Иран Ислам Республикасынын



Yüklə 353 Kb.
səhifə1/7
tarix10.01.2022
ölçüsü353 Kb.
#107937
  1   2   3   4   5   6   7





Musarza Heydərzadə

AMEA M.Füzuli adına ƏYİ

ТАРИХ БОЙУНЪА МЦСЯЛМАНЛАРЫН

ТЯНЯЗЗЦЛЦНЦН
АМИЛЛЯРИ



(İslam bəşərin əxlaq məktəbi, Quran ədəbi-bədii-elmi mərifət kitabı, Əhli-beyt isə nnicat yoludur)

Bismillahir-rəhmanir-rəhim”. Şükürlər olsun ki, əlimizdə nəyin düz, nəyin səhv olduğunu seçə bilməyimizə kömək edən, təhrif olunmamış bir dini kitab - Qur`an vardır.



ذَلِكَ الْكِتَابُ لاَ رَيْبَ فِيهِ هُدًى لِّلْمُتَّقِينَ

Bu bir kitabdır ki, bunda şəkk yoxdur, yol göstərəndir müttəqilərə.”1

Türk alimi Bahaəddin Sağlama görə: “Son dövrlərin “tarixi...olaylar”ından sonra...müasir təfəkkür sahibləri Quran hikməti qarşısında heyrətlərini gizlədə bilməmişlər.” (2,27-29). Qərbli alim A.Massenin Allahın möçüzəli dəlilləri Quran və Məhəmməd (s) haqqında fikri də bunu təsdiqləyir: “Məhəmmədin insanları birləşdirə bilən dini və siyasi dühası sayəsindədir ki, ərəblər öz varlıqlarını idrak edərək, cəhalətdən çıxdılar. Mədəniyyət tarixində öz yerlərini qəti şəkildə tutmaq üçün hazır oldular.”(3,46). Rus alimi İ.Y. Kraçkovskiyə görə: “Quran... VII əsrə... dair unikal bir abidə olmaqla, yanaşı möhtəşəm və istisna ləyaqətli bədii əsər,... dilinin ən erkən nəsridir. Quran ərəb, Orta Asiya və Afrika xalqlarının vahid ədəbi dilinin formalaşmasında müstəsna rol oynadı” (4,10).

Azərbaycanlı islamşünas alim, prof. V.Məmmədəliyev yazır:

Əgər qədim yunan filosoflarının...əsərləri müsəlman­lar tərəfindən qorunub saxlanmasaydi, ...Qərb renessansı heç cür mümkün ola bilməzdi. İlk ayələri “Oxu!”, “Qələm” kəlmələri ilə başlayan Qurana və İslam dininə heç vəchlə cəhalət, gerilik məfkurəsi, mövhumat və xürafat dini demək olmaz!” (5,3-4).

O kimsələr ki, Kitabı ixtilaflı yozurlar, çox dərin bir zəlalət içindədirlər.”(2/176) ayəsindən və Peyğəmbəri­mizin (s) əsrar məktəbinin vəsiyyətlə təsdiqlənmiş varisi İmam Əlinin: “Quranın çoxlu batini mənaları var. Demək, Onu İlahi rəhbərsiz-imamsız doğru dərk və şərh etmək olmaz. Allah bu iş üçün mütləq olaraq bir imamın vacibliyini əncam vermişdir” (6,10)- buyurduğundan bəlli olur ki, Quranı İlahi rəhbərsiz-imamsız dərk etmək olmaz.

Şübhə yoxdur ki, “Allah “Salam Evi”nə (Cənnətə) də`vət edir, kim istəsə onu “sirat əl-müstəqim”ə yönəldər” (10/25). “Həqiqətən kim ki, (Peyğəmbərə) inanıb, saleh işlər görübsə, Mərhəmət sahibi də onu sevər”(20/96). İslam Peyğəmbərindən (s) sonra müsəlmanlar “siratəl-müstəqim” ad­lı İlahi dərgaha dəvət edən rəhbərlərdən-hadilərdən qafil qal­masın deyə Allah Vida Həccindən dönən Peyğəmbəri (s) “Sənə vəhy olunanı təbliğ et, yoxsa risaləti yerinə yetir­mə­miş olarsan!”(5/3) ayəsi ilə Qədir Xum məntəqəsində 114 min hacının hüzurunda Əhli-beytindən olan Əli ibn Əbi Talibi özündən sonra canişin elan etmək üçün məmur etmişdir. Peyğəmbər də bu İlahi əmrə tabe olaraq, “Mən kimin vəlis­i­yəm­sə, məndən sonra onun vəlisi Əlidir!” (7,151)-deyə vəzi­fəsini icra etmişdir ki, əmrin icrasından sonra nazil olunmuş vəhydə buyurulur:

Bu gün sizin üçün dininizi təkmilləşdirdim!”1

Peyğəmbərin vəfatıyla Səmavi epistolyar əmri pozaraq, yenidən qədim bəşəri rəyasət uslubuna baş vurmuş ilk xəlifələr haqqında Azərbaycanlı tədqiqatçısı Gülçin Sofiyeva yazır: “Məhəmməd Peyğəmbər tərəfindən epistolyar üslubda əsası qoyulmuş demokratizm peyğəmbərin özündən... sonra tezliklə aradan çıxdı və əvvəlki dövrlərin dəbdəbəli üslubu yenidən bərpa olundu” (8,8). Qur`anın xəbərdarlıqlarına bax­ma­yaraq “İman gətirdik”-deyən ərəblər də hakimiyyətə yetişcək İsrail oğulları kimi Allah Peyğəmbərinin (s) ailəsi ilə namehriban davranmışlar. Bu bəşəri azğınlıq hətta müsəlman olmayan Avropa və Qərb islamşünaslarını da heyrətlən­dirmişdir. Qərbli tədqiqatçı A.Masse yazır: “Məhəmməd... ölən kimi dərhal parçalanmanın ilk əlamətləri görünməyə başladı... Əbubəkrin hakimiyyətə gəlməsinə kömək etmiş, sonra özü xəlifə olmuş Ömərin və Osmanın xəlifəliyi zamanı Qüreyş qəbiləsinin iki nəsli arasında başlanan mübarizə... son dərəcə gərginliyin artması ilə nəticələnməklə “siyasi xarakterli ilk təriqət hərəkətlərini yaratdı” (3,154-156).

Ərəblərdən başlanan Əhli-beyt hüququnun pozulması və ilk müsəlman parçalanması sonralar Yaxın və Orta Şərqdə də “Sünnə” və “Şiə” adlı iki əsas müsəlman cərəyanının mübarizəsini şərtləndirmişdir.

“Sünnə üsuli-din”ində və “fiqh”ində Peyğəmbərin cani­şin­lik məsələsini müsəlmanların öhdəsinə buraxdığı iddia edilir. Halbuki, dini rəhbərin xalq tərəfindən seçilməsi, rəh­bərin seçicilərinin iradəsinə xidmət etməsini labüd edir ki, bu da qeyri-sabit çoxluğun düzgün dini rəhbərlik üçün düzgün seçim edə bilməsi məntiqinə ziddir və Allahın hökmlərinə uyğun şəri əsasa görə qəbul oluna bilməz: “Xeyr! Onların bu ibadətləri onlardan qəbul olunmaz və bu onların ziddinə olan bir iş olacaqdır”(19/82).

Bu kütləni güc sahiblərinin itaətində saxlamaq üçün haqqa batil donu geydirən və rəhbərlərə xidmət edən alimlərin dindən tiryək kimi istifadə etmək ənənəsi olub, dinin əsli ilə ziddir. Ayədə buyurulduğu kimi: “Budur, “onlar şöhrət­lənsinlər” deyə, Allahla yanaşı başqalarını da Allah kimi qəbul etdilər” (19/81).

Peyğəmbərin (s) hənif yolunu izləyən və Səmavi ədalət haqqında daim obyektiv fikir yürüdən Əhli-beyti bir qisim mütəfəkkir səhabələr isə elə ilk vaxtlardan “Sünnə” hakimiyyəti tərəfindən “firqeyi-zallə”-(sapqın firqə), sonralar isə “Rafizi”, “Xarici”, “Şiə”, “Ələvi” və s. adlar altında “təfriqəçi” cərəyan kimi təqib olunmuşlar. Y.Belyayevin yazdığına görə: “Sünni xəlifələrin hökmranlıq etdikləri dövrdə şiələr təqib edilir və dini azlıq təşkil edirdilər.” (9,28). Gərgin tədqiqatlarıyla yəqinlik hasil edən A.Masse yazır: “Çox geniş yayılmış səhv bir fikir haqqında xəbərdarlıq etməyi özümüzə borc bilirik. Güya şiələr Peyğəmbərin sünnəsini qəbul etmirlər. Əslində isə biz bunun əksini müşahidə edirik. Şiələr sünnə dedikdə yalnız Peyğəmbər ailəsinin mötəbər olduğunu əsas götürürlər. Halbuki sünnilər bütün səhabələrin dediklərini də qəbul edirlər. Şiələr həqiqətən Peyğəmbər ailəsinin tərəfdarlarıdırlar. Ərəbcə “şiə” kəlməsinin mənası da budur.” (10,161). Görün­düyü kimi, müsəlmanların bir qismi lap əzəldən dindən tiryək kimi istifadə edən “Kitabı ixtilaflı yozub, çox dərin bir zəlalət içində qalanları”(2/176) dəstəkləmiş İslam Peyğəmbərinin həqiqi canişini Əli ibn Əbi Talibin təbirincə deyilərsə, “haqq söz əsasında batil dalınca düşənlər”(11,180-183) olmuşlar.

Haqqa qarşı durmayın” yoxsa, zəif düşərsiz və birli­yiniz aradan gedər.” (8/46)-deyə, İlahi xəbərdarlığa baxma­yaraq, “Siratəl-müstəqim”(1/6-7) kimi İlahi nemət olan Əhli-beytə qarşı nankorluq “Cahanşümül ərəb dövlətçiliyi”nin süqutunu labüd edəcəyini bildiyi halda təqib olunan hikmət aşiqləri və həmrazlarından olan bir fars şairi gözəl demişdir:

Hər ke ra əsrari-həqq amuxtənd,


Yüklə 353 Kb.

Dostları ilə paylaş:
  1   2   3   4   5   6   7




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin