205. Milli gəlirin tərkibinə daxildir:
A)) İl ərzində yeni yaradılmış dəyər
B) İl ərzində yeni yaradılmış istehsal vasitələrinin dəyəri
C) İl ərzində yeni yaradılmış istehlak şeylərinin dəyəri
D) İl ərzində yeni yaradılmış ümumimilli məhsulun dəyəri
E) İl ərzində yeni yaradılmış xalis gəlir
206. Milli sərvət nədir?
A)) Bütün insan nəsillərinin əməyi ilə yaradılan sərvət və təbii ehtiyatlardır
B) Bütün insan nəsillərinin əməyi ilə yaradılan sərvətdir
C) Ölkədə mövcud olan təbii ehtiyatlardır
D) Yalnız bir ildə yaradılan sərvət və təbii ehtiyatlardır
E) Müəyyən dövrdə insan nəsillərinin əməyi ilə yaradılan sərvət və təbii ehtiyatlardır
207. Əmtəə - pul münasibətləri hansı əsrlərdə formalaşmağa başlamışdır?
A)) XI – XVI əsrlərdə;
B) VI – VII əsrlərdə;
C) VII – VIII əsrlərdə;
D) VIII – IX əsrlərdə
E) IX – X əsrlərdə.
208. Merkantilizm nəzəriyyəsinə görə sərvətin mənbəyinin hansı sahədə olduğu göstərilir?
A)) xarici ticarətdə
B) fermer təsərrüfatında;
C) sənayedə;
D) istehsalda;
E) maliyyədə.
209. Fizokratlar sərvətin mənbəyinin hansı sahə olduğunu göstərirlər:
A)) istehsalda;
B) sənayedə;
C) ticarətdə;
D) sənətkarlıqda;
E) maliyyədə.
210. Fransız iqtisadçısı Jan Batist Sey sərvətin yaranma mənbəyini nədə görür?
A)) əmək, kapital, torpaqda;
B) əmək, kapital, təşkildə;
C) torpaq, əmək, təşkildə;
D) kapital, torpaq, ideyada;
E) ideya, əmək, torpaqda.
211. İnflyasiyanın təzahür formaları:
A)) Pulun alıcılıq qabiliyyətinin aşağı düşməsi və qiymətlərin qeyri- bərabərliyi)
B) Əmtəələrin qiymətlərinin yüksəlməsi
C) Tələbin təklifdən az olması
D Bazarda məhsul bolluğunun yaranması
E) Qiymətlərin əmtəə təklifinə nisbətən artması
212. İnflyasiya səviyyəsini müəyyən edən variantı göstərin.
A) Topdansatış qiymətləri ilə pərakəndə satış qiymətləri arasındakı fərq
B) Həyat səviyyəsi
C) İstehlak şeylərinin qiyməti
D)) Qiymət indeksi
E) Nominal gəlirlərlə real gəlirlər arasındakı fərq
213. İnflyasiyanı doğuran səbəblərə aid variantı göstərin.
A)) Məcmu tələblə məcmu təklif arasındakı tarazlığın pozulması
B) Məcmu tələblə məcmu təklif arasındakı uyğunluğun mövcudluğu
C) İstehsal amillərini qiymətlərinin dəyişməsi
D) İstehsal vasitələrinə nisbətən iş qüvvəsinin qiymətinin dəyişməsi
E) Bazarda əmtəə çatışmazlığının qiymətlərə təsiri
214. İnflyasiyanın sosial - iqtisadi nəticələri:
A)) Pulun alıcılıq qabiliyyəti pozulur, qiymətlər artır, işsizlik güclənir
B) İstehsal üçün təhlükə yaradır, əhalinin real gəliri azalır
C) Əhali arasında əmlak bərabərsizliyi yaranır, orta təbəqənin real gəliri azalır
D) Dövlət iqtisadiyyata nəzarət edə bilmir, xarici iqtisadi əlaqələr pozulur, dövlətin daxili və xarici borcları artır
E) Kağız pulların surətlə qiymətdən düşməsi , reallaşma şərtlərini pozulması.
215. Tələbin inflyasiya nə deməkdir?
A)) Ümumi təklif sabit qalıb, ümumi tələb artdıqda qiymətin dəyişməsidir
B) Dövriyyədə az miqdarda mövcud olan əmtəələri satın almaq üçün daha az pul kütləsi olur
C) İstehsal xərclərinin artması və ümumi təklifin azalmasl ilə əlaqədar baş verən inflyasiyadır
D) Ümumi təklif və ümumi tələbin artması nəticəsində qiymətin dəyişməsidir
E) Ümumi təklif sabit qalıb ümumi tələb azaldıqda qiymətin dəyişməsidir.
216. Təklifin inflyasiya nə deməkdir?
A)) İstehsal xərclərinin artması və ümumi təklifin azalması ilə əlaqədar baş verən inflyasiyadır
B) Dövriyyədə az miqdarda mövcud olan əmtəələri satın almaq üçün daha az pul kütləsi olur
C) Ümumi təklif sabit qalıb, ümumi tələb artdıqda qiymətin dəyişməsidir
D) Ümumi təklif və ümumi tələbin artması nəticəsində qiymətin dəyişməsidir
E) Ümumi təklif sabit qalıb ümumi tələb azaldıqda qiymətin dəyişməsidir.
217. Məşğulluq nə deməkdir?
A)) Əmək qabiliyyəti olan və işləmək istəyən hər bir şəxsin işlə təmin olunmasıdır
B) İstehslda çalışanların istehsal vasitələri ilə təmmin olunmasıdır
C) Cəmiyyət üzvlərinin iş görmə qabiliyyətidir
D) Yaş 19- dan yuxarı olan şəxslərin əmək qabiliyyətidir
E) İşgörmə qabiliyyətinə malik olan və işləyə bilməyənlərin işlə təmin olunmasıdır.
218. İş qüvvəsi nədir?
A)) Əhalinin iş görmə qabiliyyəti , onun bacarığıdır
B) Zehni, əqli qabiliyyətə malik olan əhalidir
C) Fiziki cəhətdən inkişaf etmiş əhalidir
D) İstehsal vasitələrindən səmərəli istifadə etmək qabiliyyətinə malik olan əhalidir
E) Müəyyən biliyə malik olan əhalidir.
219. İşsizliyin yaranma səbəbi hansıdır?
A)) Bazarda iş qüvvəsinə olan tələblə işçi qüvvəsi arasında olan təklifin nəticəsində
B) ETT- nin istehsala tətbiqi
C) İstehsal imkanlarının zəifliyi
D) İş qabiliyyətlilərin öz ixtisası üzrə işlə təmin edilməməsi
E) İş yerlərində iş qüvvəsinin çatışmazlığı.
220. Aşağıdakı variantlardan hansı işsizliyi ifadə edən kateqoriyaya daxil deyildir?
A)) Əmək qabiliyyətini itirməsi nəticəsində işdən çıxanlar
B) İşdən çıxma nəticəsində iş yerini itirənlər
C) İşdən könüllü çıxıb gedənlər
D) Müəyyən fasilədən sonra əmək bazarına müraciət edənlər
E) Əmək bazarına ilk dəfə gələnlər
221. Aşağıdakı variantlardan hansı işsizliyin səbəblərinə dair nəzəriyyəyə daxil.deyildir?
A)) Monetar nəzəriyyə
B) Texnoloji nəzəriyyə
C) Kapital yığımı prosesi nəzəriyyəsi
D) Əhali artıqlığı nəzəriyyəsi
E) Bazar tələbinin kifayət qədər olmaması nəzəriyyyəsi
222. İşsizlərin sayı necə müəyyən olunur?
A )) İşçi qüvvəsindən məşğulluğu çıxmaqla
B) Ümumi əhalidən qeyri- fəal əhalini çıxmaqla
C) Məşğul əhalini fəal əhaliyə bölməklə
D) Məşğul əhali ilə işsizləri cəmləməklə
E) İqtisadi fəal əhalidən ( işçi qüvvəsindən) işsizləri çıxmaqla
223. Əmək haqqı nədir?
A)) İş qüvvəsinin pulla ifadə olunan qiymətidir
B) İşçinin sərf etdiyi əməyin kəmiyyət və keyfiyyətinə görə tam haqqıdır
C) Sahibkarın işçiyə sərf etdiyi bütün əməyi müqabilində ödədiyi haqdır
D) Fəhlənin sərf etdiyi fiziki əmək müqabilində sahibkarın ödədiyi haqdır
E) Sahibkarın fəhləyə öz arzusundan asılı olaraq ödədiyi məbləğdir.
224. Əmək haqqının müxtəlif olmasının səbəblərinə aid olmayan variantı göstərin.
A) Əmək bazarının qeyri- mükəmməl rəqabərlə səciyyələnməsi
B) İşçilərin bir- birindən qabiliyyətinə və hazırlıq səviyyəsinə görə eyni olmaması
C) Müxtəlif iş yerlərinin bir- brindən cəlbediciliyinə görə fərqlənməsi
D)) İşçilərin hamısının eyni miqdar əmək sərf etmələri
E) İşçilərin gördüyü işlərin kəmiyyət və keyfiyyətcə müxtəlif olması
225. Vaxtamuzd əmək haqqı sisteminə daxil olmayan variantı seçin.
A)) “ Vaxt norması” sistemi
B) Sadə vaxta muzd əmək haqqı
C) Maükafatlı vaxtamuzd əmək haqqı
D) Gündəlik normaların ödənilməsi sitemi
E) İki və daha çox dərəcəli əmək haqqı sistmi
226. İşəmuzd əmək haqqı sisteminə daxil olmayan variantı seçin.
A)) İki və daha çox dərəcəli əmək haqqı sistemi
B) “ Vaxt norması” sistemi
C) Götürə- reqressiv əmək haqqı
D) Götürə- mükafatlı və çoxamilli əmək haqqı
E) Məhsul vahidinə görə əmək haqqı
227. Əhali gəlirlərinə aiddir:
A)) Pul və natural gəlirlər
B) Natural gəlirlər
C) Təqaüdlər və müavinətlər
D) Pul gəlirləri
E) Dividender və renta
228. Real gəlirlər nədir?
A)) Sərəncamda qalan gəlirlə əldə etdiyi nemət və xidmətlərin miqdarıdır
B) Əhalinin müəyyən dövr ərzində əldə ütdiyi pul gəliridir
C) Əhalinin şəxsi yardımcı təsərrüfatlardan əldə etdiyi gəlirlərdir
D) Nominal gəlirlərdən vergi və məcburi ödəmələr çıxdıqdan sonra qalan gəlirlərdir
E) Nominal gəlirlər vasitəsilə əldə etdiyi nemət və xidmətlərin miqdarıdır
229. Əmək haqqının ən çox tətbiq olunan neçə forması vardır?
A)) 2
B) 4
C) 3
D) 1
E ) 5
230. İqtisadiyyatın dövlət tənzimlənməsi metodları aşağıdakılardan hansında tam ifadə oluna bilər?
A)) İqtisadi və inzibati metodlar
B) Dolayı( iqtisadi) metodlar
C) Birbaşa( inzibati) metodlar
D) İnhisarçılar bazarının tənzimlənməsi və nəzarət metodları
E) Statistik yanaşma və deduksiya metodları
231. İqtisadiyyatın dövlət tənzimlənməsinin istiqamətləri aşağıdakı variantlardan hansını tələb etmir?
A)) Sahibkarların gəlirlərindən istifadə olunmasının tənzimlənməsi
B) Sosial problemlərin həlli və tənzimlənməsini
C) Əmək şəraitinin, əmək münasibətlərinin və ətraf mühitin tənzimlənməsini
D) Antiinhisar fəaliyyətin və xarici iqtisadi əlaqələrin tənzimlənməsi
E) Büdcə, pul- kredit və qiymət sistemlərinin tənzimlənməsini
232. İqtisadiyytaın tənzimlənən əsas sahələri aşağıdakılardan hansı hesab edilə bilər?
A)) Bütün istehsal və qeyri- istehsal sahələri
B) Tikinti, maliyyə, ticarət
C) Sosial- iqtisadi sahələr
D) Sənayə, kənd təsərrüfatı, rabitə
E) Özəl bölmə sahələri
233. İnvestisiya fəaliyyətinin dövlət tənzimlənməsi nədir sualına aşağıdakılardan hansı düzgün cavab sayıla bilər?
A)) Ölkədə vahid sosial- iqtisadi, elmi- texniki siyasətin həyata keçirilməsi üçün kompleks tədbirlər sistemidir
B) Ölkədə sosial- iqtisadi inkişafı tənzimləmək vasitəsidir
C) Ölkənin lazımı maliyyə- material resursları ilə təmin olunması alətidir
D) Xalq təsərrüfatında lazımi proporsiyaların yaradılması vasitəsidir
E) İnvestisiya fəaliyyətindən əldə edilən gəlirlərin tam və səmərəli istifadəsini təmni etmək vasitəsidir
234. Tədiyyə balansı nədir?
A)) Ölkəyə xaricdən daxil olan ödənişlərlə həmin ölkənin xaricə göndərdiyi pul ödənişləri arasındakı nisbətdir
B) Ölkənin xaricə ödədiyi ödənişlərdir
C) Təkcə ölkəyə xaricdən daxil olan ödəmələrdir
D) Təkcə əmtəələrin idxalı ilə ixracı arasındakı nisbətdir
E) Kapital və kreditin hərəkəti balansıdır.
235. İqtisadiyyatda tarazlığın pozulmasının müntəzəmliyinə görə böhranın formasına aid olmayan variantı seçin.
A)) Ümumi böhran
B) Mövrü böhran
C) Aralıq böhran
D) Tənzimlənməyən böhran
E) Tsiklik böhran
236.İnfilyasiya, işsizlik, iqtisadi artım daxil olmaqla iqtisadiyyatı tam məzmunda, ümumilikdə öyrənən elm necə adlanır?
A)) Makroiqtisadiyyat
B) Mikroiqtisadiyyat
C) Sənayenin iqtisadiyyatı
D) Meqoiqtisadiyyat
E) Mezoiqtisadiyyat
237.Ölkənin malik olduğu təbii,maddi və mənəvi nemətlərin məcmuu nəyi ifadə edir?
A)) Milli sərvəti
B ) Əhalinin sərvətini
C) Milli gəliri
D) Təbii sərvəti
E ) Dövlətin məhsulunu
238.İnsanların fəaliyyətinin asılı olmayaraq mövcud olan və istifadə edilən sərvətlər belə adlanır
A))Təbii sərvətlər
B) Regionların sərvətləri
C) Milli sərvətlər
D ) Müəssisənin sərvəti
E ) Əhalinin sərvətləri
239.Maddi sərvət nədir
A)) Cəmiyyət üzvləırinin fəaliyyətinin nəticəsi olan maddi nemətlərdr
B) Əhalinin malik olduğu gəlirlərdir
C) Regionların təbii ehtiyatlarının məcmuudur
D) Müəssisənin istehsal etdiyi məhsullardır
E) Təbiətdə mövcud olan bütün sərvətlərdir
240.Müəyyən müddətdə ölkə daxilində istehsal olunan məhsul və xidmətlərin bazar dəyəri nəyi ifadə edir
A)) Ümumi daxili məhsulu
B ) Mənfəətin məcmuunu
C) Xalis milli məhsulu
D) Əhalinin ümumi gəlirini
E ) Milli gəliri
241.Ümumi milli məhsul
A)) Ölkənin vətəndaşları tərəfindən qazanılmış gəlirlərdir
B) Millətlərin il ərzində istehsal etdikləri məhsullardır
C) Xarici vətəndaşların ölkə daxilində istehsal etdikləri məhsulun dəyəridir
D) Ölkə vətəndaşlarının istehlak etdikləri məhsulun dəyəridir
E) Ümumi daxili məhsulun 2 mislinə bərabər olan gəlirlərdir
242.İqtisadi artımın məqsədi nədir?
A)) Əhalinin artan tələbatı ilə onun ödənilməsi ziddiyyətini həll etməkdir
B) Müəssisələr arasında əlaqələri daha genişləndirməkdir
C) Sahibkarların gəlirlərini müntəzəm artırmaqdır
D ) İstehlakçılara daha yüksək xidmət etməkdir
E) Dövlətin yığım fonduna ayırmalarını artırmaqdır
243. İqtisadi artıma bilavasitə təsir göstərən amillər hansılardır
A)) Təbii və əmək resursları, kapital, texnologiya
B) Sosial ədalət,əmək cisimləri, satışda olan məhsul
C) Şəxsi gəlirlər, siyasi vəziyyət, mədəni amillər
D) Beynəlxalq bankın vəsaiti, xarici ölkələrin sərvətləri
E) Fiziki və mənəvi aşınma, həyat səviyyəsi
244. İqtisadi artımın tipləri hansılardır
A)) Ekstensiv, intensiv
B) Artan, azalan
C) Surətli artım, zəif azalma
D) Daimi, dəyişən
E) Məhsul, qeyri məhsuldar
245. İşsizlik problemi kateqoriyaları hansılardır?
A)) Uzunmüddətli
B ) Müvəqqəti, daimi, mövsümi
C) Mövsümi, artan fasiləsiz
D) Artan,azalan, fasiləli
E ) Dövri, mövsümi, azalan
246. İşçi qüvvəsi belə müəyyən olunur
A)) İşləyənlərin sayı + işsizlərin sayı
B) İl ərzində işləyənlərin sayı + mövsümi işləyənlərin sayı
C) Fasiləsiz işləyənlərin sayı + fasiləli işləyənlərin sayı
D) Uzunmüddətli işləyənlərin sayı + qısa müddətli işləyənlərin sayı
E) Daimi işləyənlərin sayı + müvəqqəti işləyənlərin sayı
247. İşsizlik dərəcəsi belə müəyyən olunur
A)) (işçilərin sayı / işçi qüvvəsi) x100
B) (daimi işləyənlərin sayı / müvəqəti işləyənlərin sayı) x100
C) (qısa müddətli işləyənlərin sayı / uzun müddətli işləyənlərin sayı)x100
D) ( mövsümi işləyənlərin sayı / il ərzində işləyənlərin sayı) x100
E) (işsizlərin sayı / əhalinin sayı) x100
248. İşsizliyin növləri
A)) Friksion, struktur, tsikllik mövsümi, reqional
B) Asudəlik, məşğulluq, struktur
C) Müvəqqəti, daimi, mövsümi
D) Boşdayanma, fasiləli, mövsümi
E) Məşğulluq, mövsümi reqional
249. İşsizlik və inflasiya arasındakı əlaqə necədir?
A)) İşsizlik və inflyasiya arasında əks əlaqə mövcudur
B) İşsizlik və inflyasiya bir-birinə bərabər olur
C) İşsizlik artdıqca inflyasiya artır
D) İşsizlik və inflyasiya arasında sərt münasibət mövcuddur
E) İşsizlik və inflyasiya arasında düz mütənasiblik mövcuddur
250. Tələb və təklif tarazlığında qiymət:
A)) Sabit olur
B) Dəyişən olur
C) Azalan olur
D) Artan olur
E) Çaparaq olur
251. İnvestisiya nədir?
A)) Mənfəət əldə etmək üçün uzun müddətli kapital qoyuluşu
B) Mənfəət əldə etmək üçün uzun müddətli inflyasiyadır
C) Mənfəət əldə etmək üçün uzun müddətli məşğulluqdur
D) Mənfəət əldə etmək üçün uzun müddətli fəaliyyətdir
E) Mənfəət əldə etmək üçün uzun müddətli səhmdir
252. İnvestisiyaların təsnifatına aid deyil:
A)) Muxtar və məcburi investisiyalar
B) Maliyyə və rael investisiyalar
C) Ümumi investisiyalar
D) Dövlət və özəl investisiyalar
E) Sadə və dolğun investisiyalar
253. İnvestisiyanın əsas növləri bunlardır:
A)) Əsas kapitala, mənzil tikintisinə, ehtiyatlara
B) Mənzil tikintisinə, borc kapitalına, ticarətə
C) Əsas kapitala, xarici fəaliyyətə, istehlaka
D) Ehtiyatlara, nəqliyyata, daxili fəaliyyətə
E) Tikintiyə, səhiyyəyə, turizmə
254. İnvestisiyanın həcminə, səviyyəsinə təsir edən amillər:
A)) Milli gəlirin bölgü nisbəti , vergilərin səviyyəsi
B) Ümumi xərclərin səviyyəsi, tələb və təklifin nisbəti
C) Əmək məhsuldarlığının səviyyəsi, maya dəyərinin həcmi
D) Əmək intensivliyi, məşğulluq səviyyəsi
E)) Mənfəət norması, borc faizi, inflyasiya sürəti
255. İstehlak nədir ?
A)) Məhsul və xidmətlərin alınmasına sərf olunan xərclərdir
B) Məhsul və xidmətlərin tədarüküdür
C) Məhsul və xidmətlərin toplanmasıdır
D) Məhsul və xidmətlərin satılmasıdır
E) Məhsul və xidmətləri göndərilməsidir
256. İctimai istehlak nədir ?
A)) İdarəetmə, müdafiə, elm, təhsil və sair istifadə etməkdir
B) İdarəetmə, müdafiə, şəxsi və sair istifadə etməkdir
C) Elm, təhsil, səhiyyə, şəxsi və sair istifadə etməkdir
D) Kollektiv, səhiyyə, şəxsi və sair istifadə etməkdir
E) Kollektiv şəxsi,idarəetmə və sair istifadə etməkdir
257. İqtisadiyyatın dövlət tərəfindən tənzimlənməsi nə deməkdir?
A)) İqtisadiyyatı inkişaf etdirmək üçün təkrar istehsalın sabitləşdirilməsi
B) İqtisadiyyatın subyekt və obyektlər arasında nizamlanması
C) İqtisadiyyatın tələbə uyğun olaraq hərbiləşdirilməsi
D) İqtisadiyyatın mikroiqtisadi səviyyədə inkişaf etdirilməsi
E) İqtisadiyyatın xarici ticarətə uyğunlaşdırılması
258. İqtisadiyyatın dövlət tərəfindən tənzimlənməsinin neçə tipi var
A)) İki tipi var
B) Bir tipi var
C) Üç tipi var
D) Dörd tipi
E) Beş tipi var
259. İqtisadiyyatın dövlət tənzimlənməsinin tipləri hansılardır
A)) Planlaşdırma və bazar sistemi
B) Planlaşdırma, bazar və xüsusi mülkiyyət
C) Bazar, sahibkarlıq və kooperasiya
D) Sahibkarlıq, kooperasiya və bank sistemi
E) Kooperasiya, bazar və planlaşdırma sistemləri
260. Bunlardan hansı dövlətin əsas vəzifələri deyil?
A)) İqtisadiyyatın və əhalinin gücləndirilməsi
B) Rəqabətin qorunub saxlanılması
C) Gəlir və sərvətləri yenidən bölgüsü
D) Milli məhsulun bölgüsünün təkmilləşdirilməsi
E) İqtisadiyyatın sabitləşdirilməsi
261.İqtisadiyyatın dövlət tənzimlənməsinin əsas metodları hansılardır ?
A)) Büdcə-vergi mexani, qiymət siyasəti, planlaşdırma fiskal siyasəti
B) Fiskal siyasəti, verginin artırılması, aqrar sahənin inkişafı
C) Sənayenin və aqrar sahənin, bankların inkişafı
D) Özəl bankalrın, pul-kredit sisteminin və verginin artırılması
E) Sahibkarlığın, özəl bankların və bazar iqtisadiyyatının
262. İqtisadi artımın hərəkətverici qüvvəsi dedikdə
A)) İstehsalın şəxsi amili ilə əlaqədar hadisə və proseslər başa düşülür
B) İstehsalın maddi və şəxsi amilləri başa düşülür
C) İstehsalın maliiyə və pul vəsaitləri başa düşülür
D) İstehsalın fondla silahlanma səviyyəsi başa düşülür
E) İstehsalda çalışan əhalinin say tərkibi başa düşülür
263. İşsizlik dedikdə mahiyyətcə nə başa düşülür ?
A)) Əmək qabiliyyətli şəxslərin öz qabiliyətini reallaşdıra bilməməsi
B) Əmək qabiliyyətli əhalinin çalışması
C) Əhalinin işləmək arzusu
D) Mövcud əhalinin işsiz kimi uçota alınması
E) Mövcud əhalinin əmək birjasında qeydiyyatı
264. Aşağıdakılardan hansı merkantilizmin əsas ideyaları və prinsiplərinə aid deyildir?
A)) dayanıqlı iqtisadi artıma nail olunması
B) sərvətin mahiyyətini qiymətli metallar və onların yığımının təşkil etməsi
C) dövlətin öz sərvətini və gücünü qızıl və gümüş yığmaq yolu ilə artırması
D) ölkəyə qızıl və gümüş axının təmin olunması üçün xarici ticarətin tənzim olunması
E) ucuz xammal idxalı yolu ilə sənayenin inkişafına kömək göstərilməsi
265. Aşağıdakılardan hansı merkantilizmin əsas ideyaları və prinsiplərinə daxil deyildir?
A)) dövlət büdcəsinin kəsirinin aradan qaldırılması
B) idxal olunan sənaye məhsullarına himayədarlıq tariflərinin qoyulması
C) ixracın, xüsusən də hazır məhsulların ixracının həvəsləndirilməsi
D) əmək haqqının aşağı səviyyəsinin saxlanması üçün əhalinin artırılması
E) “b” və “c” düzdür
266. “Siyasi iqtisadın traktatı” əsərinin müəllifi kimdir?
A)) Antuan de Monkretyen
B) Adam Smit
C) David Rikardo
D) Karl Marks
E) Con Meynard Keyns
267. Klassik siyasi iqtisadın banisi kimdir?
A)) Uilyam Petti
B) Antuan de Monkretyen
C) Fransua Kene
D) Jak Fürqo
E) Alfred Marşall
268. Klassik siyasi iqtisadın banisi kimdir?
A)) Uilyam Petti
B) Antuan de Monkretyen
C) Fransua Kene
D) Jak Fürqo
E) Alfred Marşall
269. Fiziokratizmin yaranması üçün əsas nə olmuşdur?
A)) kənd təsərrüfatında kapitalizmin inkişaf yolları və formalarının axtarılması
B) beynəlxalq ticarətin genişlənməsi
C) milli iqtisadiyyatın mövcud vəziyyəti
D) yeni xammal və satış bazarları uğrunda mübarizə
E) “c” və “d” düzdür
270. Fiziokratlar məktəbinin banisi kimdir?
A)) Fransua Kene
B) Tomas Man
C) Uilyam Petti
D) David Rikardo
E) Karl Marks
271. Fiziokratlara görə ölkədə yeganə sərvət yarada bilən sahə hansıdır?
A)) kənd təsərrüfatı
B) sənaye
C) ticarət
D) tikinti
E) gəmiçilik
272. İqtisad elmində məşhur olan “İqtisadi cədvəl” əsərinin müəllifi kimdir?
A)) Fransua Kene
B) Tomas Man
C) Adam Smit
D) İbn Xəldun
E) Fridrix List
273. Aşağıdakı iqtisadi kateqoriyalardan hansı A.Smit tərəfindən tədqiq olunmamışdır?
A)) inflyasiya
B) əmək haqqı
C) mənfəət
D) gəlir
E) xərclər
274. Beynəlxalq ticarətdə “mütləq üstünlük nəzəriyyəsi” kim tərəfindən irəli sürülmüşdür?
A)) Adam Smit
B) David Rikardo
C) Fransua Kene
D) Karl Marks
E) Con Meynard Keyns
275. İqtisad elmi tarixinə “görünməz əl” təlimi kimi daxil olan ideyanın müəllifi kimdir?
A)) Adam Smit
B) Uilyam Petti
C) Jak Türqo
D) Fredrix List
E) Milton Fridmen
276. “İstehsalın üç amili” nəzəriyyəsinin yaradıcısı kimdir?
A )) Jan Batista Sey
B) Tomas Maltus
C) Nassau Senoir
D) Con Mill
E) Karl Marks
277. Aşağıdakılardan hansı T.Maltus istehsal xərclərinə aid etməmişdir?
A)) gəlir vergisi
B) canlı əmək məsrəfləri
C) maddiləşmiş əmək məsrəfləri
D) avans edilmiş kapital üçün mənfəət
E) “c” və “d” düzdür
278. “İmtina” nəzəriyyəsinin müəllifi kimdir?
A)) Nassau Senior
B) Pyer Prudon
C) Con Mill
D) Tomas Maltus
E) Karl Marks
279. “Kapital” əsərinin müəllifi kimdir?
A)) Karl Marks
B) Fridrix Engels
C) Uilyam Petti
D) Adam Smit
E) David Rikardo
280. Aşağıdakı iqtisadi kateqoriyalardan hansı S.Sismondi tərifindən tədqiq edilmişdir?
A)) bütün sadalananlar düzdür
B) pul
C) kapital
D) mənfəət
E) realizasiya və böhranlar
281. “Sintetik” və yaxud “müəyyən edən dəyər” nəzəriyyəsinin yaradıcısı kimdir?
A)) Pyer Prudon
B) Sismond de Sismondi
C) Nassau Senior
D) Tomas Maltus
E) Jan Batista Sey
282. İstehsal sahələrinin maddi-texniki fərqi nə ilə əlaqədardır:
A)) maşınlar sistemindəki müxtəlifliklə
B) maşınlar sistemindəki hissələrlə;
C) maşınlar sisteminin iqisadi səmərəliliyi ilə;
D) maşınlar sistemindəki oxşarlıqla;
E) maşınlar sistemindəki ümumiliklə.
Dostları ilə paylaş: |