“İQTISADİYYATIN TƏNZİMLƏNMƏSİ” FƏNNİ ÜZRƏ
TEST SUALLARI
B/müəllim Məcidov Rizvan – 3117a1,a2, 3217a1,a2, 3128a, 4317a1. a2
1. İqtisadiyyata dövlətin müdaxiləsi hansı əsrdən başlanmışdır?
A)) XI əsrdən;
B) VII əsrdən;
C) VIII əsrdən;
D) IX əsrdən;
E) X əsrdən.
2. Əmtəə - pul münasibətləri hansı əsrlərdə formalaşmağa başlamışdır?
A)) XI – XVI əsrlərdə;
B) VI – VII əsrlərdə;
C) VII – VIII əsrlərdə;
D) VIII – IX əsrlərdə;
E) IX – X əsrlərdə.
3. Merkantilizm nəzəriyyəsinə görə sərvətin mənbəyinin hansı sahədə olduğu göstərilir?
A)) xarici ticarətdə;
B) fermer təsərrüfatında;
C) sənayedə;
D) istehsalda;
E) maliyyədə.
4. Fizokratlar sərvətin mənbəyinin hansı sahə olduğunu göstərirlər:
A)) istehsalda;
B) sənayedə;
C) ticarətdə;
D) sənətkarlıqda;
E) maliyyədə.
5. A. Smitə görə sərvət harada yaradılır və onun mənbəyini nə təşkil edir?
A)) istehsalda - əmək;
B) ticarətdə - alqı-satqı;
C) sənayedə - əmək;
D) fermer – təsərrüfatında – torpaq;
E) kommersiyada – pul.
6. Fransız iqtisadçısı Jan Batist Sey sərvətin yaranma mənbəyini nədə görür?
A)) əmək, kapital, torpaqda;
B) əmək, kapital, təşkildə;
C) torpaq, əmək, təşkildə;
D) kapital, torpaq, ideyada;
E) ideya, əmək, torpaqda.
7. Neoklassik nəzəriyyənin əsas nümayəndələrinin iqtisadi fikir baxışları hansıdır?
A)) iqtisadiyyat tarazlı harmonik sistemdir;
B) iqtisadiyyat açıq sistemdir;
C) iqtisadiyyat maddi və həvəsləndirmə sistemdir;
D) İqtisadiyyat həm açıq və həm də qapalı sistemdir;
E) iqtisadiyyat yeniliklərin balanslı sistemidir.
8. İqtisadi liberalizm nəzəriyyəsinin yaradıcılarına görə dövlətin funksiyası nədən ibarətdir?
A)) dövlət sahibkarlığın və bazarın fəaliyyət üçün əlverişli şərait yaratmalıdır;
B) dövlət bazarın inkişafı üçün məhdud şərait yaratmamalıdır;
C) dövlət iqtisadi sistemi tam tənzimləməlidir;
D) dövlət sosial infrastrukturu formalaşdırmalıdır;
E) dövlətin iqtisadiyyata müdaxiləsi uzunmüddətli olmalıdır.
Dostları ilə paylaş: |