İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzi və TÜv avstriya



Yüklə 26,68 Kb.
tarix22.10.2017
ölçüsü26,68 Kb.
#9141


c:\users\admin\desktop\şəxsi\aaeaaqaaaaaaaanoaaaajdmwzty3yjy4ltkyogetndjhyi1imgmxlwexytrizdfimwyxmw.jpg

İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzi və TÜV Avstriya

Azərbaycan Respublikasında qeyri-neft sektorunu sürətlə inkişaf etdirmək, sahibkarlığın inkişafına əsaslanan, diversifikasiya olunmuş, rəqabətqabiliyyətli və dayanıqlı iqtisadi artımı təmin edən milli iqtisadiyyatın formalaşdırılmasına nail olmaq dövlətin iqtisadi siyasətinin başlıca hədəfidir.

Son illər ölkədə aparılan uğurlu iqtisadi islahatlar nəticəsində bu sahədə bir sıra əhəmiyyətli nailiyyətlər əldə edilmiş, biznes və investisiya mühiti daha da yaxşılaşdırılmış, makroiqtisadi və maliyyə sabitliyi bərqərar edilmiş, ticarət balansında müsbət saldo bərpa olunmuş və valyuta ehtiyatları əhəmiyyətli miqdarda artmışdır. Azərbaycan Respublikası prezidentinin apardığı sürətli iqtisadi islahatlar ölkənin ixrac potensialına təsir edərək, ildən ilə artmağa davam edir.

İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzi yanında “Bir Pəncərə” İxraca Dəstək Mərkəzi ixracatçı sahibkarların maarifləndirilməsi, korporativ idarəetmə standartları və sistemlərinin tətbiq olunması istiqamətində fəaliyyətini davam etdirir. Belə ki, Mərkəz sahibkarların dünyanın əksər dövlət və şirkətləri tərəfindən tələb olunan standart və sertifikatları haqqında məlumatlandırmaq istiqamətində maarifləndirici proqrama start verir. Proqram çərçivəsində sahibkarlar ixrac missiyalarını daha rahat, sürətli və effektiv həyata keçirmək tələb olunan standartlar haqqında məlumat alacaqlar.

“Bir Pəncərə” İxraca Dəstək Mərkəzi Avropanın ən qədim yüksək reytinqinə malik TÜV – Avstriya beynəlxalq sertifikatlaşdırma şirkəti ilə birlikdə Qida məhsullarının Təhlükəsizliyi idarəetmə sistemləri və Kənd Təsərrüfatı istehsalını idarəetmə sistemi (Global G.A.P) üzrə təlim keçiriləcəkdir.

Təlim 24 Oktyabr 2017-ci il tarixində saat 10:00-dan 16:00-a kimi İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzində keçiriləcəkdir.



Təlim proqramı ilə əlaqədar əlavədə tanış ola bilərsiniz.

Birinci hissə: 10:00-12:30

KƏND TƏSƏRRÜFATI İSTEHSALINI İDARƏETMƏ SİSTEMİ (GLOBAL G.A.P. ) üzrə TƏLİM PLANI

Təlimatçı: MURADOVA RƏNA
  1. Qlobal Qida Təhlükəsizliyi Təşəbbüsü (Global Food Safety Initiative) haqqında məlumat:

  • təşkilatın strukturu;

  • missiyası və məqsədləri;

  • əməkdaşlıq sahəsi və

  • tətbiq etdikləri standartlar.

  1. GLOBAL G.A.P. standartı barədə ümumi məlumat.

  2. Standartın fermer təsərrüfatı üzrə tətbiq sahələri:

  • bitkiçilik;

  • heyvandarlıq;

  • akvatəsərrüfat.

  1. Standartın tətbiqindən əladə olunan üstünlüklər.

  2. GLOBAL G.A.P. - İLKİN PROQRAMLARI barədə.

  3. GLOBAL G.A.P. - SƏNƏDLƏRİN “MODUL BAZASI”nın tətbiqi:

  • Sənədlərin idarəolunması və daxili nəzarət;

  • Sahənin tarixi və idarəolunması;

  • İşçilərin sağlamlığının qorunması və sosial təminat;

  • Tullantıların idarəolunması və ətraf mühitin çirklənməsinin nəzarətdə saxlanması, emal və təkrar istifadə (recycling);

  • Ətraf mühitin mühafizəsi;

  • Şikayətlər (reklamasiyalar);

  • İzlənilmə;

  • Toxumların istifadəsi;

  • Torpağın istifadəsi;

  • Mineral gübrələrin istifadə olunması;

  • Suvarma;

  • Sudan istifadə siyasəti;

  • Bitkilərin kompleks mühafizəsi (pestisidlərdən istifadə);

  • Məhsulun yığımı;

  • Fermer birləşmələrin ümumi siyasəti;

  • Fermer birləşmələrin məqsədləri;

  • Fermerlərin tədrisi və təlimatlandırılması;

  • Keyfiyyət üzrə təlimat (əl kitabı)



İkinci hissə: 13:00-16:00

QİDA MƏHSULLARININ TƏHLÜKƏSİZLİYİ İDARƏETMƏ SİSTEMLƏRİ.

TƏLİM PLANI

Təlimatçı: MURADOVA RƏNA
  1. Qida məhsulların təhlükəsizliyi standartı haqqında məlumat, tətbiqindən əldə olunan faydalar.

  2. İSO 22000 standartının tətbiq sahəsi.

  3. İSO 22000 standartıçərçivəsində ümumi tələblər.

  4. Qida məhsulların təhlükəsizliyinin təminatında müəssisənin ali rəhbərliyinin məsuliyyəti və rolu.

  5. Resursların idarəolunması.

  6. Təhlükəsiz məhsul istehsalı:

  • İlkin şərtlər proqramı;

  • Təhlükələrin təhlili və qiymətləndirilməsi;

  • HACCP planı;

  • Verifikasiya tədbirlərinin planlaşdırılması;

  • İzlənilmə sistemi;

  • Uyğunsuzluqların idarəolunması.

  1. Qida məhsulların təhlükəsizliyi sistemi üzrə monitorinq və ölçmələr.


Yüklə 26,68 Kb.

Dostları ilə paylaş:




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin