İsa Musayev, Mətləb Əlizadə


 Proqram təminatının yayılması



Yüklə 1,71 Mb.
Pdf görüntüsü
səhifə195/266
tarix13.05.2022
ölçüsü1,71 Mb.
#115877
növüDərs
1   ...   191   192   193   194   195   196   197   198   ...   266
sa Musayev, M tl b lizad

 
6.8. Proqram təminatının yayılması 


 
165 
Proqram  məhsullarını  yayılma  xarakterinə  görə,  sərbəst  yayılan,  şərti  sərbəst 
yayılan və kommersiya proqram təminatına bölürlər.  
Müftə  proqramlar  (freeware)  istehsalçı  tərəfindən  pulsuz  yayılır  və  istifadəçi  bu 
proqram mətni üzərində dəyişiklik edə bilir. Şərti sərbəst yayılan proqramlar (shareware
da  pulsuz  yayılır.  Lakin  istifadəci  ondan  kommersiya  məqsədi  ilə  istifadə  etməmək 
barədə  öhdəlik  götürür.  Kommersiya  proqramları  adi  bazar  məhsullarıdır.  Proqram 
bazarının  artıq  40  ildən  artıq  yaşı  vardır.  1969-cu  ildə  İBM  firması  özünün  proqram 
məhsullarını satışa çıxardı. 
Səmərəli  və  rəqabətqabiliyyətli  fəaliyyət  göstərmək  istəyən  ixtiyari  müəssisə 
proqram təminatını satın almağa məcburdur. 
Proqram məhsulu dedikdə, müəyyən funksiyaların icrası üçün yaradılmış qarşılıqlı 
əlaqəli proqramlar yığımı (proqram paketi) nəzərdə tutulur. 
Proqram bazarındakı məhsulları 3 əsas qrupa bölürlər: sistem proqramları, proqram 
tərtibi sistemləri və tətbiqi proqramlar. 
Sistem  proqramlarına  ƏS,  utilitlər,  drayverlər  və  s  aiddir.  Bunları  adətən  bazara 
kompüter istehsalçıları göndərir. 
Proqram  tərtibi  sistemləri  proqramların  layihələşdirilməsi,  tərtibi  və  sazlanmasını 
avtomatlaşdırmaq  üçündür.    Buraya:  kompilyatorlar,  VBİS-lər,  proqram  generatorları, 
redaktorlar, sazlayıcılar və s. texnoloji vasitələr aiddir. 
Tətbiqi proqram  paketləri  (TPP)  müəyyən  tətbiq  oblastına  (məsələn, iqtisadiyyata, 
texnikaya,  tibbə  və  s.),  və  ya  müəyyən  fəaliyyət  növünə  aid  məsələləri  həll  etmək 
üçündür
173
.  Proqram  təminatı  10  min  dollardan  bir  neçə  100  min  dollaradək 
dəyərləndirilir. 

Yüklə 1,71 Mb.

Dostları ilə paylaş:
1   ...   191   192   193   194   195   196   197   198   ...   266




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin