq
c ) iki gündən gec olmayaraq
d) beş günədək müddətə
e) dərhal
323. İnzibati aktların qəbul edilməsi, icra olunması və ya ləğv edilməsi ilə bağlı inzibati orqanlar tərəfindən həyata keçirilən fəaliyyətin hüquqi əsasları, prinsipləri və prosedur qaydaları hansı normativ-hüquqi aktla müəyyən olunur?
a) “İnzibati icraat haqqında” Qanunla
b) “İnzibati orqanlar haqqında” Qanunla
c) “İnzibati aktlar haqqında” Qanunla
d) İnzibati Prosessual Məcəllə ilə
e) Mülki Prosessual Məcəllə ilə
324. “İnzibati icraat haqqında” Qanunun müddəaları inzibati orqanların fiziki və ya hüquqi şəxslərə münasibətdə faktiki xarakterli digər fəaliyyətinə (hərəkətlərinə) şamil olunurmu?
a) şamil olunur
b) şamil olunmur
c) yalnız qanunla nəzərdə tutulmuş müstəsna hallarda şamil olunur
d) qanunla nəzərdə tutulmuş bəzi hallar istisna olmaqla, şamil olunur
e) bu məsələ hər bir halda məhkəmə tərəfindən həll edilir
325. “İnzibati icraat haqqında” Qanunun müddəaları hansı orqanların fəaliyyətinə şamil olunur?
a) Azərbaycan Respublikasının qanunvericiliyi ilə inzibati orqan kimi müəyyən (təsnif) edilmiş orqanların
b) Azərbaycan Respublikasının qanunvericiliyi ilə icra orqanı kimi müəyyən (təsnif) edilmiş orqanların
c) Azərbaycan Respublikasının qanunvericiliyi ilə publik orqan kimi müəyyən (təsnif) edilmiş orqanların
d) Azərbaycan Respublikasının qanunvericiliyi ilə yurisdiksion orqan kimi müəyyən (təsnif) edilmiş orqanların
e) bütün dövlət orqanlarının
326. “İnzibati icraat haqqında” Qanuna əsasən inzibati orqanlar hansılardır?
a) müvafiq icra hakimiyyəti orqanları, onların yerli (struktur) və digər qurumları, bələdiyyələr, habelə qanuna əsasən inzibati akt qəbul etmək səlahiyyəti verilmiş hər hansı fiziki və ya hüquqi şəxs
b) yalnız müvafiq icra hakimiyyəti orqanları
c) yalnız inzibati hakimiyyət səlahiyyətlərinə malik olan orqanlar
d) yalnız hüquqmühafizə orqanları
e) sadalanan orqanların hamısı
327. “İnzibati icraat haqqında” Qanun inzibati orqanların aşağıdaki hansı fəaliyyətinə şamil olunur?
a) inzibati şikayətlər üzrə fəaliyyətinə
b) inzibati xətalara dair işlər üzrə fəaliyyətinə
c) cinayət təqibi üzrə cinayət-prosessual fəaliyyətinə
d) sadalanan fəaliyyətlərin hamısına
e) sadalanan fəaliyyətlərin heç birinə
328. İnzibati icraatda müraciətə baxılması ilə əlaqədar inzibati orqanın səlahiyyətli olub-olmaması necə müəyyən olunur?
a) bu məsələni həmin inzibati orqan müstəqil şəkildə özü müəyyən etməyə borcludur
b) bu məsələni yuxarı inzibati orqan müəyyən etməyə borcludur
c) bu məsələni müvafiq icra hakimiyyəti orqanı müəyyən etməyə borcludur
d) bu məsələni müvafiq icra hakimiyyəti orqanı tərəfindən yaradılmış komissiya müəyyən etməyə borcludur
e) inzibati orqanın müraciətə baxılması ilə əlaqədar səlahiyyətli olub-olmaması qanunla müəyyən olunur
329. İnzibati icraatda inzibati orqanlar arasında aidiyyət və ya səlahiyyətlərlə bağlı mübahisələri hansı orqan həll edir?
a) subordinasiya baxımından yuxarı inzibati orqan və ya müvafiq icra hakimiyyəti orqanı tərəfindən yaradılmış komissiya
b) müvafiq icra hakimiyyəti orqanı
c) mübahisə edən inzibati orqanların paritet əsaslarla birgə yaratdığı komissiya
d) inzibati məhkəmə
e) Konstitusiya Məhkəməsi
330. “İnzibati icraat haqqında” Qanun inzibati orqanlar arasında qarşılıqlı hüquqi yardım məsələsini necə təsbit edir?
a) inzibati orqan öz səlahiyyətləri və imkanları daxilində digər inzibati orqana həmin orqanın müraciəti əsasında hüquqi yardım göstərməyə borcludur
b) inzibati orqan öz səlahiyyətləri və imkanları daxilində digər inzibati orqana həmin orqanın müraciəti əsasında hüquqi yardım göstərə bilər
c) inzibati orqan öz səlahiyyətləri və imkanları daxilində digər inzibati orqana həmin orqanın müraciəti əsasında hüquqi yardım göstərə bilməz
d) inzibati orqan öz səlahiyyətləri və imkanları daxilində digər inzibati orqana həmin orqanın müraciəti əsasında hüquqi yardım göstərməyə borclu deyil
e) inzibati orqan öz səlahiyyətləri və imkanları daxilində digər inzibati orqana həmin orqanın müraciəti əsasında hüquqi yardım göstərməkdən imtina edə bilməz
331. Aşağıdakılardan hansı inzibati orqanın hüquqi yardım üçün müraciətinə əsas ola bilməz?
a) müəyyən məsələnin həllinin inzibati orqanlardan daha çox vaxtın tələb olunduğu hallar
b) hüquqi və faktiki xarakterli səbəblər üzündən hər hansı hərəkəti müstəqil həyata keçirmək iqtidarında olmadığı hallar
c) müəyyən məsələnin həlli üçün ona məlum olmayan və özünün müstəqil olaraq müəyyən edə bilmədiyi faktlar tələb olunduğu hallar
d) müəyyən məsələnin həlli üçün tələb olunan zəruri sənədlər və ya digər sübutlar hüquqi yardım üçün müraciət edilmiş müvafiq inzibati orqanın sərəncamında olduğu hallar
e) müəyyən məsələni müstəqil şəkildə həll etmək üçün tələb olunan zəruri xərclər, həmin məsələnin hüquqi yardım qaydasında digər inzibati orqan tərəfindən həll olunması üçün tələb olunan xərclərdən çox olduğu hallar
332. İnzibati orqan hansı hallarda hüquqi yardım göstərməkdən imtina edə bilməz?
a) yardım üçün müraciət edilmiş müvafiq inzibati orqanın sərəncamında olan zəruri sənədlərin və ya digər sübutların cəmi bir nüsxədə olduqda
b) hüquqi yardım qaydasında tələb olunan tədbirlərin həyata keçirilməsi onun qanunvericiliklə müəyyən olunmuş səlahiyyətlərinə aid olmadıqda
c) hüquqi yardım qaydasında həyata keçirilməsi zəruri olan tədbirlər hüquqazidd olduqda
d) hüquqi yardımın göstərilməsi onun öz funksional vəzifələrinin yerinə yetirilməsinə əhəmiyyətli dərəcədə mane olduqda
e) hüquqi yardım qaydasında tələb olunan sənədlər və (və ya) məlumatlar qanunla qorunan bu və ya digər sirri təşkil etdikdə
333. Hüquqi yardımla bağlı müraciət etmiş orqan, belə yardımın göstərilməsi ilə əlaqədar çəkilmiş xərcləri hansı halda ödəməlidir?
a) həmin xərclər iyirmi iki manatdan yuxarı olduqda
b) həmin xərclər iyirmi beş manatdan yuxarı olduqda
c) həmin xərclər otuz manatdan yuxarı olduqda
d) həmin xərclər otuz üç manatdan yuxarı olduqda
e) çəkilmiş xərcləri bütün hallarda ödəməlidir
334. İnzibati icraatda bərabərlik prinsipi nəyi nəzərdə tutur?
a) hamı qanun və inzibati orqan qarşısında bərabərdir
b) inzibati orqan tərəfindən eyni mühüm faktiki hallara malik olan müxtəlif işlər üzrə eyni cür qərarların qəbul edilməsi qadağandır
c) inzibati orqan tərəfindən fərqli mühüm faktiki hallara malik olan müxtəlif işlər üzrə fərqli qərarların qəbul edilməsi qadağandır
d) inzibati orqan tərəfindən fərqli mühüm faktiki hallara malik olan eyni işlər üzrə fərqli qərarların qəbul edilməsi qadağandır
e) inzibati icraatda bərabərlik prinsipi sadalananların hamısını nəzərdə tutur
335. İnzibati icraatda inzibati orqanlar hansı hallarda şəxsin hüquq və azadlıqlarına müdaxilə edə bilərlər?
a) yalnız qanunla nəzərdə tutulmuş hallarda
b) yalnız qanunla qadağan edilməmiş hallarda
c) yuxarı inzibati orqanın göstərişi olan hallarda
d) şəxsin hüquqları pozulan hallarda
e) inzibati aktın qəbulu üçün zəruri olan hallarda
336. İnzibati icraatda qarşılıqlı etimad dedikdə nə başa düşülür?
a) inzibati orqanla fiziki və ya hüquqi şəxs arasındakı qarşılıqlı münasibətlərdə müəyyən qanuni hərəkətlərə və ya inzibati praktikaya əsaslanan inam
b) inzibati orqanla fiziki və ya hüquqi şəxs arasındakı qarşılıqlı münasibətlərdə bir-birinə olan inam
c) inzibati orqanla fiziki və ya hüquqi şəxs arasındakı qarşılıqlı münasibətlərdə təqdim olunmuş sənədlərin və materialların mötəbər hesab olunması
d) inzibati orqanla fiziki və ya hüquqi şəxs arasındakı qarşılıqlı münasibətlərdə tərəflərin bir-birindən şübhələnməməsi
e) inzibati orqanla fiziki və ya hüquqi şəxs arasındakı qarşılıqlı münasibətlərdə tərəflərin bir-biri ilə sözsüz razılaşması
337. İnzibati icraatda etimad hüququnun qorunması prinsipi aşağıdakılardan hansını nəzərdə tutmur?
a) inzibati orqanların inzibati praktikasına uyğun qəbul edilmiş inzubati aktların mübahisələndirilməsinə yol verilmir
b) inzibati orqanların inzibati praktikasına fiziki və ya hüquqi şəxslərin etimadı qanunla qorunur
c) inzibati orqan mövcud inzibati praktikaya uyğun hərəkət etməyə borcludur
d) fiziki və ya hüquqi şəxslərin etimadı qanunsuz hərəkətlərə əsaslana bilməz
e) etimad hüququnun qorunması prinsipi sadalananlardan hamısını nəzərdə tutur
338. “İnzibati icraat haqqında” Qanuna əsasən mövcud inzibati praktikanın yeni praktika ilə dəyişdirilməsinə hansı hallarda yol verilir?
a) yalnız ictimai maraqların tələb etdiyi hallarda
b) yalnız milli maraqların tələb etdiyi hallarda
c) yalnız ümumxalq maraqlarının tələb etdiyi hallarda
d) yalnız dövlət maraqlarının tələb etdiyi hallarda
e) yalnız müvafiq unzibati orqanın maraqların tələb etdiyi hallarda
339. “İnzibati icraat haqqında” Qanuna əsasən diskresion səlahiyyətlər nədir?
a) qanunla inzibati orqana və ya vəzifəli şəxsə mümkün qanunauyğun qərarlardan birini seçmək hüququnun verilməsi
b) qanunla inzibati orqana və ya vəzifəli şəxsə sərbəst mülahizələr əsasında istədiyi qərarı qəbul etmək hüququnun verilməsi
c) qanunla inzibati orqana və ya vəzifəli şəxsə hüquq normalarından kənara çıxmaq hüququnun verilməsi
d) qanunla inzibati orqana və ya vəzifəli şəxsə insan hüquq və azadlıqlarına sərbəst müdaxilə hüququnun verilməsi
e) yuxarı orqan tərəfindən inzibati orqana və ya vəzifəli şəxsə əlavə hüquqların verilməsi
340. İnzibati orqan diskresion səlahiyyətlərini necə həyata keçirməyə borcludur?
a) qanunla müəyyən olunmuş hüdudlar daxilində
b) qanunla qadağan olunmamış hüdudlar daxilində
c) özunun müəyyən etdiyi hüdudlar daxilində
d) yuxarı inzibati orqanın müəyyən etdiyi hüdudlar daxilində
e) tam sərbəst mülahizələr əsasında
341. Diskresion səlahiyyətlərin həyata keçirilməsi zamanı fiziki və ya hüquqi şəxslərin hüquq və azadlıqlarının əsassız məhdudlaşdırılmasına yönəldilmiş qərarlar qəbul oluna bilərmi?
a) qəbul oluna bilməz
b) milli maraqlar tələb etdikdə, qəbul oluna bilər
c) dövlət maraqları tələb etdikdə, qəbul oluna bilər
d) ictimai təhlukəsizlik maraqları tələb etdikdə, qəbul oluna bilər
e) ictimai əxlaq və mənəviyyat mülahizələrinə görə qəbul oluna bilər
342. Formal tələblərə əməl olunmasını təmin etmək məqsədi ilə inzibati orqanlar tərəfindən fiziki və hüquqi şəxslərin üzərinə bu və ya başqa öhdəliklərin qoyulmasına yol verilirmi?
a) qanunla məcburi şərt kimi nəzərdə tutulmuş hallar istisna olmaqla, qadağandır
b) qanunla yol verilmış hallar istisna olmaqla, qadağandır
c) qanunla qadağan edilmış hallar istisna olmaqla, yol verilir
d) bütün hallarda qadağandır
e) bütün hallarda yol verilir
343. İnzibati orqan aşağıdakı halların hansında maraqlı şəxsləri və ya onların nümayəndələrini dinləməkdən imtina edə bilməz?
a) maraqlı şəxslərin tələblərinin tam təmin olunduğu inzibati aktın qəbul edilməsi nəzərdə tutulduqda
b) maraqlı şəxslərin tələblərinin tam təmin olunduğu inzibati aktın qəbul edilməsi nəzərdə tutulduqda
c) inzibati aktların məcburi qaydada icrası ilə bağlı tədbirlərin tətbiqi nəzərdə tutulduqda
d) dinləmənin keçirilməsi inzibati aktın qəbul edilməsi ilə bağlı müddətin buraxılmasına səbəb ola biləcəyi halda
e) sadalanan halların hamısında
344. Aşağıdakılardan hansi inzibati icraatda inzibati orqanın vəzıfəsi kimi müəyyən edilməyib?
a) sübutların toplanmasında maraqlı şəxsə yardım etmək
b) ərizə və ya vəsatətlərin verilməsində maraqlı şəxsə yardım etmək
c) ərizə və ya vəsatətdə buraxılmış səhvlərin aşkar edilməsində və onların aradan qaldırılmasında maraqlı şəxsə yardım maraqlı şəxsə yardım etmək
d) inzibati icraatda iştirak edən şəxsin malik olduğu hüquq və vəzifələri ona izah etmək
e) sadalananların hamısı hansi inzibati icraatda inzibati orqanın vəzıfəsi kimi müəyyən edilib
345. İnzibati icraat zamanı işin bütün hallarının araşdırılmasının üsulu və həcmi necə müəyyən edilir
a) inzibati orqan tərəfindən müəyyən edilir
b) ərizəçi tərəfindən tərəfindən müəyyən edilir
c) maraqlı şəxs tərəfindən müəyyən edilir
d) maraqlı şəxslə cavabdehin qarşılıqlı razılığı ilə tərəfindən müəyyən edilir
e) subordinasiya baxımından yuxarı inzibati orqan tərəfindən müəyyən edilir
346. İnzibati icraat zamanı inzibati orqan maraqlı şəxslərin izahatları ilə və təqdim etdiyi sübutlarla bağlıdırmı?
a) bağlı deyildir
b) bağlıdır
c) yalnız qanunda birbaşa nəzərdə tutulan hallarda bağlıdır
d) qanunda birbaşa nəzərdə tutulan hallarda müstəsna hallardan başqa, bağlı deyildir
e) bu məsələni inzibati orqan hər bir konkret halda özü həll edir
347. İnzibati icraat zamanı inzibati orqan öz təşəbbüsü ilə əlavə sübutlar toplaya bilərmi?
a) təqdim olunmuş sübutlar yetərli olmadıqda, toplamağa borcludur
b) qanunda birbaşa nəzərdə tutulmuş hallarda toplamağa borcludur
c) qanunda birbaşa nəzərdə tutulmuş hallarda toplaya bilər
d) bütün hallarda toplamağa borcludur
e) heç bir halda toplaya bilməz
348. İnzibati icraatla bağlı məlumatlar başqa şəxslərə verilə bilərmi?
a) qanunla başqa qayda nəzərdə tutulmamışdırsa, yalnız maraqlı şəxslərin razılığı əsasında verilə bilər
b) qanunla başqa qayda nəzərdə tutulmamışdırsa, yalnız subordinasuya baxımından yuxarı inzibati orqanın razılığı əsasında verilə bilər
c) qanunla başqa qayda nəzərdə tutulmamışdırsa, sərbəst şəkildə verilə bilər
d) yalnız qanunla nəzərdə tutulmuş hallarda verilə bilər
e) heç bir halda verilə bilməz
349. İnzibati icraatda ərizə dedikdə nə başa düşülür?
a) maraqlı şəxsin inzibati aktın qəbul edilməsi və ya ona məxsus olan hər hansı hüququn həyata keçirilməsi ilə bağlı inzibati orqana yazılı müraciəti
b) maraqlı şəxsin pozulmuş hüquqlarının bərpası ilə bağlı inzibati orqana yazılı müraciəti
c) maraqlı şəxsin müvafiq orqanın fəaliyyətinin təkmilləşdirilməsi ilə bağlı inzibati orqana yazılı müraciəti
d) maraqlı şəxsin müvafiq orqanın fəaliyyəti barədə subyektiv mülahizələrini əks etdirən yazılı müraciəti
e) maraqlı şəxsin inzibati orqana istənilən yazılı müraciəti
350. İnzibati icraatda hüquqlarını və qanunla qorunan maraqlarını müdafiə etmək məqsədilə maraqlı şəxsin inzibati aktdan, inzibati aktın qəbul edilməsindən imtinadan və yaxud inzibati orqanın hərəkət və ya hərəkətsizliyindən subordinasiya baxımından yuxarı inzibati orqana yazılı müraciəti nə adlanır?
a) inzibati şikayət
b) inzibati ərizə
c) inzibati təklif
d) inzibati tənqid
e) inzibati müraciət
351. İnzibati icraatda inzibati orqan tərəfindən ümumi (publik) hüquq sahəsinə aid olan müəyyən (konkret) məsələni nizama salmaq və ya həll etmək məqsədi ilə qəbul edilmiş və ünvanlandığı hüquqi və ya fiziki şəxs (şəxslər) üçün müəyyən hüquqi nəticələr yaradan qərar, sərəncam və ya digər növ hakimiyyət tədbiridir necə adlanır?
a) inzibati akt
b) inzibati tədbir
c) inzibati qərar
d) inzibati sərəncam
e) inzibati müraciət
352. İnzibati icraatda hansı akt aralıq inzibati akt hesab olunur?
a) konkret icraatın təşkili və həyata keçirilməsi ilə bağlı inzibati orqan tərəfindən qəbul e dilən akt
b) konkret icraatın nəticəsi kimi inzibati orqan tərəfindən qəbul edilən akt
c) konkret müraciətin həll edilməsi ilə bağlı inzibati orqan tərəfindən qəbul edilən akt
d) konkret inzibati şikayətin həll edilməsi ilə bağlı inzibati orqan tərəfindən qəbul edilən akt
e) konkret icraatın vaxtının uzadılması ilə bağlı inzibati orqan tərəfindən qəbul edilən akt
353. İnzibati icraatda maraqlı şəxsə hüquq verən və ya onun hüququnu təsdiq edən, yaxud onun üzərinə qoyulmuş vəzifəni (vəzifələri) götürən akt necə adlanır?
a) əlverişli inzibati akt
b) səmərəli inzibati akt
c) sərfəli inzibati akt
d) yüngülləşdirici inzibati akt
e) xeyirli inzibati akt
354. İnzibati icraatda maraqlı şəxsi hüquqdan məhrum edən və ya onun hüququnu məhdudlaşdıran, yaxud onun üzərinə müəyyən vəzifə (vəzifələr) qoyan akt necə adlanır?
a) əlverişsiz (yükləyici) inzibati akt
b) məhdudlaşdırıcı inzibati akt
c) ağırlaşdırıcı inzibati akt
d) öhdəlik yaradan inzibati akt
e) səmərəsiz inzibati akt
355. Poçt rabitəsi vasitəsilə ölkə daxilində göndərilmiş inzibati akt nə zaman maraqlı şəxsə təqdim olunmuş sayılır?
a) onun poçta təqdim edildiyi gündən 5 gün keçdikdən sonra
b) onun poçta təqdim edildiyi gündən 3 gün keçdikdən sonra
c) onun poçta təqdim edildiyi gündən
d) onun maraqlı şəxs tərəşindən alındığı gündən
e) onun maraqlı şəxs tərəşindən alındığını təsdiq edən bildiriş inzibati orqana qaytarıldığı gündən
356. Elektron üsulla göndərilmiş inzibati akt nə zaman maraqlı şəxsə təqdim olunmuş sayılır?
a) onun göndərildiyi gündən 3 gün keçdikdən sonra
b) onun göndərildiyi gündən 5 gün keçdikdən sonra
c) onun göndərildiyi gündən 7 gün keçdikdən sonra
d) onun göndərildiyi gündən
e) inzibati akt maraqlı şəxsə elektron üsulla göndərilə bilməz
357. Hansı hallarda yazılı inzibati akt kütləvi informasiya vasitələrində dərc olunur?
a) Azərbaycan Respublikasının qanunvericiliyi ilə nəzərdə tutulmuş hallarda
b) Azərbaycan Respublikasının qanunvericiliyi ilə başqa qayda nəzərdə tutulmadığı hallarda
c) inzibati orqanın müəyyən etdiyi hallarda
d) maraqlı şəxsin tələb etdiyi hallarda
e) yazılı inzibati akt kütləvi informasiya vasitələrində dərc oluna bilməz
358. Dərc edilmiş inzibati akt nə zaman elan olunmuş sayılır?
a) dərc edildiyi gündən 10 gün keçdikdən sonra
b) dərc edildiyi gündən 7 gün keçdikdən sonra
c) dərc edildiyi gündən 5 gün keçdikdən sonra
d) dərc edildiyi gündən
e) inzibati akt dərc oluna bilməz
359. İnzibati orqan qəbul etdiyi inzibati aktda olan səhvləri düzəldə bilərmi?
a) yalnız yazı və hesab səhvlərini düzəldə bilər
b) bütün səhvləri düzəldə bilər
c) icraat iştirakçılarının hamısının razılığı ilə düzəldə bilər
d) maraqlı şəxs etiraz etmədikdə, düzəldə bilər
e) düzəldə bilməz
360. İnzibati akt nə zaman hüquqi qüvvəyə minir?
a) ünvanlandığı şəxsə və ya maraqlarına toxunduğu şəxsə bu barədə məlumat verildiyi andan və yaxud bu barədə həmin şəxslərə məlum olduğu andan
b) ünvanlandığı şəxsə və ya maraqlarına toxunduğu şəxsə bu barədə məlumat verildiyi və yaxud bu barədə həmin şəxslərə məlum olduğu gündən bir gün sonra
c) ünvanlandığı şəxsə və ya maraqlarına toxunduğu şəxsə bu barədə məlumat verildiyi və yaxud bu barədə həmin şəxslərə məlum olduğu gündən 3 gün sonra
d) ünvanlandığı şəxsə və ya maraqlarına toxunduğu şəxsə bu barədə məlumat verildiyi və yaxud bu barədə həmin şəxslərə məlum olduğu gündən 5 gün sonra
e) aktın özündə göstərildiyi gündən
361. Aşağıdakılardan hansı inzibati icraatın başlanılması üçün əsas hesab olunmur?
a) kütləvi informasiya vasitələrində dərc olunmuş məlumat
b) fiziki və ya hüquqi şəxsin ərizəsi
c) inzibati orqanın təşəbbüsü
d) inzibati orqanın inzibati aktı qəbul etmək vəzifəsi
e) inzibati şikayət
362. Fiziki və ya hüquqi şəxsin ərizəsi olduqda inzibati icraat nə zamandan başlanır?
a) ərizənin qeydiyyata alındığı andan
b) ərizənin qeydiyyata alındığı gündən
c) ərizənin müvafiq inzibati orqana daxil olduğu andan
d) ərizənin müvafiq inzibati orqana daxil olduğu gündən
e) inzibati icraatın başlanması haqqında qərardadın qəbul olunduğu andan
363. İnzibati şikayət verildikdə inzibati icraat nə zamandan başlanır?
a) şikayətin qeydiyyata alındığı andan
b) şikayətin müvafiq inzibati orqana daxil olduğu andan
c) şikayətin araşdırılmasının müvafiq vəzifəli şəxsə tapşırıldığı andan
d) şikayətin qeydiyyat tarixi və nömrəsi haqqında ərizəçiyə bildirişin təqdim olunduğu andan
e) ilkin araşdırmadan sonra şikayət üzrə icraatın başlanması haqqında qərarın qəbul olunduğu andan
364. İnzibati orqanın təşəbbüsü olduqda inzibati icraat nə zamandan başlanır?
a) maraqlı şəxsə icraat haqqında məlumat verildiyi və ya maraqlı şəxsə münasibətdə ilk prosessual hərəkətin həyata keçirildiyi andan
b) inzibati orqanın təşəbbüsünün qeydiyyata alındığı andan
c) inzibati orqanın təşəbbüsünün qeydiyyata alındığı gündən
d) maraqlı şəxsə icraat haqqında məlumat verildiyi gündən
e) maraqlı şəxsə münasibətdə ilk prosessual hərəkətin həyata keçirildiyi gündən
365. İnzibati icraatda ərizənin forması necə olmalıdır?
a) yazılı
b) şifahi
c) bir qayda olaraq, yazılı
d) bir qayda olaraq, şifahi
e) yazılı və ya şifahi
366. İnzibati icraatda ərizənin müvafiq inzibati orqana verilməsi qaydası necədir?
a) ərizə maraqlı şəxs tərəfindən müvafiq inzibati orqana şəxsən təqdim olunur və ya poçt rabitəsi vasitəsilə, yaxud elektron üsulla göndərilir
b) ərizə yalnız müvafiq inzibati orqana şəxsən təqdim olunmalıdır
c) ərizə yalnız poçt rabitəsi vasitəsilə göndərilməlidir
d) ərizə yalnız elektron üsulla göndərilməlidir
e) ərizə kütləvi informasiya vasitələrində dərc olunmalıdır
367. İnzibati orqan ərizəçi tərəfindən şəxsən təqdim olunmuş və ya poçt rabitəsi vasitəsilə daxil olmuş ərizəni hansı muddətdə qeydiyyata almalıdır?
a) həmin gün
b) daxil olduqdan ən geci bir gün sonra
c) daxil olduqdan ən geci iki gün sonra
d) daxil olduqdan ən geci üc gün sonra
e) daxil olduqdan ən geci beş gün sonra
368. İnzibati orqan hansı müddətdə ərizənin qeydiyyat tarixi və nömrəsi haqqında ərizəçiyə arayış verməyə və ya göndərməyə borcludur?
a) ərizənin qəbul edildiyi gündən ən geci üç gün müddətində
b) ərizənin qəbul edildiyi gündən ən geci beş gün müddətində
c) ərizənin qəbul edildiyi gündən ən geci iki gün müddətində
d) ərizənin qəbul edildiyi gündən ən geci bir gün müddətində
e) ərizənin qəbul edildiyi gün
369. İnzibati orqanın vəsatətlərlə əlaqədar hansı vəzifəsi vardır?
a) inzibati orqan vəsatəti qəbul etməyə və icraat materiallarına əlavə etməyə borcludur
b) inzibati orqan vəsatəti qəbul etməyə borcludur və icraat materiallarına əlavə edə bilər
c) inzibati orqan vəsatəti qəbul etməyə borcludur, lakin icraat materiallarına əlavə etməyə borclu deyil
d) inzibati orqan yalnız qanunla müəyyən edilən hallarda vəsatəti qəbul etməyə və icraat materiallarına əlavə etməyə borcludur
e) inzibati orqan öz mülahizəsi əsasında vəsatəti qəbul edə və icraat materiallarına əlavə edə bilər
370. İnzibati orqan ərizənin forması və məzmununa dair qanunla nəzərdə tutulmuş tələblərə uyğunluğunu hansı müddətdə yoxlayır?
a) üç gün müddətində
b) iki gün müddətində
c) bir gün müddətində
d) beş gün müddətində
e) yeddi gün müddətində
371. Əlavə sənədlərin və ya məlumatların təqdim edilməsi üçün inzibati orqan tərəfindən hansı müddət təyin edilə bilər?
a) 15 gündən çox olmayan müddət
b) 10 gündən çox olmayan müddət
c) 20 gündən çox olmayan müddət
d) 25 gündən çox olmayan müddət
e) əlavə sənədlərin və ya məlumatların təqdim edilməsi üçün inzibati orqan tərəfindən müddət təyin edilə bilməz
372. Təyin edilmiş müddətdə əlavə sənədlərin və ya məlumatların inzibati orqana təqdim olunmaması hansı hüquqi nəticəyə səbəb olur?
a) qanunda başqa qayda nəzərdə tutulmamışdırsa, ərizəyə baxılması ilə bağlı müddətin axımı dayandırılır
b) qanunda başqa qayda nəzərdə tutulmamışdırsa, ərizəyə baxılması ilə bağlı müddətin axımı davam edir
c) qanunda başqa qayda nəzərdə tutulmamışdırsa, əlavə sənədlər və ya məlumatlarsız ərizəyə baxılır
d) qanunda başqa qayda nəzərdə tutulmamışdırsa, ərizəçinin tələbi təmin edilmir
e) qanunda başqa qayda nəzərdə tutulmamışdırsa, ərizəyə baxılmasından imtina edilir
373. Təyin edilmiş müddətdə əlavə sənədlərin və ya məlumatların inzibati orqana təqdim olunmaması nəticəsində ərizəyə baxılması ilə bağlı müddətin dayandırılmış axımı nə zamandan bərpa olunur?
a) əlavə sənədlərin və ya məlumatların inzibati orqana təqdim olunduğu andan
b) əlavə sənədlərin və ya məlumatların inzibati orqana təqdim olunduğu gündən
c) əlavə sənədlərin və ya məlumatların inzibati orqana təqdim olunduqdan bir gün sonra
d) əlavə sənədlərin və ya məlumatların təqdim edilməsi üçün inzibati orqan tərəfindən təkrar müəyyən edilmiş müddət bitdiyi andan
e) əlavə sənədlərin və ya məlumatların təqdim edilməsi üçün inzibati orqan tərəfindən təkrar müəyyən edilmiş müddət bitdiyi gündən
374. Ərizəyə baxılması başqa inzibati orqanın səlahiyyətlərinə aid olduğu halda, ərizəçinin müraciət etdiyi inzibati orqan nə etməlidir?
a) ərizəni və ona əlavə olunmuş sənədləri səlahiyyətli inzibati orqana göndərməlidir
b) ərizəni qeydə almamalıdır
c) ərizəni və ona əlavə olunmuş sənədləri geri qaytarmalıdır
d) ərizəyə baxılmasının başqa inzibati orqanın səlahiyyətlərinə aid olduğunu ərizəçiyə bildirməklə, onu baxılmamış saxlamalıdır
e) öz mülahizəsinə görə sadalananlardan hər hansı birini edə bilər
375. Ərizəyə baxılması başqa inzibati orqanın səlahiyyətlərinə aid olduğu halda, ərizəçinin müraciət etdiyi inzibati orqan ərizəni və ona əlavə olunmuş sənədləri səlahiyyətli inzibati orqana hansı müddətdə göndərməlidir?
a) ərizənin daxil olduğu vaxtdan ən geci 10 gün müddətində
b) ərizənin daxil olduğu vaxtdan ən geci 7 gün müddətində
c) ərizənin daxil olduğu vaxtdan ən geci 5 gün müddətində
d) ərizənin daxil olduğu vaxtdan ən geci 3 gün müddətində
e) ərizənin daxil olduğu vaxtdan ən geci 15 gün müddətində
376) Ərizə və ona əlavə edilmiş sənədlərin səlahiyyətli inzibati orqana göndərilməsi barədə ərizəçiyə hansı müddətdə yazılı şəkildə əsaslaşdırılmış məlumat verilməlidir?
a) 6 gün müddətində
b) 5 gün müddətində
c) 4 gün müddətində
d) 3 gün müddətində
e) 7 gün müddətində
377. İnzibati icraatda həmin iş üzrə qanuni qüvvəyə minmiş məhkəmə qərarı olduqda səlahiyyətli inzibati orqan tərəfindən hansı qərar qəbul edilir?
a) ərizənin baxılmamış saxlanılması haqqında
b) ərizənin geri qaytarılması haqqında
c) ərizənin müvafiq məhkəməyə göndərilməsi haqqında
d) ərizəni arxivə göndərilməsi haqqında
e) ərizəyə baxılmasının davam etdirilməsi haqqında
378. Aşağıdakı halların hansı şikayət verilə bilməyən inzibati aktın ləğv olunması və ya dəyişdirilməsi ilə bağlı təkrar ərizə ilə inzibati orqana müraciət üçün əsas hesab olunmur?
b) inzibati aktın qəbul olunması üçün əsas olmuş faktiki və ya hüquqi hallar maraqlı şəxsin xeyrinə dəyişdikdə
c) maraqlı şəxs üçün daha əlverişli inzibati aktın qəbuluna səbəb ola bilən yeni sübutlar aşkar olunduqda
d) inzibati aktın aldatma, hədə-qorxu və ya digər qanunsuz hərəkətlər nəticəsində qəbul edildiyi və ya inzibati orqanı təmsil edən şəxsin icraatın gedişatında cinayət törətdiyi qanuni qüvvəyə minmiş məhkəmə aktı ilə müəyyən olunduqda
e) sadalanan halların hamısı təkrar ərizə ilə inzibati orqana müraciət üçün əsasdır
379. İnzibati icraatın təzələnməsi ilə bağlı təkrar ərizə hansı müddətdə təqdim olunmalıdır?
a) icraatı təzələmək üçün əsas olan halların maraqlı şəxsə məlum olduğu gündən 3 ay müddətində
b) icraatı təzələmək üçün əsas olan halların maraqlı şəxsə məlum olduğu gündən 6 ay müddətində
c) icraatı təzələmək üçün əsas olan halların maraqlı şəxsə məlum olduğu gündən 9 ay müddətində
d) həmin iş üzrə əvvəlki inzibati aktın qəbul edilməsindən 3 il sonra
e) həmin iş üzrə əvvəlki inzibati aktın qəbul edilməsindən 5 il sonra
380. Aşağıdakılardan hansı inzibati orqanın mənafeyini təmsil edən vəzifəli şəxsə etiraz üçün əsas sayılmır?
a) müvafiq vəzifəli şəxs həmin işin nəticəsində şəxsən maraqlı olduqda
b) müvafiq vəzifəli şəxs işdə iştirak edən maraqlı şəxs və ya onun nümayəndəsi ilə qohumluq əlaqəsindədirsə və ya əvvəllər qohumluq əlaqəsində olmuşdursa
c) müvafiq vəzifəli şəxs işdə iştirak edən maraqlı şəxs və ya onun nümayəndəsi əvvəllər xidməti tabeçilik əlaqəsində olmuşdursa
d) müvafiq vəzifəli şəxs işdə iştirak edən maraqlı şəxsin nümayəndəsi olduqda
e) sadalananların hamısı vəzifəli şəxsə etiraz üçün əsas sayılır
381. İnzibati icraatda etiraz haqqında ərizəyə hansı müddətdə baxılmalıdır?
a) etirazın verildiyi vaxtdan ən geci bir gün müddətində
b) etirazın verildiyi vaxtdan ən geci iki gün müddətində
c) etirazın verildiyi vaxtdan ən geci üç gün müddətində
d) etirazın verildiyi gün
e) etiraz verilən kimi dərhal
382. İnzibati icraat zamanı ekspertiza nə üçün təyin edilə bilər?
a) iş üzrə faktiki hallarla bağlı sualları izah etmək üçün
b) elm və texnika sahəsinə aid olan məsələlər barəsində ixtisaslı rəy alınması üçün
c) sübutların aşkar edilməsində, götürülməsində və rəsmiləşdirilməsində kömək göstərilməsi üçün
d) habelə texniki vasitələrin tətbiq edilməsində kömək göstərilməsi üçün
e) sadalananların hamısı üçün
383. İnzibati icraatda müddətin axımı nə vaxtdan başlayır?
a) səlahiyyətli inzibati orqanda ərizənin və ya müraciətin qeydiyyata alındığı vaxtdan
b) ərizənin və ya müraciətin səlahiyyətli inzibati orqana təqdim olunduğu vaxtdan
c) ərizənin və ya müraciətin səlahiyyətli inzibati orqana göndərildiyi vaxtdan
d) ərizənin və ya müraciətin səlahiyyətli inzibati orqana daxil olduğu vaxtdan
e) ərizənin və ya müraciətin səlahiyyətli inzibati orqanda icraçıya verildiyi vaxtdan
384. İnzibati icraatın müddəti neçə gündür?
a) ən geci 30 gün
b) ən geci 40 gün
c) ən geci 45 gün
d) ən geci 50 gün
e) ən geci 60 gün
385. İnzibati icraatın müddəti hansı hallarda uzadıla bilər?
a) inzibati icraat üzrə əhəmiyyət kəsb edən halların müəyyən olunması üçün qanunla nəzərdə tutulmuş müddətdən daha artıq müddət tələb olunduğu hallarda
b) inzibati icraatın tamamlanması üçün qanunla nəzərdə tutulmuş müddətdən daha artıq müddət tələb olunduğu hallarda
c) işin bütün hallarının tam və hərtərəfli araşdırılması üçün qanunla nəzərdə tutulmuş müddətdən daha artıq müddət tələb olunduğu hallarda
d) iş üçün əhəmiyyətli ola bilən sübutların və materialların toplanması üçün qanunla nəzərdə tutulmuş müddətdən daha artıq müddət tələb olunduğu hallarda
e) sadalanan halların hamısında
386. İnzibati aktdan şikayət hansı müddətdə verilə bilər?
a) həmin inzibati aktın qüvvəyə mindiyi gündən 30 gün müddətində
b) həmin inzibati aktın qüvvəyə mindiyi gündən 60 gün müddətində
c) həmin inzibati aktın qüvvəyə mindiyi gündən 90 gün müddətində
d) həmin inzibati aktın qüvvəyə mindiyi gündən 120 gün müddətində
e) həmin inzibati aktın qüvvəyə mindiyi gündən bir il müddətində
387. İnzibati aktda ona qarşı mümkün hüquqi müdafiə vasitələri, bu hüquqi müdafiə vasitələrindən istifadə (şikayət vermə) qaydası və müddəti nəzərdə tutulmadıqda həmin inzibati aktdan şikayət hansı müddətdə verilə bilər?
a) həmin inzibati aktın qüvvəyə mindiyi gündən 6 ay müddətində
b) həmin inzibati aktın qüvvəyə mindiyi gündən 3 ay müddətində
c) həmin inzibati aktın qüvvəyə mindiyi gündən 9 ay müddətində
d) həmin inzibati aktın qüvvəyə mindiyi gündən 12 ay müddətində
e) həmin inzibati aktın qüvvəyə mindiyi gündən 18 ay müddətində
388. Aşağıdakı halların hansında inzibati aktdan şikayət onun onun qüvvəyə mindiyi gündən 6 ay müddətində verilə bilər?
a) inzibati akt onun ünvanlanmadığı digər maraqlı şəxslərin qanuni maraqlarına (ilk dəfə) toxunduqda
b) inzibati akt onun ünvanlandığı maraqlı şəxslərin qanuni maraqlarına (ilk dəfə) toxunduqda
c) inzibati akt maraqlı şəxsi hüquqdan məhrum etdikdə
d) inzibati akt maraqlı şəxsin hüququnu məhdudlaşdırdıqda
e) inzibati aktın özündə nəzərdə tutulduqda
389. İnzibati orqan inzibati şikayət verilməsi üçün buraxılmış müddətin bərpa olunmasına dair ərizəyə hansı müddətdə baxır?
a) 5 gün müddətində
b) 3 gün müddətində
c) 7 gün müddətində
d) 9 gün müddətində
e) 12 gün müddətində
390. Aşağıdakı aralıq inzibati aktların hansından müstəqil şəkildə şikayət verilə bilməz?
a) ekspertizanın təyin edilməsi ilə bağlı aralıq inzibati aktlardan
b) səlahiyyətlə bağlı inzibati aktlardan
c) etirazla bağlı inzibati aktlardan
d) icraat üzrə materialların tanış olmaq üçün maraqlı şəxsə təqdim edilməsindən imtina olunması ilə bağlı inzibati aktlardan
e) iş üzrə maraqlı şəxsə məlumat verilməsindən imtina olunması ilə bağlı inzibati aktlardan
391. İnzibati şikayət hansı formada tərtib edilir?
a) yazılı formada
b) şifahi formada
c) şikayətçinin mülahizəsindən asılı olaraq yazılı və ya şifahi formada
d) qanunda birbaşa nəzərdə tutulan hallarda yazılı formada, digər hallarda şifahi formada
e) qanunda birbaşa nəzərdə tutulan müstsna hallar istisna olmaqla, yazılı formada
392. İnzibati aktdan eyni zamanda həm inzibati, həm də məhkəmə qaydasında şikayət verildiyi hallarda məsələ necə həll olunur?
a) şikayətə məhkəmə qaydasında baxılır
b) şikayətə inzibati qaydada baxılır
c) şikayətə həm inzibati qaydada və həm də məhkəmə qaydasında baxılır
d) şikayətə əvvəlcə inzibati qaydada, sonra isə məhkəmə qaydasında baxılır
e) şikayətə hansı qaydada baxılmasını seçmək şikayətçiyə təklif olunur
393. İnzibati qaydada şikayət müvafiq şikayət instansiyasına necə təqdim edilir?
a) birbaşa və ya inzibati aktı qəbul etmiş inzibati orqan vasitəsilə təqdim edilir
b) yalnız birbaşa şikayət instansiyasına təqdim edilir
c) yalnız həmin inzibati aktı qəbul etmiş inzibati orqan vasitəsilə təqdim edilir
d) yalnız poçt vasitəsilə şikayət instansiyasına göndərilir
e) bütün mümkün üsullardan istifadə olunur
394. Həmin inzibati aktı qəbul etmiş inzibati orqan vasitəsilə təqdim edilmiş şikayət hansı müddətdə şikayət instansiyasına göndərilməlidir?
a) 3 gün müddətində
b) 5 gün müddətində
c) 7 gün müddətində
d) bir gün müddətində
e) dərhal
395. İnzibati şikayətə baxılması hansı hallarda şikayət olunan inzibati aktı qəbul etmiş inzibati orqana və ya onun vəzifəli şəxslərinə həvalə edilə bilər?
a) heç bir halda həvalə edə bilməz
b) bütün hallarda həvalə edilə bilər
c) müstəsna hallarda həvalə edilə bilər
d) yuxarı orqanın razılığı ilə həvalə edilə bilər
e) şikayətçinin razılığı ilə həvalə edilə bilər
396. Şikayət instansiyası hansı müddətində inzibati şikayətə baxmağa və mahiyyəti üzrə qərar qəbul etməyə borcludur?
a) şikayətin daxil olduğu gündən 1 ay müddətində
b) şikayətin daxil olduğu gündən 2 ay müddətində
c) şikayətin daxil olduğu gündən 15 gün müddətində
d) şikayətin daxil olduğu gündən 45 gün müddətində
e) şikayətin daxil olduğu gündən 3 ay müddətində
397. İnzibati şikayətin verilməsi şikayət olunan inzibati aktın icrasını dayandırırmı?
a) dayandırmır
b) dayandırır
c) şikayətçinin xahişi olduqda dayandırır
d) şikayətçinin və cavabdehin birgə xahişi olduqda dayandırır
e) cavabdehin razılığı ilə dayandırır
398. İnzibati icraatda şikayət instansiyası aşağıdakılardan hansını edə bilməz?
a) şikayəti araşdırmaq üçün barəsində şikayət verilən inzibati aktı qəbul etmiş inzibati orqana həvalə etmək
b) inzibati aktı dəyişdirmədən, inzibati şikayəti isə təmin etmədən saxlamaq
c) inzibati aktı tamamilə və ya qismən ləğv edərək işdə olan və ya əlavə təqdim olunmuş sübutlar əsasında yeni inzibati akt qəbul etmək
d) inzibati aktı dəyişdirmək
e) şikayət instansiyası sadalananların heç birini edə bilməz
399. Qanunsuz inzibati akt hansı müddətdə ləğv edilə bilər?
a) həmin aktın ləğv olunmasını şərtləndirən hallar məlum olduğu gündən bir il ərzində
b) həmin aktın ləğv olunmasını şərtləndirən hallar məlum olduğu gündən iki il ərzində
c) həmin aktın ləğv olunmasını şərtləndirən hallar məlum olduğu gündən üç il ərzində
d) həmin aktın ləğv olunmasını şərtləndirən hallar məlum olduğu gündən 9 ay ərzində
e) həmin aktın ləğv olunmasını şərtləndirən hallar məlum olduğu gündən 6 ay ərzində
400. Qanunsuz inzibati aktın ləğv edilməsi üçün nəzərdə tutulan müddət aşağıdakı halların hansına şamil olunmur?
a) rüşvət, hədə-qorxu və ya aldatma yolu ilə inzibati aktın qəbul edilməsinə nail olduqda
b) səhv və ya təhrif olunmuş məlumatları əks etdirən sənədlər təqdim etməklə inzibati aktın qəbul edilməsinə nail olduqda
c) inzibati aktın qanunsuz olduğunu bildiyi və ya kobud ehtiyatsızlıq nəticəsində bilmədiyi halda
d) sadalanan halların hamısına
e) sadalanan halların heç birinə
Dostları ilə paylaş: |