İsa Musayev, Mətləb Əlizadə


Visual Basic dilinin qrafik imkanları



Yüklə 1,71 Mb.
Pdf görüntüsü
səhifə125/266
tarix13.05.2022
ölçüsü1,71 Mb.
#115877
növüDərs
1   ...   121   122   123   124   125   126   127   128   ...   266
sa Musayev, M tl b lizad

    Bu səhifədəki naviqasiya:
  • Scale
Visual Basic dilinin qrafik imkanları. 


 
98 
Formalar  (Form)  və  ya  qrafik  pəncərələr  (PictureBox)  üzərində  müxtəlif  qrafik 
primitivlər
114
 çəkmək üçün aşağıdakı qrafik metodlardan istifadə etmək olar: 
Scale  –  forma  və  ya  qrafik  pəncərəyə  koordinat  sistemi  və  miqyas  daxil  etməyə 
imkan  verir:  object.Scale  (X1,  Y1)  –  (X2,  Y2).  Bu  metodun  X1,Y1  arqumentləri  obyektin 
yuxarı sol, X2,Y2 isə aşağı sağ küncünün koordinatlarıdır.  
Pset  –  verilmiş  koordinata  verilmiş  rəngli  nöqtə  qoymağa  imkan  verir:  object.Pset 
(X,Y)  [,color].  Bu  metodun  X,Y  arqumentləri  nöqtənin  koordinatları,  color  isə  xəttin 
rəngidir. Color arqumentinin qiymətini aşağıdakı üsullarla: 
 
Rəngi təyin edən  vbBlack – qara, vbBlue – göy, vbGreen – yaşıl, vbCyan – mavi, 
vbRed – qırmızı, vbMagenta – çöhrəyi (yasəməni), vbYellow – sarı, vbWhite – ağ kimi 8 
sabitdən biri ilə;  
 
Arqumenti 16 əsas rəngi ifadə edən 0-dan 15-dək nömrələrdən ibarət olan QBColor 
(number) funksiyasının köməyi ilə; 
  RGB (bytRedbytGreenbytBlue) funksiyasının köməyi ilə vermək olar. Bu funksi-
yanın  arqumentləri  olan  hər  üç  parametr  0-dan  255-dək  qiymətlər  ala  bilir.  Bunların 
nəticəsi  olan  funksiyanın  qiyməti  Long  tipli  ədəd  olmaqla  0-dan  16777215  (
1
256
3

diapazonunda dəyişə bilir. Yəni, rəng palitrası 16 milyondan artıq çalara malikdir. Hər bir 
rəng 
bytBlue
bytGreen
d
byt
2
256
256
Re
  düsturu  ilə  hesablanan  ədəd  vasitəsilə  verilir. 
Color arqumenti verilmədikdə şəkil qara rəngdə çıxır.  
Line – müəyyən rənglə rənglənmiş xətt çəkmək üçün istifadə edilir: 
Bu metod: object.Line (X1,Y1) – (X2, Y2) [, color] [, B] [F] kimi verilir. X1 və Y1 
düzbucaqlının  yuxarı  sol  küncnün,  X2  və  Y2  aşağı  sağ  küncünün  koordinatlarını,  color 
xəttin rəngini, B bayraqcığı düzbucaqlı çəkməyi, F bayraqcığı rəngləməyi ifadə edir.  
Circle – çevrə və oval çəkir.  
Bu metod: object.Circle (X, Y), radius [, color, start, end, aspect]   kimi verilir. XY 
çevrənin  mərkəzinin  koordinatlarını,  radius  çevrənin  radiusunu,  color  çevrənin  rəngini, 
start və end şüa bucağının əvvəlini və sonunu, aspekt sıxma əmsalını göstərir.  
Qrafik metod ―forma‖ (Form) obyektinə tətbiq edilərkən, obyektin adının yazılışında 
object sözünü yazmamaq olar. 
İndi y=sinx funksiyasınin qrafikini qurmaq üçün layihə yaradaq. 
                                                 
114
 primitiv - ibtidai 


 
99 

Yüklə 1,71 Mb.

Dostları ilə paylaş:
1   ...   121   122   123   124   125   126   127   128   ...   266




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin