İrəvan Xanlığı Elmi Rəhbər- nuriyeva İradə



Yüklə 2,74 Mb.
səhifə3/5
tarix18.11.2023
ölçüsü2,74 Mb.
#133111
1   2   3   4   5
İrəvan xanlığı

Mədəniyyət

  • İrəvan şəhərinin yerləşdiyi ərazi müxtəlif zamanlarda Sasanilər, Ərəb xilafəti, Sacilər, Şəddadilər, Səlcuqilər, Eldənizlər, Elxanilər, Teymurilər, Qaraqoyunlu, Ağqoyunlu, Səfəvilər, Əfşarlar, Qacarlar sülalələrinin tərkibinə daxil olmuşdur. İrəvan şəhərinin bir mərkəz kimi sosial-iqtisadi inkişafı isə Çuxursəəd bəylərbəyliyi və İrəvan xanlığı dövrlərinə aiddir. Orta əsrlər tarixi mənbələrində şəhərin adı Rəvan və İrəvan kimi çəkilir. İrəvan şəhəri əsasən Səfəvilər dövründə inkişaf edərək böyümüşdür. İrəvan Çuxursəəd bəylərbəyliyinin mərkəzinə çəvrilərək, bəylərbəyliyin mərkəzi rolunu oynayırdı. Səfəvi-Osmanlı sərhəddi olan Çuxursəəd bəylərbəyliyi müəyyən müharibə mərhələlərində işğal edilmiş və sonra geri qaytarılmışdı.

İqtisadiyyat-Kənd təsərrüfatı və maldarlıq


İrəvan xanlığından məhsullar içərisində buğda və arpa istehsalı əsas yer tuturdu. İrəvan ətrafındakı bölgələr, Qırxbulaq, Sərdarabad, Şörəyel, Pəmbəkdə taxıl istehsalı əsas yer tuturdu. Əkinlər əsasən yazlıq və payızlıq olurdu. Hüseynqulu xan Qacarın dövründə İrəvan xanlığında hər il 34.185 xalvar buğda, 11.500 xalvar arpa istehsal olunurdu. Zəngibasar və Şərur mahalları çəltik istehsalına görə xüsusilə fərqlənirdilər. Hər il 18.400 xalvar çəltik istehsal olunurdu.
Zəngibasar, Sərdarabad və Sürməli mahallarında pambıq istehsalı inkişaf etmişdi. Hər il orta hesabla 2100 xalvar pambıq islehsal olunurdu. Tütün daha çox yerli tələbatı ödəmək üçün istehsal olunurdu. Dağlıq bölgələrdə kətan, isti bölgələrdə isə küncüt istehsal olunurdu. Hər iki bitkidən əldə olunan yağ qida və yanacaq kimi istifadə olunurdu. Hüseynqulu xanın dövründə İrəvanda hər il orta hesabla 12 xalvar kətan toxumu, 24 xalvar küncüt istehsal olunurdu.

İrəvan şəhərində və şəhərətrafı kəndlərdə, mahallarında müxtəlif növ bağ-bostan bitkiləri və tərəvəz məhsulları yetişdirilirdi. 1782-ci ilin martında bayazidli İsak paşanın xahişi ilə İrəvandan Bayazidə 7000 dinar 2 abbası dəyərində qara qarpız, göy qarpız, xiyar, sürahı, reyhan, badımcan və s. toxumları göndərilmişdi.

  • İrəvan şəhərində və şəhərətrafı kəndlərdə, mahallarında müxtəlif növ bağ-bostan bitkiləri və tərəvəz məhsulları yetişdirilirdi. 1782-ci ilin martında bayazidli İsak paşanın xahişi ilə İrəvandan Bayazidə 7000 dinar 2 abbası dəyərində qara qarpız, göy qarpız, xiyar, sürahı, reyhan, badımcan və s. toxumları göndərilmişdi.
  • XVIII əsrin ikinci yarısında İrəvan xanlığında maldarlıqla məşğul olan əhalinin bir hissəsi bazarda satmaq üçün yağ, pendir və digər süd məhsulları istehsal edirdi. Heyvandarlığın başqa sahələrinə nisbətən qoyunçuluq daha çox inkişaf etmişdi. Maldarlıq əsasən yaylaq-qışlaq və qismən köçəri madarlığa bölünmüşdü. Xanlığın az miqdarda əhalisinin daimi yaşayış yeri yox idi və yalnız köçəri maldarlıqla məşğul olurdular. Maldarlıq üçün Qırxbulaq, Göyçə, Abaran, Dərəçiçək, Gərnibasar, Vedibasar, Talın, Sürməli, Dərəkənd-Parçenis mahallarında daha əlverişli otlaqlar yerləşirdi.

Yüklə 2,74 Mb.

Dostları ilə paylaş:
1   2   3   4   5




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin