İrəvan Xanlığı Elmi Rəhbər- nuriyeva İradə


Torpaq mülkiyyəti və vergilər



Yüklə 2,74 Mb.
səhifə4/5
tarix18.11.2023
ölçüsü2,74 Mb.
#133111
1   2   3   4   5
İrəvan xanlığı

Torpaq mülkiyyəti və vergilər

  • İrəvan xanlığı dövründəki torpaq mülkiyyəti formaları aşağıdakılardır:
  • Xass — Bu torpaqlar İrəvan hökmdarlarının və onların ailə üzvlərinin şəxsi mülkiyyəti hesab olunurdu. İrəvan hökmdarları ən böyük torpaq sahibləri idilər.
  • Divani – Dövlət torpaqları. Bunlar xəzinənin ixtiyarında olan torpaqlar idi. Dövlət torpaqlarından gələn gəlir xəzinəyə daxil olurdu.
  • Tiyul — Xan tərəfindən müəyyən şəxslərə hərbi xidmətə görə divan torpaqlarından bəxşiş olaraq ömürülük tiyul verilirdi. Tiyul sahibi xidmətini başa vurduqda və yaxud vəfat etdikdə bağışlanmış kəndlər yenidən xəzinəyə qaytarılırdı.
  • Vəqf — Həmişəlik dini müəssisələrə - məscidlərə, mədrəsələrə və ya kilsələrə verilmiş torpaqlar idi. Digər mülkiyyəti – evlər, dükanlar, karvansaralar, dəyirmanlar və s. də vəqf ola bilərdi.
  • İcma (camaat) – Bu torpaq sahələri əsasən kənd icmasına məxsus olurdu. İcmalara məxsus kəndlər mülk hüququ ilə həmin icmanın üzvü olan rəiyyətə məxsus idi.
  • Mülk — Xüsusi mülkiyyətə məxsus mülk torpaqları azad şəkildə alqı-satqı obyekti ola bilərdi. Mülk torpaqları irsən nəsildən-nəslə keçirdi. Mülk sahibləri xana qulluq etməyə borclu deyildilər.

Vergilər


İrəvan xanlığında da mövcud olan vergilərin sayı və miqdarı müxtəlif idi. Bu vergilər əsasən məhsulla, qismən isə pulla alınırdı. Kəndli kateqoriyaları əsas etibarilə rəiyyət, rəncbər və elatlardan ibarət idi. Vergilər aşğıdakılardır:
Bəhrə (malcəhət) — Torpaqdan istifadə müqabilində məhsulla alınan əsas vergi idi. Xəzinə torpaqlarından toplanmış məhsulun hər 10 hissəsindən 3,5 hissəsi xanın, qalanı isə torpağı becərənlərin idi. Mülkədar torpaqlarından toplanmış məhsulun isə 1,5 hissəsi mülkədarın, iki hissəsi xəzinənin, qalan hissəsi torpağı becərənin payına düşürdü.
Çöpbaşı — Maldarlar heyvanlarını dövlətə məxsus otlaqlarda otardıqları üçün bu vergini ödəyirdilər. Məhsulla ödənilirdi.
Xanlığın əhalisi göstərilənlərdən başqa örüş pulu, tüstü pulu verir, süvari dəstəsinin xərclərini (arpa, yəhər-yüyən xərcləri) ödəyirdilər. Xanın öz vəzifəli məmurları, demək olar ki, vergidən azad idilər. Xanlığın əhalisi mülkədarlara və xana ödədikləri vergilərdən əlavə müxtəlif mərasimlərlə və bayramlarla əlaqədar "peşkəş", yaxud "bayramlıq" da verirdilər.

Yüklə 2,74 Mb.

Dostları ilə paylaş:
1   2   3   4   5




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin